Onlar Saakaşvilini hakimiyyətə gətirmək istəyir .....                        "Qarabağ"dan ilk qol .....                        Yunanlar 13 saat işləmək istəmir .....                        Paşinyan da İlham Əliyevin qatıldığı sammitə getdi .....                        Zəngəzur dəhlizi BTQ ilə birgə tranzit imkanlarını artıracaq - ADY sədri .....                        Paşinyanla daşnaklar arasında sərt polemika .....                        Naxçıvanda 3 maşın toqquşdu - 4 yaralı var .....                        "Euronews" Bakı Təhlükəsizlik Forumundan süjet hazırladı - VİDEO .....                        Prezident və birinci xanım Danimarkada .....                       
25-03-2025, 16:20
Nəsimidə 13 kq marixuana və həşiş aşkarlandı - VİDEO


Nəsimidə 13 kq marixuana və həşiş aşkarlandı - VİDEO

Nəsimi rayonunda narkokuryerdən 13 kq marixuana və həşiş aşkarlanıb.
DİN-dən verilən məlumata görə, son əməliyyat nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş 48 yaşlı Ceyhun Kuhi saxlanılıb. Ondan 13 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və həşiş aşkarlanaraq götürülüb.
C.Kuhi ifadəsində şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu və narkotikləri maddi gəlir qarşılığında gizli yerdən götürərək ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.
Faktla bağlı araşdırmalar aparılır.
Ümumilikdə isə Nəsimi rayonunda son üç ay ərzində polisin keçirdiyi tədbirlər zamanı narkotiklərlə əlaqəli 115 fakt aşkarlanıb və nəticədə 36 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

25-03-2025, 16:04
Aeroport yolunda qəza tıxaca səbəb oldu


Aeroport yolunda qəza tıxaca səbəb oldu

Suraxanı rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə DİN-dən məlumat verilib.
Bildirilib ki, qəza səbəbilə həm Hava limanı, həm də metronun “Koroğlu” stansiyası istiqamətlərində sıxlıq yaranıb.
Nəqliyyat sıxlığının aradan qaldırılması üçün işlər görülür.
25-03-2025, 15:44
Türkiyə dərsliklərindəki Türk dünyası xəritəsi yenilənir


Türkiyə dərsliklərindəki Türk dünyası xəritəsi yenilənir

Türkiyə dərsliklərində və tədris vasitələrində istifadə olunan altı xəritə yenilənib, 40 yeni xəritə hazırlanıb. Yenilənənlər arasında Türk dünyası, Türkiyənin inzibati ərazi bölgüsü və quru-dəniz sərhədləri, dünyanın siyasi, Türkiyənin, dünyanın və Kipr adasının fiziki xəritələri yer alır.
Yenilənmiş kitabların 2025-2026-cı tədris ilindən etibarən istifadəyə verilməsi nəzərdə tutulur.
Bundan əlavə, Türkiyədə kənd təsərrüfatı inqilabının baş verdiyi bölgələr, İslamın yaranma və yayılma xəritələri, Osmanlı imperiyasının əhalisi və hakimiyyət sahələri, qədim Anadolu sivilizasiyalarının yerləşdiyi bölgələr, Türkiyə Səlcuqlu və Uyğur dövlətlərinin xəritələri başda olmaqla, 40 yeni xəritə hazırlanıb.
Dərs vəsaitlərinin funksionallığının artırılması məqsədilə elmi əsaslarla tərtib edilən yeni bu xəritələr xüsusilə Türkiyənin geosiyasi mövqeyi, tarixi və regional inkişaf proseslərini əks etdirir.
Layihə Türkiyənin Milli Təhsil Nazirliyi (MTN) ilə Milli Müdafiə Nazirliyinin (MSB) Təlim və Tərbiyə Baş İdarəsi arasında imzalanan protokol əsasında həyata keçiriləcək.
25-03-2025, 15:07
Elman Paşayevin istintaqı başa çatdı - Dostundan 47 milyon alıbmış


Elman Paşayevin istintaqı başa çatdı - Dostundan 47 milyon alıbmış

Rusiyada fəaliyyət göstərən azərbaycanlı keçmiş vəkil Elman Paşayevin dələduzluq ittihamı işi üzrə istintaq yekunlaşıb.
Bu barədə Rusiya İstintaq Komitəsindən bildirilib.
Qeyd olunub ki, Rusiya İstintaq Komitəsinin hərbi-istintaq orqanları keçmiş vəkil Elman Paşayevə qarşı cinayət işi üzrə istintaq hərəkətlərini başa çatdırıb. O, Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi, 30-cu maddəsinin 3-cü hissəsi, 159-cu maddəsinin 4-cü hissəsi ("Dələduzluq və xüsusilə dələduzluq cəhdi") ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə ittiham olunur.
İttihama görə, 2024-cü ilin yanvarında müttəhim dostu Aleksey Blinovskini böyük məbləğdə pul müqabilində onu və həyat yoldaşı Yelena Blinovskayanı cinayət məsuliyyətindən azad edə biləcəyinə inandırıb. Paşayev Blinovskidən 47 milyon rubldan artıq pul alıb.
Keçmiş vəkil 2023-cü ilin iyulundan 2024-cü ilin sentyabrına qədər oxşar üsulla Aleksey Zaxarova qarşı 15 milyon rubldan çox dələduzluq etməkdə də ittiham olunur.
25-03-2025, 14:40
16 minlik oğurluq edən şəxs tutuldu


16 minlik oğurluq edən şəxs tutuldu

Xaçmazda oğurluqda şübhəli bilinən şəxs tutulub.
Polisə daxil olan məlumat əsasında keçirilən tədbirlərlə rayondakı evlərin birindən və mağazadan oğurluq etməkdə şübhəli bilinən Nurağa İsgəndərov saxlanılıb.
Həmin şəxsin məişət əşyaları, təmir alətləri, tütün məmulatları və pul oğurlaması, zərərçəkmişlərə ümumilikdə 16 min manat məbləğində ziyan vurması məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə N.İsgəndərovun barəsində həbs qətimkan tədbiri seçilib.
25-03-2025, 13:28
“Euronews” Qlobal Bakı Forumundan xüsusi reportaj yayımladı - VİDEO


“Euronews” Qlobal Bakı Forumundan xüsusi reportaj yayımladı - VİDEO

“Euronews” telekanalında “Focus” verilişinin növbəti buraxılışı efirə çıxıb. Reportaj martın 13-15-də Bakıda keçirilən XII Qlobal Bakı Forumuna həsr olunub.
Forum haqqında reportaj telekanalın rəsmi saytında dərc edilib.
"XII Qlobal Bakı Forumu “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında vacib qlobal problemlərin müzakirəsi üçün yüksək vəzifəli şəxsləri və siyasətçiləri bir araya gətirdi", - telekanal qeyd edib.
Reportajda göstərilib ki, forumdakı müzakirələr Avropa İttifaqının genişlənməsi, Cənubi Qafqazda regional təhlükəsizlik kimi mövzular ətrafında cəmləşib.
"Liderlər daha sıx beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıblar. Albaniya öz Avropa istəklərini təsdiqlədi, ekspertlər isə Qərbi Balkanlarda sabitliyin vacibliyini diqqətə çatdırıblar", - “Euronews” qeyd edib.
Telekanal, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevlə müsahibənin kadrlarını təqdim edir ki, burada Azərbaycan lideri Cənubi Qafqaz təhlükəsizlik mexanizminin yaradılmasının vacibliyini vurğulayıb.
“Əlbəttə, ətrafımızda baş verən böhranlardan regionumuzun qorunması vacib məsələdir. Təəssüflər ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olub. Hazırda nisbətən sakit dövrdəyik və biz diqqətimizi buna yönəltməliyik. Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq və sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq", - telekanal İlham Əliyevlə müsahibədən bir parçanı təqdim edib.
Həmçinin “Euronews” Albaniya Prezidenti Bayram Beqayla müsahibənin kadrlarını təqdim edib ki, burada həmin dəyərlərin qorunmasının vacibliyini bəyan edib: "Azadlıq, demokratiya, insan ləyaqəti, ədalət - bunlar qorumalı olduğumuz şeylərdir".
Bununla yanaşı, telekanal Balkan yarımadasının təhlükəsizliyi məsələsinə diqqət ayırıb. Bu məsələ ilə bağlı telekanal Monteneqronun sabiq prezidenti Milo Cukanoviçlə müsahibədən bir parça təqdim edib ki, burada o, regionun Avropa ilə qarşılıqlı əlaqəsi və Aİ-yə üzvlük perspektivləri barədə danışıb.
"Bu, Qərbi Balkanlarda siyasi qərarlar qəbul edənlər üçün bir çağırışdır. Amma mənim fikrimcə, söhbət yeni geosiyasi kontekstdə Avropanın gələcəyindən gedir", - Monteneqronun sabiq prezidenti bildirib.
Reportajda həmçinin qeyd olunub ki, forumun iştirakçıları onun qlobal təhlükəsizlik və iqtisadi inkişaf məsələləri üzrə siyasi müzakirələrin formalaşmasındakı rolunu vurğulayıblar.

24-03-2025, 17:29
Gəncədə 15 yaşlı qızı maşın vurdu


Gəncədə 15 yaşlı qızı maşın vurdu

Gəncədə yeniyetmə qız yol qəzasında xəsarət alıb.
Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 2010-ci il təvəllüdlü M.Bəkirovanı vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
24-03-2025, 17:13
Şuşada iftar çadırları quruldu - FOTO


Şuşada iftar çadırları quruldu - FOTO

Müqəddəs Ramazan ayı münasibətilə "Nargis" Fondu tərəfindən 22-23 mart tarixlərində Şuşa şəhərində iftar çadırları qurulub.
Burada bölgə sakinləri və ziyarətçilər müxtəlif təamlardan dadıblar.
İki gün ərzində hər gün qonaqlara duru xörək, aş-qara, dovğa, təzə meyvə və tərəvəzlər, sərinləşdirici içkilər, samovar çayı, qoğal, badambura, çərəzlər və kətədən ibarət yüksək keyfiyyətli iftar menyusu təqdim edilib.
Fondun həyata keçirdiyi aksiya müddətində yüzlərlə insan iftar süfrəsinin qonağı olub. Bundan əlavə, iftar süfrəsinə qatıla bilməyənlər və ehtiyacı olan insanlar üçün tam iftar payları birbaşa yaşadıqları ünvanlara göndərilib.
Builki "İftar Çadırları" layihəsi Şuşa şəhərində "Bank Respublika" və "Iticket.Az" şirkətlərinin sponsorluğu ilə gerçəkləşmişdir. Bununla yanaşı, "Şuşa Hotel", Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi və Azərbaycan Dövlət Reklam Agentliyi təşkilati dəstək göstərib.
Qeyd edək ki, "Nargis" Fondu tərəfindən "İftar Çadırları" layihəsi 2019-cu ildən etibarən Ramazan ayında həyata keçirilir. Layihə çərçivəsində xüsusi hazırlanmış Şərq üslublu çadırlarda qonaqlar bir araya gələrək iftar sevincini birlikdə paylaşırlar.


24-03-2025, 17:07
İtkin düşən 6 nəfər tapıldı


İtkin düşən 6 nəfər tapıldı

İtkin düşən 6 nəfər tapılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, martın 22-si və 23-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
24-03-2025, 16:29
Mingəçevirdə meyit tapıldı


Mingəçevirdə meyit tapıldı

Mingəçevirdə meyit tapılıb.
Hadisə şəhərdəki evdə qeydə alınıb.
Meyiti tapılan şəxsin Ağdam rayon sakini, 1968-ci il təvəllüdlü Allahverdi Quliyev olduğu məlum olub.
Faktla bağlı araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!