Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                       
27-10-2025, 15:54
Ana Vətən Partiyası hazırda fəaliyyətini dayandırıb


Ana Vətən Partiyası hazırda fəaliyyətini dayandırıb

Ötən həftənin şənbə günündə Ana Vətən Partiyasının növbədənkənar qurultayı keçirilib. Qurultayda partiyanın sədri Fəzail Ağamalının qızı deputat Günay Ağamalının namizədliyini dəstəkləməsi qalmaqala səbəb olub.
Fəzail Ağamalının oğlu Elçin Ağamalı səsvermə keçirildiyini və sədr seçildiyini bildirib. Fəzail Ağamalı və Günay Ağamalı isə qurultayın müddətinin uzadıldığını deyirlər.
Bu açıqlamalar partiya daxilində yaranmış ikili rəhbərlik görüntüsünü daha da dərinləşdirib. Sosial mediada və siyasi dairələrdə Ana Vətən Partiyasının gələcək fəaliyyəti ilə bağlı müxtəlif ehtimallar səsləndirilməyə başlayıb. Bəzi müşahidəçilər hesab edirlər ki, baş verənlər partiyanın parçalanmasına və hətta fəaliyyətinin tam dayanmasına gətirib çıxara bilər.
Partiya nizamnaməsinə görə, sədr seçkiləri yalnız qurultayın yekun iclasında rəsmiləşdirilə bilər. Lakin hazırkı vəziyyətdə Fəzail Ağamalı ailəsi ilə Elçin Ağamalı arasında fikir ayrılıqları bu prosesi qeyri-müəyyən vəziyyətə salıb. Ekspertlər bildirirlər ki, yaranmış qarşıdurma yalnız şəxsi mübarizə deyil, həm də partiyanın gələcək siyasi xəttinə kimin nəzarət edəcəyi məsələsini gündəmə gətirib.
Beləliklə, Ana Vətən Partiyası hazırda rəsmi sədrin kim olması ilə bağlı aydınlıq gətirilməyən, daxili böhran mərhələsindədir və bu böhranın necə nəticələnəcəyi yaxın günlərdə bəlli olacaq.
Elçin Ağamalı bildirib ki, qurultay başa çatıb və artıq bununla bağlı videomateriallar hazırlanıb Ədliyyə Nazirliyinə təqdim olunacaq:
“Qurultayın qeyri-müəyyən vaxta qədər təxirə salınması qarşı tərəfin iddiasıdır. Qurultay üzvlərinin bir qismi iclası tərk etdi, çoxluq isə qurultayın işini davam etdirdi. Təşkilati məsələlərə baxıldı. Partiya sədri, sədr müavini seçildi. İşimizi başa çatdırdıq. Qurultayın işinin sona çatdırılmasını isbat edən videoçəkilişlər var. Biz sənədlərimizi, videogörüntülərimizi Ədliyyə Nazirliyinə də təqdim edəcəyik. Qurultayın nəticələrinin hüquqi cəhətədən tanınması üçün lazımi bütün sənədləri Ədliyyə Nazirliyinə təqdim edəcəyik”.
E.Ağamalı partiyanın fəaliyyətinin dayandırılacağı ilə bağlı fikirlərə isə belə cavab verib:
“Partiyanın fəaliyyənin ləğv olunması ilə bağlı heç bir müzakirə aparmırıq. Partiyanın fəaliyyətini dayandırması qurultayın səlahiyyətində olan məsələdir. Yeni qurultayın keçirilməsi gündəmdə deyil. Bu məsələnin heç bir ciddi əsası yoxdur”.
Elçin Ağamalının atasının və bacısının partiya üzvlüyündən çıxarılıb-çıxarılmayacağı barədə suala isə belə cavab verib: “Heç kimi partiyadan uzaqlaşdırmaq niyyətimiz yoxdu. Ədliyyə Nazirliyi sənədlərimizi təsdiq etdikdən sonra mən qarşı tərəfə müraciət edəcəm. Lazım gəlsə, mənim əleyhimə səs verən, amma partiya işində çox dəyərli olan şəxslərin də partiya rəhbərliyi işinə cəlb olunub, fayda göstərməsi üçün onlara müraciət edəcəm. Qarşı tərəfə heç bir ədavət güdmürəm. Bu siyasi fəaliyyətdir, fikir ayrılığı ola bilər. Fikir ayrılığını da hər kəs bir cür dilə gətirə bilər. Qarşı tərəf də meydana gələn fikir ayrılığına bu cür reaksiya göstəriblər, bunda da uyğun bilməsəm də hörmətlə yanaşıram. Kiminsə partiyadan çıxarılması,ədavət güdülməsindən söhbət gedə bilməz”.
Fəzail Ağamalı isə hüquqi prosedurların getdiyini, bu səbəbdən hər hansı açıqlama vermək istəmədiyini söyləyib.
27-10-2025, 15:45
Məhkəmə İqbal Əbilovla bağlı qərar verdi


Məhkəmə İqbal Əbilovla bağlı qərar verdi[/size]

Xarici ölkənin xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə təqsirləndirilən İqbal Əbilovla bağlı məhkəmə hökmündən verilən apellyasiya şikayətinə baxılıb.
Şirvan Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin olunmayıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Qeyd edək ki, məhkəmənin hökmü ilə İqbal Əbilov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Xarici ölkədə yaşamış İqbal Əbilov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə ittiham elan olunub.
27-10-2025, 15:27
Böyük Qayıdışın növbəti ünvanı: Bəylik kəndi - VİDEO


Böyük Qayıdışın növbəti ünvanı: Bəylik kəndi - VİDEO

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Bəylikdən hazırlanmış videoçarx hazırlayıb.
Bu barədə Dövlət Komitəsindən məlumat verilib.
"Otuz üç illik həsrətdən sonra kənd sakinləri geri qayıdırlar, bu qədim yurdda həyat yenidən canlanır. Bəyliyə qayıdış beş il əvvəl qazanılan tarixi Qələbənin növbəti qürurdoğuran nəticələri sırasındadır.
Prezident İlham Əliyevin təsdiq etdiyi Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində Bəylik kəndi müasir tərzdə yenidən inşa olunub. Buradakı şərait sakinlərin rahat yaşayışını təmin edir, onlarda gələcəyə ümid və inam yaradır. Gecə işıqları altında parlayan Bəylik kəndi, gündüz günəşi ilə işıqlanan yamacları ilə doğma ocaqların istiliyini, insanın torpağa bağlılığını əks etdirir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Bəylikdən hazırlanmış videoçarxı təqdim edir", - məlumatda qeyd olunub.

27-10-2025, 15:23
Şabranda ağacların kəsilməsi araşdırılır


Şabranda ağacların kəsilməsi araşdırılır

Şabran rayonunun Zeyvə kəndi ərazisində ağackəsmə faktı ilə bağlı Rayon Polis Şöbəsində prosessual araşdırmalara başlanılıb.
DİN Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
27-10-2025, 15:06
Elman Nəsirov qızı ilə bağlı iddialara yenidən cavab verdi - VİDEO


Elman Nəsirov qızı ilə bağlı iddialara yenidən cavab verdi - VİDEO

Milli Məclisin deputatı Elman Nəsirov qızı Laləzar Əliyeva ilə bağlı iddiaları növbəti dəfə cavablandırıb.
O, Baku TV-nin efirindən keçmiş ailəsilə bağlı bir çox məsələlərə aydınlıq gətirib.
Bildirib ki, keçmiş ailəsinə 850 manat aliment də ödəyib.


27-10-2025, 14:42
Füzulidə "Qarğabazar Karvansarayı" bərpa ediləcək


Füzulidə "Qarğabazar Karvansarayı" bərpa ediləcək

Füzuli rayonunun Qarğabazar kəndində yerləşən karvansarayın bərpa işlərinə başlanılır.
Karvansaray bərpa ediləcək və ərazisi abadlaşdırılacaq.
Bu istiqamətdə layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı addımlar atılır.
Layihənin 314 706 manata başa gələcəyi ehtimal olunur.
Qeyd edək ki, "Qarğabazar Karvansarayı" 1681-ci ildə inşa edilib. Memarı məlum olmayan bu tarixi abidəyə bəzən “Şah Abbas karvansarayı” da deyirlər.
27-10-2025, 14:15
Bakıda evdən 15500 manat oğurlandı


Bakıda evdən 15500 manat oğurlandı

Dünən Xətai rayonunda yerləşən evlərin birindən oğurluq edilib.
Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, zərərçəkən polisə müraciət edərək evindən 15 500 manatının talandığını bildirib. Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 25 yaşlı B.Babayev müəyyən olunaraq saxlanılıb.
Nəsimi rayonunda isə bir nəfərə məxsus “Hyundai” markalı avtomobilin ehtiyat hissəsini oğurlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş 43 yaşlı A.Tağıyev saxlanılıb.
Araşdırma aparılır.
27-10-2025, 13:59
Hakan Fidan müavinini Bakıya göndərdi


Hakan Fidan müavinini Bakıya göndərdi

Türkiyə xarici işlər nazirinin müavini Berris Ekinci Azərbaycanda səfərdədir.
Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.
Nazir müavini Bakıda siyasi məsləhətləşmələrdə iştirak edəcək.
Berris Ekinci Türkiyə səfirliyində olub, Fəxri və Şəhidlər xiyabanlarını və Türk şəhidliyini ziyarət edib.



27-10-2025, 13:41
21 yaşlı qadın eyvandan yıxılaraq öldü


21 yaşlı qadın eyvandan yıxılaraq öldü

Abşeron rayonunun Şəfəq qəsəbəsində 21 yaşlı qadın eyvandan yıxılaraq ölüb.
2004-cü il təvəllüdlü qəsəbə sakini Əbilova Kəmalə Tariyel qızı yaşadığı çoxmərtəbəli binadakı mənzilinin eyvanından yıxılaraq həyatını itirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
27-10-2025, 13:04
Qohum evliliyini yayımlayan kanal CƏRİMƏLƏNDİ


Qohum evliliyini yayımlayan kanal CƏRİMƏLƏNDİ

Audiovizual Şura tərəfindən həyata keçirilən monitorinq nəticəsində "MTV" televiziya kanalının efirində 22 oktyabr 2025-ci il tarixdə saat 20.31-21.24 arası yayımlanan "Toya gəlmişik" proqramının yayımı zamanı "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanunun 9.3-cü maddəsinin tələbinin pozulması faktı aşkar olunmuşdur.
Bu barədə Audiovizual Şuradan məlumat verilib.
Belə ki, həmin proqramın yayımı zamanı bölgələrin birində keçirilmiş, qohumların (xalaqızı və xalaoğlunun) toy məclisi nümayiş etdirilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12.0.2-1-ci maddəsinə əsasən qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları arasında nikahın bağlanmasına yol verilmir. Bu isə "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanunun 4.2.4-cü maddəsinə əsasən ailə institutunu nüfuzdan salan informasiya olmaqla uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaya aiddir və yayımına məhdudiyyət qoyulur.
Bir neçə gün əvvəl digər yayımçı tərəfindən bu qəbildən pozuntu halı törədilmiş və Audiovizual Şuranın iclasında həmin yayımçıya xəbərdarlıq olunmuşdu. Həmin yayımçıya xəbərdarlıq olunanda bütün yayımçılardan diqqətli olmaları və bu istiqamətdə monitorinqlərin davam edəcəyi bildirilmişdi.
Təəssüflə qeyd olunmalıdır, həmin haldan bir neçə gün sonra "MTV" kanalında yuxarıda qeyd olunan pozuntu halı baş vermişdir. Məsələnin ciddiliyini nəzərə alaraq və yayımçıların bu məsələyə bir daha diqqətini cəlb etmək məqsədilə 24 oktyabr 2025-ci il tarixində "MTV" kanalının aid olduğu "MUZ TV Azərbaycan" MMC-nin səlahiyyətli nümayəndəsi Audiovizual Şuraya dəvət edilmiş, pozuntu faktına görə inzibati xəta haqqında protokol tərtib olunaraq müvafiq məhkəməyə göndərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 388-2.0.4-cü maddəsinə əsasən qeyd olunan pozuntuya görə hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
Audiovizual Şura bir daha bütün yayımçıları qanunvericiliyin tələblərinə ciddi əməl etməyə, digər yayımçılara tətbiq olunmuş sanksiyaların səbəbi olmuş pozuntuların baş verməməsi üçün redaksiya nəzarətini gücləndirməyə çağırır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!