Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                       
23-07-2025, 17:27
“IDEF 2025”-də imzalanma mərasimi - FOTO


“IDEF 2025”-də imzalanma mərasimi - FOTO

Türkiyədə səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti “IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak edib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, Azərbaycan nümayəndə heyəti beynəlxalq sərgidə nümayiş etdirilən dünya üzrə müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirib, onların rəhbər heyəti ilə görüşüb.
Keçirilən görüşlər zamanı hərbi-texniki sahədə əməkdaşlığın müxtəlif aspektləri, inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Sərgi çərçivəsində Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanov, Azərbaycan Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən MİRAS Hərbi-Sənaye Şirkəti MMC və Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin nümayəndələrinin iştirakı ilə bir sıra müqavilələr imzalanıb.



23-07-2025, 16:50
Avro 2 manatadək bahalaşdı: dolların məzənnəsində isə...


Avro 2 manatadək bahalaşdı: dolların məzənnəsində isə...

Azərbaycanda avronun məzənnəsi iki manata yaxınlaşır. Bu gün Mərkəzi Bankın açıqladığı məzənnədə 1 avro 1,9949 manat olaraq göstərilib.
İqtisadçı ekspert Natiq Cəfərli deyib ki, Azərbaycanda avronun məzənnəsi ayrıca müəyyən olunmur. Manat əsasən dollar indekslidir, yəni məzənnə ABŞ dollarına bağlı şəkildə tənzimlənir.
O bildirib ki, dolların digər valyutalara, o cümlədən avroya qarşı məzənnəsi dəyişdikdə, bu dəyişiklik dolayı yolla manata da təsir edir.
“Belə ki, son dövrlərdə avro dollar qarşısında bahalaşdığı üçün paralel olaraq manat qarşısında da dəyər qazanır. Lakin avronun məzənnəsi bizdə birbaşa müəyyən edilmədiyi üçün onun təsiri məhduddur”.
İqtisadçının sözlərinə görə, avro bahalaşsa da, 2025-ci il ərzində dolların məzənnəsində ciddi dəyişiklik olacağı gözlənilmir.
23-07-2025, 16:40
Rusiyanı məhkəməyə vermək istəyirik - Hökumənin atası


Rusiyanı məhkəməyə vermək istəyirik - Hökumənin atası

Aktau yaxınlığında qəzaya uğrayan Azərbaycan təyyarəsinin Rusiya hava məkanında vurulmasından yeddi aya yaxın vaxt keçir. Ancaq Rusiya rəsmiləri istintaq prosesi barədə Azərbaycana heç bir məlumat təqdim etməyib.
Azərbaycan Rusiyadan günahını etiraf etməsini, təyyarəni vuranların cəzalandırılmasını və ailələrə təzminat ödənilməsini tələb edir.
Rəsmi Bakı, həmçinin təyyarənin vurulmasına görə Rusiyanı məhkəməyə verməyə hazırlaşır. "Biz artıq Rusiya tərəfini məlumatlandırmışıq ki, beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik. Biz müəyyən bir qovluq hazırlayırıq", - Prezident İlham Əliyev Xankəndidə keçirilən forumda bildirib.
Qəza zamanı həyatını itirən Azərbaycan Milli Qəhrəmanı Hökumə Əliyevanın atası Cəlil Alıyev dövlətin bu qərarına sevindiyini bildirib.
“Dövlətin də bu sahədə bizə dəstəyi çoxdur, amma mənim qızımın və təyyarədə ölən insanların qatilləri buna görə cavab verməlidir. Bizi bu sahədə yönləndirən, kömək edən, əlaqə yaradan olsa Rusiyanı qızını itirən ata kimi mən də məhkəməyə vermək istəyirəm. Dekabr ayından gözləyirik ki, bu cinayətin üstü açılacaq, hələ də gözləyirik”- deyə C. Alıyev qeyd edib.
Xatırladaq ki, təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
23-07-2025, 16:32
Bu yolda hərəkət tam məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə!


Bu yolda hərəkət tam məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə!

24 iyul saat 08:00-dan 25 iyul saat 22:00-dək Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi Ziya Səmədzadə (Xanlar) küçəsində aparılacaq təmir işləri ilə əlaqədar, sözügedən küçənin Buxta küçəsilə kəsişməsindən Qəzənfər Əlizadə küçəsilə kəsişməsinə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
"Sürücülərdən aparılan işlərə anlayışıla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - məlumatda qeyd olunub.
23-07-2025, 16:18
Kəmaləddin Heydərov mayoru rəis təyin etdi


Kəmaləddin Heydərov mayoru rəis təyin etdi

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Dövlət Yanğına Nəzarət İdarəsinə yeni rəis təyin olunub.
Bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Sözügedən vəzifəyə daxili xidmət mayoru Fəqan Axundov gətirilib.

23-07-2025, 15:37
Kəlbəcərə köçənlər bu binalarda yaşayacaq - FOTO


Kəlbəcərə köçənlər bu binalarda yaşayacaq - FOTO

Kəlbəcər Böyük Qayıdışa hazırlaşır. İyunun 12-də şəhərə köçəcək ilk 81 ailə arasında püşkatma təşkil olunub.
Püşkatma zamanı ailələrin yaşayacağı bina və mənzillər dəqiqləşdirilib. Köçün nə vaxt başlayacağı hələlik məlum deyil.
Proses iyul ayının sonu, ən geci isə avqustun əvvəllərində həyata keçiriləcək.
Hazırda köç prosesinin logistik və təşkilati məsələləri yekunlaşdırılır.
Qeyd edək ki, əhalinin köçəcəyi binalarda işlər artıq yekunlaşıb.
Həmin binalardan görüntüləri təqdim edirik:


23-07-2025, 00:00
Ağdam və Ağdərədə güclü yanğın: Mina partlayışları baş verir


Ağdam və Ağdərədə güclü yanğın: Mina partlayışları baş verir

Ağdam və Ağdərə rayonlarında geniş ərazilərdə yanğın baş verib.
Ağdamın Əlağalı, Qaralar, Qazançı kəndlərində başlayan yanğın Ağdərənin Sırxavənd kəndinə qədər yayılıb.
Kol bitkiləri və quru ot örtüyünün yanması nəticəsində alov daha da geniş ərazilərə doğru irəliləyib.
Hazırda yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) Ağdamdan iki yanğınsöndürən maşını və işçi qüvvələri, Xocalı və Ağdərədən hər birindən bir maşın və işçi qüvvə cəlb olunub.
Yanğın baş verən ərazilərdə ardıcıl olaraq üç dəfə mina partlayışı baş verib. Ərazinin dağlıq relyefi olduğu üçün ümumilikdə 50 nəfər şəxsi heyət xüsusi vasitələrlə yanğının meşə ərazisinə keçməsinin qarşısını almağa çalışırlar.

***

22:46

Ağdam və Ağdərə rayonlarının işğaldan azad edilən ərazilərində yanğın baş verib.
Yanğın hadisəsi Xaçınçayı boyunca yerləşən Ağdam rayon Əlağalı və Yeni Qaralar kəndləri ərazisindən başlayıb.
Geniş əraziyə yayılan yanğın Ağdərə rayonu Qazançı və Sırxavənd kəndi ərazilərinə qədər yayılıb.
Əsasən ot və kol bitkilərinin yanması nəticəsində alov daha da geniş ərazilərə yayılır.
Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub. Ümumilikdə 50 nəfərdən ibarət şəxsi heyət xüsusi vasitələrlə yanğının meşə ərazisinə keçməsinin qarşısını almağa çalışırlar.
Hazırda yanğın davam edir.
22-07-2025, 23:43
Müdafiə Nazirliyi saziş imzaladı


Müdafiə Nazirliyi saziş imzaladı

"IDEF2025" sərgisi çərçivəsində Türkiyənin "Baykar" Müdafiə Sənayesi şirkəti ilə Azərbaycan Müdafiə Nazirliyi arasında "Logistika Dəstəyi və Satış Müqaviləsi” imzalanıb.
Bu barədə"Baykar" şirkətinin "X" hesabında məlumat verilib.
"Bu əməkdaşlığın hər iki qardaş ölkə üçün xeyirli olmasını arzulayırıq", - paylaşımda bildirilib.
22-07-2025, 19:10
Ərdoğan Kamran Əliyevi qəbul etdi


Ərdoğan Kamran Əliyevi qəbul etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Sarayında Azərbaycanın Baş prokuroru Kamran Əliyevi qəbul edib.
Bu barədə Türkiyə Prezidentinin sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Bildirilib ki, qəbulda Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürk də iştirak edib.
22-07-2025, 19:07
İlham Əliyev jurnalistləri təbrik etdi


İlham Əliyev jurnalistləri təbrik etdi

Medianın İnkişafı Agentliyi tərəfindən iyulun 22-də Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilir.
Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Mətbuatın 150 illik yubileyi ilə əlaqədar media nümayəndələrinə müraciəti səsləndirilib.
Müraciəti Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub. Müraciəti təqdim edirik:

Hörmətli media nümayəndələri!

Əziz jurnalistlər!

Sizi əlamətdar yubiley – Azərbaycan milli mətbuatının yaranmasının 150-ci ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
1875-ci il iyulun 22-də böyük maarifçi, naşir Həsən bəy Zərdabi tərəfindən qabaqcıl ideyaların carçısı, dövrün, ictimai-siyasi həyatın güzgüsü – "Əkinçi" qəzetinin nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyuldu. Həmin dövrdə bütün Qafqazda böyük əks-səda doğuran bu mühüm tarixi hadisə Azərbaycan maarifçilik hərəkatının inkişafına, milli oyanışa, milli özünüdərkin və düşüncə azadlığının formalaşmasına təkan vermiş, mütərəqqi jurnalist, publisist və ziyalı nəslin yetişməsində əhəmiyyətli rol oynamışdır.
Azərbaycan milli mətbuatı bütün dövrlərdə cəmiyyəti düşündürən problemləri, zəmanənin qabaqcıl ideyalarını və mütərəqqi fikirlərini əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində, Azərbaycan ədəbi dilinin inkişafında müstəsna xidmətlər göstərmiş, azadlıq və müstəqillik kimi xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini vermişdir.
Keçən əsrin sonlarında müstəqillik qazanmış Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və qətiyyəti nəticəsində cəmiyyət həyatının bütün sahələrində olduğu kimi milli mətbuatın inkişafında da əsaslı dönüş yaranmışdır. Həmin dövrdə media sahəsində həyata keçirilmiş köklü islahatların nəticəsi kimi medianın fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılmış, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr və senzura aradan qaldırılmışdır. Bütün bunlar Azərbaycan mediasının sürətli inkişafına təkan vermiş və onun yeni mərhələyə qədəm qoymasını təmin etmişdir.
Azərbaycan mətbuatının müstəqilliyi cəmiyyətimizin inkişafının başlıca şərtlərindən biridir. Müstəqil, güclü, günümüzün tələblərinə cavab verən, xalqın maraqlarını rəhbər tutan mətbuatın inkişafı və onun sərbəst fəaliyyəti üçün zəruri şəraitin yaradılması hər zaman dövlətimizin qarşısında duran prioritet vəzifələrdən olmuşdur. Bu istiqamətdə daim sistemli iş aparılmış, ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını, media fəaliyyətinin potensialının və iqtisadi əsaslarının möhkəmləndirilməsini, rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını hədəfləyən normativ-hüquqi baza yaradılmış, informasiya resurslarının iqtisadi müstəqilliyinin gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə əsaslı islahatlar həyata keçirilmişdir.
Bu gün artıq fəxrlə deyə bilərik ki, bizim milli mətbuat bir əsr yarım ərzində şərəfli və mütərəqqi inkişaf yolu keçmişdir. Əlamətdar haldır ki, budəfəki yubileyi milli mətbuatımız artıq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanda qeyd edir.
Azərbaycan mediası 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı dövründə hadisələrin operativ işıqlandırılmasını təmin etmək üçün həm ön, həm də arxa cəbhədə fədakarlıqla və əzmlə çalışmışdır. Ölkəmiz və xalqımız üçün bu tarixi və taleyüklü mərhələdə Azərbaycan mediası cəmiyyətimizin operativ və düzgün məlumatlandırılmasında, kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında böyük rol oynamış, haqq səsimizin və mövqeyimizin beynəlxalq ictimaiyyətə çatdırılmasında yüksək peşəkarlıq, əsl vətənpərvərlik və həmrəylik nümayiş etdirmişdir. Heç şübhəsiz ki, informasiya məkanında qazandığımız zəfər döyüş meydanında qazandığımız və bu il 5-ci ildönümünü qeyd edəcəyimiz şanlı Zəfərimizin ayrılmaz parçasıdır.
Torpaqlarımızın işğalı zamanı cəbhə bölgəsində və postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərimizdə vəzifə borcunu yerinə yetirərkən şəhid olmuş media nümayəndələrimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirəm. Onların şücaəti və qəhrəmanlığı heç zaman unudulmayacaq.
Bu gün Azərbaycan Respublikası tam müstəqil xarici siyasət yürüdən, regionun siyasi və iqtisadi mərkəzi statusunu qazanmış, beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuş güclü dövlətdir. Ölkəmizin mövcud inkişaf dinamikası Azərbaycan mediasının da ümumdünya informasiya şəbəkəsindəki çəkisini artırmış, rəqabət qabiliyyətini yüksəltmişdir.
Qarşıdan gələn dövrdə milli mətbuatımızın qlobal informasiya məkanında yerinin daha da möhkəmlənməsini təmin etmək məqsədilə media savadlılığının yüksəldilməsi, ən qabaqcıl kommunikasiya texnologiyalarının tətbiqi, effektiv və çevik kommunikasiyanın həyata keçirilməsi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellektin tətbiqi, dezinformasiya və saxta xəbərlərlə mübarizə kimi amillər aparıcı rol oynayacaqdır.
Dünyada yeni media landşaftının bərqərar olduğu mürəkkəb rəqabət mühitində fəaliyyət göstərən milli mətbuatımızın üzərinə xüsusi məsuliyyət düşür. Belə ki, qlobal informasiya məkanının sürətlə transformasiya olunduğu, beynəlxalq təbliğat fəaliyyətinin ölkələrin imicinə, daxili həyatına ciddi təsir göstərdiyi, süni intellektin imkanlarının genişləndiyi, hibrid təhdidlərin və “deepfake”lərin geniş vüsət aldığı müasir dövrdə bizim mediamız peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə əməl edərək, söz və məlumat azadlığından sui-istifadənin qarşısını qətiyyətlə almalı, Azərbaycanın milli maraqlarını və mənafeyini hər şeydən uca tutmalıdır.
Müasir media mədəniyyətinin formalaşdırılmasında məsuliyyətli, yaradıcı, intellektual və peşəkar jurnalistikanın aparıcı rolu danılmazdır. Əminəm ki, Azərbaycan mediası bundan sonra da cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması, müasir cəmiyyət quruculuğu, milli həmrəyliyin möhkəmləndirilməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəkdir.
Sizi bir daha bu əlamətdar ildönümü münasibətilə ürəkdən təbrik edir, milli mətbuatımızın şanlı ənənələrinin yaşadılması işində uğurlar arzulayıram.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!