Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                       
24-07-2025, 09:36
Hacıqabulda “Milli baş geyimi və örtükləri” layihəsi çərçivəsində növbəti tədbir keçirilib


Hacıqabulda “Milli baş geyimi və örtükləri” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə kiçik qrant müsabiqəsinin qalibi olan Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi tərəfindən icra olunan “Milli baş geyimi və örtükləri” adlı layihə çərçivəsində 23 iyul 2025-ci il tarixində növbəti maarifləndirici-mədəni tədbir Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi Hacıqabul Rayon Mədəniyyət Mərkəzində keçirilib.
Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və videoçarxın nümayişi ilə başlayıb.

Tədbiri layihənin rəhbəri və aparıcısı, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri Güllü Alıyeva açaraq layihənin məqsədləri, əhatə etdiyi fəaliyyətlər və görülən işlər barədə geniş məlumat verib. O bildirib ki, layihənin əsas məqsədi Azərbaycan xalqının qədim və zəngin geyim mədəniyyətinin mühüm tərkib hissəsi olan kişi və qadın baş geyimlərinin – kəlağayı, papaq, araqçın, örpək və digər ənənəvi örtüklərin tədqiqi, təbliği və gələcək nəsillərə ötürülməsidir.
Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xuraman Məmmədova, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Hacıqabul rayon üzrə nümayəndəsi Dövran Həsənov, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədr müavini Vüsal Əmirov, Birliyin idarə heyətinin üzvü Azadə Quliyeva, birliyin üzvü Zülfiyyə İsmayılova, Hacıqabul rayon Mərkəzi Kitabxanasının şöbə müdiri Aytəkin Mirzəyeva, Hacıqabul rayon Mədəniyyət Mərkəzinin solistləri Zakir Saniyev və Fatimə Saniyeva, rəqs ifaçısı Teyyubə Kərimova, gənc aşıq Nərmin Cəlal və digər yaradıcı şəxslər iştirak ediblər.

Çıxış zamanı, milli geyimlərin yalnız maddi deyil, həm də mənəvi dəyər daşıdığını qeyd edərək, bu cür təşəbbüslərin milli-mədəni irsin qorunması və gənc nəsillərə ötürülməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıblar. Onlar bu layihənin bölgələrdə keçirilməsini yüksək qiymətləndirərək, xalqın mədəni yaddaşının yaşadılması baxımından xüsusi rol oynadığını bildiriblər.
Tədbir çərçivəsində Azərbaycanın kişi və qadın baş geyimlərindən – kəlağayılar, papaqlar, araqçınlar və digər ənənəvi örtüklərdən ibarət sərgi nümayiş olunub. Bununla yanaşı, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi tərəfindən yaradılmış kəlağayı ədəbiyyatına dair nəşr olunmuş kitablar da ziyarətçilərin diqqətinə təqdim edilib.

Sonda layihə rəhbəri Güllü Alıyeva Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Hacıqabul Rayon İcra Hakimiyyətinə, Hacıqabul Mədəniyyət Mərkəzinə və tədbirdə iştirak edən bütün qonaqlara dərin təşəkkürünü bildirib.
Layihə çərçivəsində növbəti tədbirlərin Saatlı və Kürdəmir rayonlarında keçirilməsi nəzərdə tutulur.



23-07-2025, 23:09
Avropada daha 3 medal


Avropada daha 3 medal

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının cüdo yarışlarında yığmamızın daha 3 üzvü fəxri kürsüyə qalxıb.
Nuranə Hacızadə (-48 kiloqram) və Zeyd Ələsgərov (-60 kiloqram) gümüş medala yiyələnib. -52 kiloqram çəki dərəcəsində çıxış edən Aysun Məmmədova üçüncü yer uğrunda görüşdə fransalı Alis Lopezə ipponla qalib gələrək bürünc medala sahib çıxıb.
İlk yarış günündə cüdoçularımızdan Gülşən Hüseynova (-44 kiloqram), Rza Xəlilli (-50 kiloqram) və Rəsul Əlizadə (-55 kiloqram) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.
3 qızıl, 2 gümüş və 1 bürünc olmaqla 6 medala malik Azərbaycan millisi ümumi komanda hesabında liderdir.
23-07-2025, 22:57
Yaratdığımız qol fürsətlərindən lazımınca istifadə edə bilmədik


Yaratdığımız qol fürsətlərindən lazımınca istifadə edə bilmədik

Gərgin və maraqlı bir qarşılaşma oldu.
Bu sözləri “Zirə” komandasının baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Xorvatiya təmsilçisi “Hayduk”la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hər iki tərəf meydanda böyük motivasiya ilə çıxış edirdi: “Əgər ikinci qolu vurmağı bacarsaydıq, nəticə tam fərqli ola bilərdi. Təəssüf ki, yaratdığımız qol fürsətlərindən lazımınca istifadə edə bilmədik. Komandamın oyunundan məmnun qaldım. Qələbəyə daha yaxın olan tərəf biz idik, amma istədiyimiz nəticəni əldə edə bilmədik”.
23-07-2025, 22:02
"Zirə" "Hayduk"la ilk oyunda heç-heçə edib


"Zirə" "Hayduk"la ilk oyunda heç-heçə edib

UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində Bakıda keçirilən "Zirə" - "Hayduk" (Xorvatiya) oyunu başa çatıb.
"Neftçi Arena"da təşkil olunan görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Hesabı 31-ci dəqiqədə Brahim Konate açıb. Rəqibdə isə 68-ci dəqiqədə Entoni Kalik fərqlənib.
"Zirə"nin heyətində 39-cu dəqiqədə məcburi əvəzetmə olub. Zədə alan Brahim Konate yerini Ceyhun Nuriyevə buraxıb.
Matçı yunanıstanlı hakim Xristos Vergetis idarə edib.
Komandalar arasında cavab görüşü iyulun 30-da Xorvatiyada keçiriləcək.
23-07-2025, 20:43
Nərimanovda tikilən evlərə görə cinayət işi açıldı - RƏSMİ


Nərimanovda tikilən evlərə görə cinayət işi açıldı - RƏSMİ

Paytaxtın Nərimanov rayonunda Bakı sərnişin-Keşlə, Nərimanov-Böyükşor dəmir yolu xətləri arasında mühafizə zolağına aid torpaq sahələri zəbt olunaraq qanunsuz tikinti işləri aparılıb.
Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.
Məlumata görə, fakta görə Cinayət Məcəlləsinin qanunla müəyyən edilmiş, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi özbaşına tikinti və ya tikinti işlərini aparma maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
23-07-2025, 20:27
Bakı–Qazax yolunda ağır qəza - 10 nəfər yaralandı


Bakı–Qazax yolunda ağır qəza - 10 nəfər yaralandı

Ucarda mikroavtobusla yük maşını toqquşub.
Hadisə Bakı–Qazax avtomobil yolunun Ucar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan mikroavtobusla yük maşınının toqquşması nəticəsində 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar dərhal Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara zəruri tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.
23-07-2025, 19:33
Dəniz daha bir can aldı


Dəniz daha bir can aldı

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə 1 nəfər batıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumatla əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
23-07-2025, 19:15
Növbəti üç günün havası ilə bağlı xəbərdarlıq! - Leysan olacaq


Növbəti üç günün havası ilə bağlı xəbərdarlıq! - Leysan olacaq

İyulun 24-də gündüz əsasən Azərbaycanın şimal və qərb rayonlarında, 25-i gündüzdən 26-sı axşamadək isə ölkənin əksər yerlərində fasilələrlə yağış yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.
Belə ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Bəzi dağ çaylarında sululuğun bir qədər artacağı ehtimal olunur.

23-07-2025, 17:45
Rusiya Azərbaycandan rəsmi qaydada üzr istəməlidir


Rusiya Azərbaycandan rəsmi qaydada üzr istəməlidir

Aktau yaxınlığında qəzaya uğrayan Azərbaycan təyyarəsinin Rusiya hava məkanında vurulmasından yeddi aya yaxın vaxt keçir. Ancaq Rusiya rəsmiləri istintaq prosesi barədə Azərbaycana heç bir məlumat təqdim etməyib.
Azərbaycan Rusiyadan günahını etiraf etməsini, təyyarəni vuranların cəzalandırılmasını və ailələrə təzminat ödənilməsini tələb edir.
Rəsmi Bakı, həmçinin təyyarənin vurulmasına görə Rusiyanı məhkəməyə verməyə hazırlaşır. "Biz artıq Rusiya tərəfini məlumatlandırmışıq ki, beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik. Biz müəyyən bir qovluq hazırlayırıq", - Prezident İlham Əliyev Xankəndidə keçirilən forumda bildirib.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Azər Badamov deyib ki, Prezident İlham Əliyev III Qlobal Şuşa Media Forumunda Qroznı səmasında vurulmuş AZAL-a məxsus təyyarəyə görə Rusiyadan tələbimizin dəyişilmədiyini və müvafiq addımlar atılana qədər gözlədiyimizi bildirdi. Onun sözlərinə görə, əslində təyyarəyə görə kompensasiyanın ödənilməsi Rusiya üçün heç də böyük bir çətinlik yaratmır:
“Burada təkcə kompensasiyadan söhbət getmir. Həm də Rusiya Azərbaycandan rəsmi qaydada üzr istəməlidir. Rusiya üçün ən çətin və qəbul edilməz sayılan məsələ məsuliyyətini etiraf edərək Azərbaycandan üzr istənilməsidir. Çünki, Rusiya hələ də imperiya təfəkküründədir və hesab edir ki, o boyda böyük ölkə Azərbaycan qarşısında günahını necə etiraf etsin. Amma anlamır ki, biz XXI əsrdə yaşayırıq və sovetlərin tərkibində yaşamış respublikalar artıq müstəqildirlər”.
Millət vəkili qeyd edib ki, hər bir respublika müstəqil ölkə kimi BMT-nin üzvdir və beynəlxalq hüquq qarşısında hamı bərabərdir:
“Yəni burda “böyük-kiçik qardaş”, “bizim dediyimiz kimi olmalıdır “ təfəkkürü olmamalıdır. Bəli, Azərbaycan özünə hörmət qoydura bilən və dünyada qəbul olunmuş etibarlı tərəfdaşdır”.
Deputat vurğulayıb ki, bu məsələni beynəlxalq mətbuat da geniş işqlandırır və ədalətli mövqeyimizi dünya ictimaiyyəti də görür:
“Rusiya isə müvafiq addımların atılması əvəzinə media resurslarında absurd açıqlamalar verir və məsələni mahiyyətindən yayındırmğa çalışır. Məsələn Peskov ötən gün deyib ki, əgər Azərbaycan Rusiya Federasiyasına qarşı məhkəməyə müraciət etmək qərarı versə, Moskva rəsmi qərarları gözləyəcək. Rusiya üçün vacibdir ki, Azərbaycanda ruslara hörmətlə yanaşılsın və s. Azərbaycan nəinki ruslara, həm də bütün millətlərə çox hörmətlə yanaşan ölkədir. Peskov bilməlidir ki, eyni addımları biz Rusiyadan da gözləyirik”.
A.Badamov onu da əlavə edib ki, rus hakimiyyət orqanları, ekspertlər və KİV-lər də AZAL təyyarəsi faciəsi ilə bağlı səslərini çıxartmırlar:
“Sanki belə bir hadisənin, cinayətin baş vermədiyi kimi özlərini göstərirlər və Azərbaycanla arasında yaranmış gərginliyin əsasında Yeketerinburq hadisələri olduğunu göstərməyə çalışırlar. Əslində həm Yeketerinburq hadisələri və bu gün Azərbaycan diasporunun rəhbərlərinə qarşı elan olunmuş müharibə, istərsə də fevral ayında dövlət mətbuat orqanlarımızın rəsmi saytlarına qarşı kibermüdaxilə və elə mənə qarşı da Moskvada göstərilən qeyri-dost hərəkət AZAL təyarəsinə görə Azərbaycanı özünün ədalətli tələblərindən geri çəkdirməsinə hesablanmışdır”.
Müsahibimiz bildirib ki, III Şuşa Qlobal Media Forumunda dövlət başçımızın səsləndirdiyi fikirlər beynəlxalq hüquqa və ədalətə əsaslanır:
“Rusiya vurduğu təyyarəmizə görə müvafiq prosedurları icra etməyəcəyi təqdirdə mübahisənin beynəlxalq məhkəmə müstəvisində həll olunması üçün müraciət etmək Azərbaycanın hüququdur”.
Onu da qeyd etmək vacibdir ki, dünyadan təcrid olunmuş Rusiyaya Azərbaycanla münasibətlərin normallaşdırılması vacibdir:
“Bu baxımdan Rusiyanın Azərbaycana təzyiq göstərmək cəhdlərindən çəkinərək günahını etiraf edəcəyinə və müvafiq addımları atıb yaxın qonşuluq münasibətlərinin gərginləşməsinə aparan hərkətlərdən çəkinəcəyinə ümid edirik. Əgər Rusiya yaxın qonşusu Azərbaycanla münasibətlərini həqiqətən normallaşdırmaq istəyirsə ədalətli və səmimi olmalıdır”,- deyə millət vəkili bildirib.
23-07-2025, 17:33
Ermənistan Zəngəzur dəhlizinə razılıq verib? - İrəvandan reaksiya


Ermənistan Zəngəzur dəhlizinə razılıq verib? - İrəvandan reaksiya

Ermənistan hökuməti bəyanat yayaraq bəzi mətbuat orqanlarında yayılan məlumatları təkzib edib.
Bu barədə məlumat hökümətin saytında dərc olunub.
Bildirilib ki, iyulun 22-də "xəbər" kimi təqdim olunan yazı əslində hibrid müharibə və manipulyativ təbliğatın bir hissəsidir.
"Periodista Digital" adlı sayt daha əvvəl də saxta şəxslər və əsassız məlumatlarla bağlı tənqidlərə məruz qalıb",- məlumatda deyilir.
Ermənistan hökuməti bildirib ki, məqalədə yazılanların reallıqla heç bir əlaqəsi yoxdur: "Ölkənin regional nəqliyyat dəhlizlərinin açılması ilə bağlı mövqeyi aydın şəkildə “Sülh sazişi” layihəsində göstərilib. Baş nazir Nikol Paşinyan da iyulun 16-da keçirdiyi mətbuat konfransında bu barədə ətraflı danışıb", - məlumatda deyilir.

***

12:19

İspaniyanın “Periodista Digital” nəşri Zəngəzur dəhlizi ilə bağlı sensasion iddia ilə çıxış edib. Nəşrin yazdığına görə, Ermənistan hökuməti ABŞ ilə birlikdə gizli memorandum imzalayıb.
Sənədə əsasən, Zəngəzur bölgəsindən keçən və Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən 42 kilometrlik yeni nəqliyyat dəhlizi yaradılacaq.
Dəhlizin adının “Tramp körpüsü” olacağı iddia edilir.
Məlumata görə, layihənin idarəçiliyi amerikalı özəl şirkətə həvalə olunacaq. Ermənistan isə dəhlizdən əldə ediləcək gəlirin cəmi 30 faizini alacaq.
Nəşr yazır ki, bu memorandum artıq ölkələr tərəfindən təsdiqlənib və sənədin məzmunu erməni diasporasında yayılıb.
Ən diqqətçəkən məqamlardan biri də ABŞ-a məxsus hərbi kontingentin Ermənistan ərazisinə yerləşdirilməsi ilə bağlıdır. Lakin söhbət rəsmi ABŞ ordusundan deyil, təxminən 1000 nəfərlik özəl hərbi şirkətin əməkdaşlarından gedir. Onların güc tətbiq etmək səlahiyyəti olacağı bildirilir.
Nəşrin iddiasına görə, bu addım Ermənistanın Fransa və Avropa İttifaqı ilə əlaqələrini də zəiflədə bilər. “Tramp Körpüsü” layihəsi fonunda rəsmi İrəvanın Vaşinqtonun təsiri altına düşəcəyi və faktiki olaraq “ABŞ xüsusi təyinatlıları tərəfindən işğal olunmuş ölkəyə” çevriləcəyi vurğulanır.
“Periodista Digital” qeyd edir ki, bu layihə İran üçün də ciddi narahatlıq doğura bilər. Çünki dəhlizin reallaşması ABŞ-ı birbaşa İran sərhədlərinə yaxınlaşdıracaq və bu, regionda gərginliyi daha da artıracaq.
Hazırda bu iddialarla bağlı nə Ermənistan, nə də ABŞ rəsmiləri tərəfindən rəsmi açıqlama verilməyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!