Rüfət Səfərovun məhkəməsində mübahisə - proses təxirə salındı .....                        Prospektdə hərəkət edən yük maşınının təkərləri yerindən çıxdı .....                        "TikTok"da söyüş söyən şəxsi həbs edildi .....                        İsrailin XİN başçısı Azərbaycana yola düşdü .....                        Moskva geri addım atır? .....                        Sahibə Qafarova həmkarı ilə görüşdü .....                        Əli Laricaninin qızı ABŞ universitetindən qovuldu .....                        Rusiya Maduronun azad edilməsini tələb edir .....                        NATO təlimində böhran: Amerikalı əsgərlər geri çəkildi .....                       
Tarix : 12-06-2025, 17:27
Tokayev parlament sədrləri ilə görüşdü - FOTO


Tokayev parlament sədrləri ilə görüşdü - FOTO

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iyunun 12-də TÜRKPA-ya üzv olan ölkələrin parlament sədrləri ilə görüşüb. Milli Məclisin sədri Sahibə Qafarova görüşdə iştirak edib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Görüşdə Qazaxıstan Prezidenti qeyd edib ki, TÜRKPA ölkələrimizin iqtisadi, mədəni və humanitar inkişafına xüsusi təsir göstərir və onun potensialı xalqlarımızın ümumi məqsədlərinə nail olmaq naminə istifadə olunmalıdır.
Ötən il Qazaxıstanın Türk Dövlətləri Təşkilatına sədrliyi həyata keçirdiyini xatırladan Prezident Kasım-Jomart Tokayev bu müddətdə görülmüş işlər barədə məlumat verib.
Qazaxıstan Prezidenti Türk dövlətləri arasında əməkdaşlığın dərinləşməsində TÜRKPA-nın rolunu qeyd edərək, vurğulayıb ki, müasir çağırışlar fonunda əməkdaşlığın gücləndirilməsi xüsusilə vacibdir. Dövlət başçısının sözlərinə görə, Qazaxıstan qardaş ölkələr arasında parlamentlərarası əlaqələrə və xalq diplomatiyasına xüsusi önəm verir. TÜRKPA əməkdaşlığı dərinləşdirməyə imkan verən nüfuzlu beynəlxalq təşkilat və unikal bir qurumdur. Bu təşkilat çərçivəsində birgə fəaliyyətin böyük əhəmiyyəti var.
“Qazaxıstan türk dövlətlərinin parlament diplomatiyasını tam dəstəkləyir. Biz həmrəyliklə bu çətin dövrləri uğurla geridə qoyacaq və iqtisadiyyatlarımızın inkişafına güclü təkan verəcəyik”, – deyə Kasım-Jomart Tokayev fikrini yekunlaşdırıb.



Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!