Tbilisidə baş verənlərə görə o məsuliyyət daşıyır .....                        Misirdə Qəzza planı müzakirə ediləcək .....                        "Qalatasaray " - "Beşiktaş" oyununda qalib müəyyənləşmədi .....                        Yadigar Muradovun vəziyyəti ağırlaşdı .....                        Marneuli şəhəri meri məlum oldu .....                        İstanbulda terror əməliyyatı: yeniyetmələr tutuldu .....                        Kaxa Kaladze qalib gəldi .....                        Azərbaycanda bu şəxslərə ev veriləcək .....                        İsmayıllıda ağır qəza - 2 ölü, 4 yaralı .....                       
29-12-2024, 13:50
Təyyarə qəzasında həlak olan ekipaj üzvləri dəfn edildi


Təyyarə qəzasında həlak olan ekipaj üzvləri dəfn edildi

Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan üç ekipaj üzvü - gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyeva bu gün dekabrın 29-da II Fəxri xiyabanda dəfn olunub.
Dəfn mərasimində dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Hər iki pilot da daxil olmaqla, 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib. Dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla, 24 nəfərin nəşi ölkəyə gətirilib.
Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.
29-12-2024, 12:48
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Dekabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 5-7° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6° isti, gündüz 7-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti olacaq.
29-12-2024, 12:13
AZAL-ın təyyarəsinə üç xarici təsir olub - RƏSMİ - VİDEO


AZAL-ın təyyarəsinə üç xarici təsir olub - RƏSMİ - VİDEO

Təyyarəyə üç xarici təsir olub və nəticədə təyyarə qəzası baş verib.
Bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti İlham Əmirov hava limanındakı vida mərasimində deyib.
O bildirib ki, qara qutu artıq açılıb oxunur:
"İlkin məlumatlar sübut edir ki, təyyarəmizə qeyri-qanuni xarici təsirlər olub. Heyət yerə "qəzaya uğrayıram" siqnalı göndərib, yaxınlıqda olan Mahaçqala və Qroznı hava limanları nədənsə təyyarəni qəbul etməyiblər. Heyət o vəziyyətdə idarəedilməz təyyarəni idarə edib, eniş ediblər. Bu, bizim pilotların yüksək keyfiyyətlərə cavab verməsinin nəticəsidir", - o deyib.
İlham Əmirov əlavə edib ki, qəzanın səbəbləri araşdırılacaq və ictimaiyyətə məlumat veriləcək.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
29-12-2024, 12:02
Xızıda direktorun meyiti işlədiyi məktəbdən tapıldı


Xızıda direktorun meyiti işlədiyi məktəbdən tapıldı

29 dekabr 2024-cü il tarixində, səhər saatlarında Xızı şəhər tam orta məktəbin direktoru Fazil Məmmədov vəfat edib.
Bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.
“Hadisə barədə dərhal aidiyyəti qurumlara məlumat verilib, hazırda hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırma aparır. Tibbi-ekspertiza yekunlaşdıqdan sonra ölümün dəqiq səbəbləri məlum olacaq.
Təhsil müəssisəsinin direktoru Fazil Məmmədovun vəfatı ilə bağlı ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, - açıqlamada qeyd olunur.
28-12-2024, 23:46
Qəzada həlak olanların cənazəsi Bakıya gətirildi


Qəzada həlak olanların cənazəsi Bakıya gətirildi

AZAL-ın “Embraer-190” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 24 azərbaycanlının (3 ekipaj üzvü və 21 sərnişin) cənazəsi Qazaxıstandan Bakıya gətirilib.
Cənazələri daşıyan təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib.
Xatırladaq ki, həlak olanlardan 4-nün nəşi, həmçinin 14 yaralı dekabrın 26-da ölkəyə gətirilmişdi.
28-12-2024, 23:26
Goranboyda ağır qəza - 6 nəfər yaralandı


Goranboyda ağır qəza - 6 nəfər yaralandı

Goranboyda avtomobillər toqquşub, xəsarət alanlar var.
Butov.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Balakürd kəndində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 2007-ci il təvəllüdlü H.Əkbərov, 2007-ci il təvəllüdlü S.Hüseynov, 2007-ci il təvəllüdlü T.Cəfərov, 1991-ci il təvəllüdlü C.Cəfərov, 2002-ci il təvəllüdlü E.Abduləzimov və 2003-cü il təvəllüdlü Ü.Baxşəliyev xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
28-12-2024, 22:29
Azərbaycan təyyarəsinin vurulması ilə bağlı cinayət işində yenilik


Azərbaycan təyyarəsinin vurulması ilə bağlı cinayət işində yenilik

Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası ilə bağlı cinayət işi Rusiya İstintaq Komitəsinin (İK) mərkəzi aparatına tapşırılıb.
Bu barədə TASS-a qurumdan bildirilib.
“Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi (hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarını pozma) ilə Qərb Regionlararası Nəqliyyat İstintaq İdarəsi tərəfindən başlanmış cinayət işi hərtərəfli araşdırılması üçün Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsinə verilib”, - qurumdan bildirilib.
28-12-2024, 20:45
Lavrov Bayramovla təyyarə qəzasını müzakirə etdi


Lavrov Bayramovla təyyarə qəzasını müzakirə etdi

Azərbaycan və Rusiya prezidentlərinin telefon danışığının davamı olaraq, xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı aparılıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Telefon danışığı zamanı, Rusiyanın xarici işlər naziri Sergey Lavrov 25 dekabr tarixində Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı həlak olanların ailələrinə və yaxınlarına, Azərbaycan xalqına başsağlığı diləklərini çatdırıb.
C.Bayramov öz növbəsində bütün həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyib. O, təyyarəyə ilkin baxışın, təyyarə gövdəsində çoxsaylı dəliklərin olmasının, bələdçilərin və sərnişinlərin ifadələrinin təyyarənin fiziki-texniki xarakterli müdaxilə nəticəsində qəzaya uğradığı faktını təsbit etdiyini vurğulayıb.
Nazir, ən qısa müddət ərzində, beynəlxalq ekspertlərdən ibarət heyətin də iştirakı ilə qəzanın səbəblərinin araşdırılması istiqamətində aparılan işin yekunlaşdırılması, qəzanın səbəblərinin ciddi və hərtərəfli şəkildə müəyyənləşdirilərək elan olunması istiqamətində Azərbaycan tərəfinin gözləntilərini qarşı tərəfin diqqətinə çatdırıb.
Bununla yanaşı, başlanılmış istintaq prosesinin tam şəffaf şəkildə aparılmasının və mütəmadi qaydada ictimaiyyətə məlumat verilməsinin əhəmiyyəti qeyd olunub.
28-12-2024, 20:36
Əhliman Əmiraslanov təyyarə qəzasında xəsarət alanları ziyarət etdi


Əhliman Əmiraslanov təyyarə qəzasında xəsarət alanları ziyarət etdi

Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov və Səhiyyə komitəsinin üzv deputatları Kəmaləddin Qafarov, Müşfiq Məmmədli, Anatoliy Rafailov, Günay Əfəndiyeva, Pərvanə Quliyeva, İlham Məmmədov “Azərbaycan Hava Yolları” aviaşirkətinin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan vətəndaşlarımızı ziyarət edib.
Deputatlar müalicə almaq üçün Bakıya gətirilən və “Yeni Klinika”ya yerləşdirilən yaralılar üçün yaradılan şərait və onların səhhəti ilə maraqlanıb. Deputatlara məlumat verilib ki, yaralılara zəruri tibbi yardımın göstərilməsi üçün bütün lazımi tədbirlər görülüb, yüksək səviyyəli müayinə-müalicə prosesi həyata keçirilir. Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində həyatını itirənlərə dərin hüznlə Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbir diləyib. Xəsarət alanlara tezliklə şəfa tapmasını və doğmalarına qovuşmasını arzulayıb.






28-12-2024, 19:36
Milli Qəhrəmanın oğlunun toyudur


Milli Qəhrəmanın oğlunun toyudur

Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev toyudur.
O, Ülkər adlı xanımla ailə həyatı qurur.
Cütlüyün toyu Bakıdakı restoranların birində baş tutur. Onların nişan mərasimi iki ay öncə baş tutmuşdu.
Qeyd edək ki, İlqar Mirzəyev 2020-ci il iyulun 12-də Ermənistan silahlı birləşmələrinin Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdikləri təxribatların qarşısını alarkən şəhid olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!