Paytaxtın bu prospektində hərəkət sxemi dəyişir .....                        Daha bir ölkədə konsulluq xidmətimiz müvəqqəti dayandırılır .....                        "Çelsi"yə transfer qadağası qoyuldu .....                        Küləkli hava ilə bağlı sarı xəbərdarlıq .....                        Polşada saxlanılan azərbaycanlı Bakıya gətiriləcək .....                        MİDA-ya yeni Aparat rəhbəri təyin olundu .....                        Rusiyaya 11 milyon mərmi satan ölkə .....                        Sosial müavinət alanlarla bağlı yeni statistika .....                        ABŞ İrana güzəştə getdi .....                       
17-06-2025, 11:46
Bakıda QDİƏT PA-nın iclası keçirilib - FOTO


Bakıda QDİƏT PA-nın iclası keçirilib - FOTO

İyunun 17-də Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Sosial və humanitar siyasət komissiyasının iclası keçirilib.
Quruma üzv ölkələrin parlament nümayəndə heyətlərinin iştirakı ilə keçirilən tədbirdə Milli Məclisi QDİƏT PA-da nümayəndə heyətimizin rəhbəri deputat Eldar Quliyev, üzvləri Eldar İbrahimov, Musa Quliyev və Səbinə Salmanova təmsil ediblər.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin, habelə QDİƏT PA-nın Sosial və humanitar siyasət komissiyasının sədri Musa Quliyev gündəlikdə olan məsələlər barədə məlumat verib. O bildirib ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığımızın əsas hədəflərindən biri birlikdə sosial rifahı yüksəltmək, insan ləyaqətini təbliğ etmək və heç kəsi kənarda qoymayan inklüziv cəmiyyətlər qurmaq üçün ortaq niyyətlərimizin həyata keçirilməsini təmin etməkdir.
M.Quliyev qeyd edib ki, tədbir “QDİƏT üzv dövlətlərində əlilliyi olan şəxslərin təhsilinin və məşğulluğunun artırılması üzrə cari təcrübə və strategiyalar” mövzusuna həsr olunub.
İclasda “QDİƏT üzv dövlətlərində əlilliyi olan şəxslərin təhsilinin və məşğulluğunun artırılması üzrə cari təcrübə və strategiyalar” mövzusunda hesabat layihəsi nəzərdən keçirilib. Sonra eyni mövzuda tövsiyə qərarının layihəsinə baxılıb və sənəd səsə qoyularaq qəbul olunub.
Daha sonra QDİƏT Parlament Assambleyasının baş katibi Asəf Hacıyev çıxış edərək komitənin fəaliyyətinə uğurlar arzulayıb.

16-06-2025, 22:39
Zaqatalada faciə: 5 yaşlı uşaq "Kamaz"ın altında qaldı


Zaqatalada faciə: 5 yaşlı uşaq "Kamaz"ın altında qaldı

İyunun 16-da axşam radələrində Zaqatalanın Muxax kəndi ərazisində azyaşlının yük avtomobilinin altında qalması ilə bağlı hadisə baş verib.
Bu barədə Zaqatala Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildiriblər ki, hadisə nəticəsində Muxax kənd sakini, 5 yaşlı Elman Sulxayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Təcili Tibbi Yardım bölməsinə daxil olub. İlkin araşdırmalarla azyaşlının “Kamaz” markalı yük avtomobilinin altında qaldığı məlum olub.
Elman Sulxayevə ilkin tibbi yardım göstəriləndən sonra o, xəstəxananın cərrahiyyə şöbəsinə yönləndirilsə də, həkimlərin səyinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Baş vermiş hadisə ilə bağlı rayon polis şöbəsində araşdırma başlanılıb.
16-06-2025, 21:57
Qazaxda evə basqın edildi


Qazaxda evə basqın edildi

İyunun 16-da naməlum şəxslər axşam saatlarında rayonun Qazaxbəyli kəndində yerləşən fərdi yaşayış evinə basqın edərək ev sahibindən hədə-qorxu ilə pul tələb edib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
O, istəyinə nail ola bilmədikdə ev sahibinə kəsici-deşici alətlə, həyat yoldaşına isə küt alətlə xəsarət yetirərək hadisə yerindən qaçıb
Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 64 yaşlı Ələddin Nazarov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin cinayət işi başlanılıb, istintaq hərəkətləri və digər zəruri araşdırmalar davam etdirilir.
16-06-2025, 21:18
Azərbaycanda dünya çempionatı keçiriləcək


Azərbaycanda dünya çempionatı keçiriləcək

Qış İdman Növləri Federasiyası tərəfindən Xizək Alpinizmi üzrə Dünya çempionatının Azərbaycanda keçirilməsi ilə bağlı Beynəlxalq Xizək Alpinizmi Federasiyasına (İSMF) ünvanlanan müraciətə əsasən, yarışın "Şahdağ"da keçirilməsi ilə bağlı qərar qəbul edilib və beynəlxalq federasiyanın yarış təqviminə salınıb.
Dünya çempionatının 2027-ci ilin 28 fevral-7 mart tarixlərində "Şahdağ" Turizm Mərkəzində keçirilməsi nəzərdə tutulur.
16-06-2025, 19:44
Belarus vətəndaşları Azərbaycan vasitəsilə təxliyə olundu


Belarus vətəndaşları Azərbaycan vasitəsilə təxliyə olundu

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində növbəti təxliyə prosesi uğurla başa çatdırılıb.
Bu dəfə təxliyə olunanlar Belarus Respublikasının vətəndaşlarıdır.
Təxliyə olunan şəxslər əvvəlcədən müəyyən olunmuş sənəd və qayda tələblərinə uyğun şəkildə sərhəd yoxlamasından keçiblər. Yoxlamalardan sonra onların ölkə ərazisində təhlükəsiz hərəkəti üçün müvafiq nəqliyyat vasitələri ayrılıb və qrup paytaxt Bakı istiqamətində yola salınıb.
Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmalarına yardım göstərilməsini xahiş edib.
16-06-2025, 17:42
İyirmiqat dünya çempionu qəzada öldü


İyirmiqat dünya çempionu qəzada öldü

Rusiyanın məşhur idmançısı Nikolay Krasnikov Rusiyanın Ufa şəhəri yaxınlığında avtomobil qəzasında dünyasını dəyişib.
Rusiya mətbuatında yer alan məlumata görə, Krasnikovun idarə etdiyi avtomobil əks istiqamətdə hərəkət edən iki yük maşını ilə toqquşub. Xilasedicilər və təcili tibbi yardım briqadaları gələnə qədər 40 yaşlı idmançı hadisə yerində keçinib.
Nikolay Krasnikov motosiklet üzrə iyirmiqat dünya çempionu olub. O, Rusiyada ən çox təltif edilmiş və titullu avtoidman idmançısı sayılırdı.
16-06-2025, 15:54
Müharibəyə görə Bakıda qalan nazir İsrailə necə qayıtdı


Müharibəyə görə Bakıda qalan nazir İsrailə necə qayıtdı

İsrailin İrana hücuma başladığı gün - iyunun 13-ü İsrailin inteqrasiya naziri Ofir Sofer Azərbaycanda səfərdə imiş
Bu barədə İsrailin "Vesty" portalı xəbər yayıb.
Nazirin İsrailə qayıdışını təşkil etmək və təhlükəsizliyini təmin etmək üçün qeyri-adi əməliyyat başlayıb və o, iyunun 15-də ölkəsinə qayıdıb.
Nazir "Soxnut" agentliyinin nümayəndə heyəti ilə birlikdə gənc yəhudilərin seminarında iştirak etmək üçün Azərbaycana gəlib, ancaq İsrailin hücumu ilə əlaqədar proqram dəyişdirilib. O, 13 iyunda yəhudi icması ilə cəmi bir tədbir keçirə bilib.
Təhlükəsizlik xidmətləri ona hoteli tərk etməyi qadağan edib, gecə isə təyyarə ilə Afinaya göndərilib. Sofer Yunanıstan paytaxtından Larnakaya uçub, daha sonra Limasola gedib, oradan isə 15 iyun gecəsi agentliyinin nümayəndə heyəti ilə birlikdə yaxta ilə İsrailə qayıdıb.
16-06-2025, 15:28
Hamamda qaz partladı, qadın yandı


Hamamda qaz partladı, qadın yandı

Gəncə sakini yanıq xəsarətləri alıb.
Şəhər sakini 1989-cu il təvəllüdlü G.Əsgərova üz nahiyəsinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə, G.Əsgərova yaşadığı evin vanna otağında qazı (kalonkanı) yandıran zaman ehtiyatsızlıqdan partlayış olub. Nəticədə, o, yanıq xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
16-06-2025, 14:29
Bir neçə dövlətin hakim partiya üzvləri Xankəndidə


Bir neçə dövlətin hakim partiya üzvləri Xankəndidə

“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda Yeni Azərbaycan partiyasının təşkilatçılığı ilə Şuşada keçirilən beynəlxalq konfransın iştirakçıları, bu gün Xankəndi şəhərinə səfər edib. Qonaqları Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov qarşılayıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə,
konfrans iştirakçıları Zəfər meydanından şəhərin ümumi mənzərəsini seyr ediblər.Onlara Zəfər muzeyi haqqında qısa məlumat verilib. Qonaqlar, Xankəndi şəhərində gedən bərpa-quruculuq və yenidənqurma işləri ilə də tanış olublar. Daha sonra "Qarabağ" universiteti də ziyarət olunub.
Xatırladaq ki, Şuşada keçirilən konfransda bir sıra ölkələrin hakim partiyalarının rəhbərləri iştirak edirlər.









15-06-2025, 23:31
Güləşçimiz Avropa çempionu oldu


Güləşçimiz Avropa çempionu oldu

Azərbaycanın sərbəst güləş millisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-17 Avropa çempionatında komanda hesabında birinci olub.
Azərbaycan yığması qitə birinciliyində uğurlu çıxış edərək 6 medal qazanıb.
Məsul yarışda 3 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edilib.
Bu nəticə ilə 151 xal toplayan millimiz növbəti dəfə Avropa çempionu olub.
Ukrayna 144 xalla ikinci, Gürcüstan isə 116 xalla üçüncü yeri tutub.
Xatırladaq ki, böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında Rəvan Həsənzadə (48 kq), Ruslan Əlizadə (55 kq) və Səid Paşayev (92 kq) qızıl, Həsən Həsənov (60 kq) gümüş, Ramal Mirhüseynov (51 kq) və Hakim Tağıyev (110 kq) isə bürünc medal qazanıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!