Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                       
28-10-2025, 18:06
İlham Əliyev Ərdoğanı təbrik etdi


İlham Əliyev Ərdoğanı təbrik etdi

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Qardaş Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün Türkiyə xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram.
Sizin həyata keçirdiyiniz uzaqgörən və qətiyyətli siyasət nəticəsində bu gün Türkiyə bütün sahələrdə yeni zirvələr fəth edir, böyük uğurlara imza atır, beynəlxalq məsələlərdə söz sahibi olan güclü və qüdrətli dövlət kimi tanınır. Qlobal aləmdə və regionda cərəyan edən proseslərdə fəal və prinsipial mövqeyi, sülhün, sabitliyin bərqərar olması üçün səyləri Türkiyəyə dünyada böyük nüfuz və etimad qazandırmışdır. Biz qardaş ölkənin hər bir uğuruna sevinir və bundan fərəhlənirik.
Xalqlarımızın sarsılmaz iradəsindən qaynaqlanan və “Bir millət, iki dövlət” prinsipinə əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək pillədə qərarlaşması böyük fəxr hissi doğurur. Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş dövlətlərarası əlaqələrimizin gündən-günə daha da dərinləşməsi və yeni məzmun kəsb etməsi qəti siyasi iradəmizin və ardıcıl birgə səylərimizin parlaq ifadəsidir.
Bu gün dünyada bənzəri olmayan Azərbaycan-Türkiyə qardaşlığı, birliyi və müttəfiqliyi eyni zamanda regionda sülhə, təhlükəsizliyə, rifaha və əməkdaşlığa xidmət edən mühüm amildir.
Oktyabrın əvvəlində Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək üçün Qəbələyə səfərinizi ən xoş təəssüratlarla xatırlayıram. Sizin Türk Dünyasının birliyi və TDT-nin beynəlxalq aləmdə nüfuzunun artırılması istiqamətində əzmkar fəaliyyətinizi xüsusi qeyd etmək istərdim.
Əminəm ki, möhkəm təməllər üzərində qurulmuş və zamanın sınağından çıxmış qardaşlıq münasibətlərimizin və səmərəli əməkdaşlığımızın xalqlarımızın iradəsinə uyğun olaraq daha da genişləndirilməsi və dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul dövləti fəaliyyətinizdə uğurlar, qardaş Türkiyə Respublikasına və xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram”.
28-10-2025, 17:50
Bugünkü reallıq ədalətin təntənəsidir - Prezident


Bugünkü reallıq ədalətin təntənəsidir - Prezident

Bugünkü reallıq, bugünkü gün, o cümlədən ədalətin təntənəsidir.
Bu barədə Prezident İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndində sakinlərlə görüşündə bildirib.
Ədalətə inanmaq və onu təmin etmək lazım olduğunu söyləyən dövlət başçısı vurğulayıb: "Bax, bizim xalqımız həm ədalətə inanıb, həm də onu təmin edib. Bu torpaqların sahibləri bizik. Düşməni öz torpaqlarımızdan qovmuşuq və bu gün gözəl həyat qururuq".
28-10-2025, 17:43
Qarabağ və Şərqi Zəngəzur tikinti meydançasıdır


Qarabağ və Şərqi Zəngəzur tikinti meydançasıdır

Bu gün bütün Qarabağ və Şərqi Zəngəzur tikinti meydançasıdır.
Bu sözləri Prezident İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndində sakinlərlə görüşündə söyləyib.
Dövlətimizin başçısı qeyd edib: “Artıq 50 mindən çox insan Qarabağda, Şərqi Zəngəzurda yaşayır, çalışır, təhsil alır. Onlardan təqribən 20 mini keçmiş köçkünlərdir ki, öz vətəninə, doğma torpağına qayıdıblar. Qalanlar isə müxtəlif işlərdə işləyən vətəndaşlardır”.
28-10-2025, 17:39
Zəfər Günü bizim tariximizdə ən parlaq səhifədir


Zəfər Günü bizim tariximizdə ən parlaq səhifədir

Düz beş il bundan əvvəl bu ərazi (Horovlu kəndi) işğaldan azad edildi və bu şanlı tarix hər zaman bizim qəlbimizdə yaşayacaq.
Bu sözləri Prezident İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndində sakinlərlə görüşündə deyib.
Bir neçə gündən sonra tarixi Zəfərimizin beşinci ildönümünü qeyd edəcəyimizi söyləyən dövlətimizin başçısı vurğulayıb: “8 Noyabr - Zəfər Günü bizim tariximizdə olan ən parlaq səhifədir. Beş il bundan əvvəl tarixi Zəfərimiz bütün dünyaya səs salıb”.
28-10-2025, 17:36
Sahibə Qafarova Pakistan Senatının sədri ilə görüşdü - FOTO


Sahibə Qafarova Pakistan Senatının sədri ilə görüşdü - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusunda beynəlxalq parlament konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Pakistan Senatının sədri Syed Yusuf Raza Gilani ilə görüşüb.
Görüşdə beynəlxalq parlament konfransının əhəmiyyəti vurğulanaraq, konstitusiyanın dövlətin hüquqi təməllərinin möhkəmləndirilməsi, cəmiyyətin inkişafı, siyasi sabitliyin təmin olunması və vətəndaşların hüquq və azadlıqlarının qorunmasında mühüm rol oynadığı qeyd edilib.
Bildirilib ki, Azərbaycanın qazandığı Zəfər nəticəsində ölkəmiz Ermənistanın 30 illik işğalına son qoyaraq ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Qeyd olunub ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi bu mənada həm mühüm siyasi əhəmiyyət, həm də rəmzi məna daşıyır.
Görüşdə ölkələrimiz arasında mövcud olan tarixi dostluq və qardaşlıq münasibətlərindən məmnunluq ifadə edilib, bu əlaqələrin dərinləşməsində ölkə liderlərinin xüsusi rolu vurğulanıb. Eyni zamanda, ikitərəfli münasibətlərin genişlənməsində qanunverici orqanların həm ikitərəfli əsasda, həm də müxtəlif platformalarda əməkdaşlığı yüksək qiymətləndirilib.
Söhbət zamanı, bu ay İslamabadda keçirilən Azərbaycan–Pakistan–Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşü məmnuniyyətlə xatırlanaraq, onun nəticələri yüksək dəyərləndirilib və həmin görüşün dövlətlərarası münasibətlərin daha da genişləndirilməsinə mühüm töhfə verdiyi bildirilib.



28-10-2025, 17:30
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi


Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Bu barədə Agentlikdən bildirilib.
Xəbərdarlığa əsasən, oktyabrın 29-u günün ikinci yarısından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi oktyabrın 30-u gündüz saatlarına kimi davam edəcək.
Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyünün 2-3 m, sonrakı inkişafda 3-5 m. çatacağı proqnozlaşdırılır.
28-10-2025, 17:24
Binəqədidə taxta yığılmış ərazidə yanğın başlayıb - FOTO


Binəqədidə taxta yığılmış ərazidə yanğın başlayıb - FOTO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsində ilkin məlumata əsasən, taxta yığılmış ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.


28-10-2025, 17:02
Naxçıvanda evdən pul oğurlayan qadın saxlanıldı


Naxçıvanda evdən pul oğurlayan qadın saxlanıldı

Naxçıvan Muxtar Respublikası (MR) Babək rayonunda evdən oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb.
Babək Rayon Polis İdarəsinə rayon ərazisində yerləşən yaşayış evlərinin birindən pul oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı Göyərçin Sadiqova qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla G.Sadiqovanın qanunsuz yolla evə daxil olaraq oradan 1500 manat pul, 700 ABŞ dolları oğurladığı məlum olub.
Faktla bağlı araşdırma aparılır.
28-10-2025, 16:58
Ceyhun Bayramov Omana getdi


Ceyhun Bayramov Omana getdi

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Oman Sultanlığına rəsmi səfərə yola düşüb.
Bu barədə XİN-dən məlumat verilib.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun 29 oktyabr tarixində Oman Sultanlığının xarici işlər naziri Bədr ibn Həməd ibn Hammud Əl Busəidi və digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi, habelə ölkəmizin Omandakı Səfirliyinin inzibati binasının rəsmi açılış mərasimində iştirakı nəzərdə tutulub.
28-10-2025, 16:53
İmamoğlunun casusluq işində İsa Qəmbərin adı çıxdı - ŞOK DETALLAR


İmamoğlunun casusluq işində İsa Qəmbərin adı çıxdı - ŞOK DETALLAR

İstanbul Baş Prokurorluğu tərəfindən “casusluq” ittihamı ilə aparılan istintaq çərçivəsində TELE1 kanalının qurucusu Merdan Yanardağla bağlı yeni iddialar yayılıb.
Türkiyənin rəsmi nəşrləri (“TRT Haber” və “Anadolu”) istintaq işi ilə bağlı detalları açıqlayıblar.
Qeyd edək ki, “casusluq” işi çərçivəsində İstanbul bələdiyyəsinin həbsdə olan sədri Əkrəm İmamoğlu, onun yaxın adamı hesab edilən Necati Özkan və Merdan Yanardağ barəsində həbs qərarı çıxarılıb.
Maliyyə Cinayətlərini Araşdırma Şöbəsi (MASAK) tərəfindən hazırlanan ilkin hesabatda qeyd olunur ki, cinayət işi çərçivəsində saxlanılan şübhəli şəxs Hüseyn Gün 2023-cü ildə keçirilən seçkilərdən təxminən bir ay əvvəl Yanardağa iki dəfəyə 15 min avro göndərib. Hüseyn Günün köməkçisi B.Y.-nin ifadəsinə əsasən, bu məbləğlər “Seyrantepədə yerləşən ofisə şəxsən zərf içində” çatdırılıb.
B.Y. ifadəsində bildirib ki, Hüseyn Gün ona “Merdan bəyi dəstəkləyirik” deyərək zərfi çatdırmağı tapşırıb. Bank araşdırması nəticəsində Günün hesabından 19 aprel 2023-cü ildə 10 min avronun çıxarıldığı təsdiqlənib. MASAK hesabatında qeyd olunur ki, 2018–2025-ci illər arasında Günün hesabından 117 milyon lirədən çox məbləğdə nağd pul çıxarılıb.
İstintaq materiallarında Günün ABŞ, Böyük Britaniya və İsrail kimi ölkələrdəki maliyyə dairələri ilə təmasda olduğu, “Avicenna Holding” və “Avicenna Capital” kimi şirkətləri 2005-ci ildə təsis etdiyi bildirilir. Məlumata görə, həmin şirkətlər formal şəkildə mövcud olsa da, real iqtisadi fəaliyyət göstərməyib və müdafiə sənayesi sahəsində pərdələnmiş maliyyə dövriyyələri aparılıb.
İlkin ifadələrdə Hüseyn Günün “Cellcrypt” adlı şifrələmə proqramını dövlət qurumlarına təklif etməyə çalışdığı, bu proqram vasitəsilə yüksək vəzifəli şəxslərin telefonlarına daxil olma imkanı əldə edilməsinin mümkün olduğu qeyd edilib. İstintaq bu proqramın Böyük Britaniya kəşfiyyatına bağlı fəaliyyət göstərə biləcəyi ehtimalını da araşdırır.
İstintaq materiallarında Azərbaycanla bağlı hissə də yer alıb. Məlumat verən Ü.D.A adlı şəxs bildirib ki, Hüseyn Gün 2005-ci ildə ABŞ-da fəaliyyət göstərən hüquq bürosu vasitəsilə “Freedom LLC” adlı şirkətin yaradılmasını təşkil edib. Onun sözlərinə görə, bu şirkət vasitəsilə “Azərbaycanın demokratikləşməsi adı altında” bəzi şəxslərə, o cümlədən həmin dövrdə Müsavat Partiyasının başqanı olan İsa Qəmbərə maliyyə dəstəyi göstərilib.
“Hüseyn Gün o dövrdə Böyük Britaniyanın MI6 kəşfiyyat xidməti ilə əlaqədə olub, həmçinin Açıq Cəmiyyət Fondunun nümayəndələri ilə görüşərək müəyyən layihələr üçün maliyyə istəyib. Məqsəd isə regionda, o cümlədən Azərbaycanda müxalif qüvvələri gücləndirmək və siyasi proseslərə təsir göstərmək olub”, - qeyd olunur.
Mənbə həmçinin iddia edib ki, Gün bu dövrdə Özbəkistanda hakimiyyəti devirmək məqsədilə də fəaliyyət göstərib və bunun üçün həm ingilis kəşfiyyatı, həm də Corc Sorosa məxsus Açıq Cəmiyyət Fondundan maliyyə axtarışına çıxıb.
İfadələrdə Hüseyn Günün İsrail və Afrika ölkələrinə tez-tez səfərlər etdiyi, həmin ölkələrdə müxtəlif gizli görüşlər keçirdiyi də bildirilir. Günün avtomobilində siqnal bloklayıcı cihazlar saxladığı, polis nəzarətindən yayınmaq üçün texniki vasitələrdən istifadə etdiyi də vurğulanıb.
Ü.D.A-nın sözlərinə görə, Gün “Ərdoğana inamın bitdiyini” bildirərək, 2016-cı ildə ətrafındakılara “Türkiyəyə investisiya etməyin, vəsaitlərinizi İsveçrə və İngiltərəyə köçürün” məsləhəti verib.
Qeyd edək ki, bu iddialar hazırda yalnız şahid ifadələrinə əsaslanır və rəsmi ittiham səviyyəsinə çatmayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!