ABŞ Yaxın Şərqə əlavə qüvvələr yerləşdirir .....                        Ukrayna ordusu Xəzərdə Rusiya platformalarını vurdu .....                        Küləyə Pıçıldanmış Həqiqət .....                        “Molla Nəsrəddin”dən özbək “Müştüm”ünə uzanan satira yolu .....                        Naxçıvanda Ombudsman təsisatı ləğv edildi .....                        Güclü külək əsəcək - XƏBƏRDARLIQ .....                        DİN əməliyyat keçirdi - Saxlanılanlar var .....                        Yağışlarla əlaqədar təhlükəsizik tədbirləri görülür - VİDEO .....                        Son 24 saatda Hörmüzdən 7 gəmi keçib - 3 min gəmi gözləyir .....                       
12-05-2025, 15:50
"Ermənistan silahlı qüvvələri mülki şəxsləri mühasirəyə salıb məhv etdi" - Zərərçəkmiş


"Ermənistan silahlı qüvvələri mülki şəxsləri mühasirəyə salıb məhv etdi" - Zərərçəkmiş

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonunun Başlıbel kəndinin əhalisinin məhv edilməsi zamanı zərərçəkmiş şəxs Elşad Alışov ifadə verib.
E.Alışov Kəlbəcər işğal olunandan sonra Başlıbeli tərk etmək məcburiyyətində qaldıqlarını, bu zaman anası, bacısı, balaca qardaşı, əmisi qızları və əmisi gəlini ilə birlikdə maşınla tunel istiqamətindən rayonu tərk etmək istədiklərini deyib.
“Ermənilər bütün tuneli mühasirəyə almışdılar. Oradan keçərkən maşınımızı atəşə tutdular. Nəticədə anam ayağından yaralandı, güllə bacımın ağzının içindən girib o biri tərəfdən çıxmışdı. Anamı kürəyimə alıb 300 metr apardım, amma qardaşım istisna nə onu, nə də digərlərini çıxara bilmədim. Onlardan indiyədək xəbər yoxdur”, - deyə E.Alışov bildirib.
Yola qonşuları Yusiflə birgə çıxdıqlarını bildirən zərərçəkmiş şəxs onların olduğu maşının vurulduğunu da diqqətə çatdırıb. O, daha sonra deyib: “Yusif maşından 50-60 metr kənarda yaralı idi. Onun qardaşı ölmüşdü, həyat yoldaşı və bacısı qızı isə yaralı idi”.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
12-05-2025, 15:41
Prezident Rəşad Nəbiyevə yeni vəzifə verdi - SƏRƏNCAM


Prezident Rəşad Nəbiyevə yeni vəzifə verdi - SƏRƏNCAM

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının tərkibində dəyişiklik edilib.
Müvafiq sərəncam Prezident İlham Əliyev tərəfindən imzalanıb.
Sərəcanama əsasən, Komissiyaya rəqəmsal inkişaf və nəqliyyat nazirin Rəşad Nəbiyev rəhbərlik edəcək. Bundan əvvəl eyni vəzifəni Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi tuturdu.

Komissiyanın digər üzvləri aşağıdakılardır:

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini

Azərbaycan Respublikası müdafiə nazirinin müavini

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini

Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti rəisinin müavini

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi.
Əsasnamədən Komissiyanın nəzdində daimi fəaliyyət göstərən katibliyin funksiyalarını Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin həyata keçirməsi ilə bağlı müddəa çıxarılıb.
12-05-2025, 15:36
Somali ilə əməkdaşlıq sazişi təsdiqləndi


Somali ilə əməkdaşlıq sazişi təsdiqləndi

Azərbaycanla Somali müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq edəcək.
Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanunu təsdiqləyib.
12-05-2025, 15:29
İlham Əliyev rektor təyin etdi


İlham Əliyev rektor təyin etdi

Aqil Şirinov Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
O, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.13-cü bəndinə uyğun olaraq bu vəzifəyə gətirilib.
Qeyd edək ki, Aqil Şirinov Azərbaycan İlahiyyat İnstitutunun rektoru idi. O, 12 may 2020-ci ildə təyin edilmişdi.
12-05-2025, 14:51
Ötən həftə 1315 hektar ərazi minalardan təmizlənib


Ötən həftə 1315 hektar ərazi minalardan təmizlənib

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (05.05.2025 - 11.05..2025) açıqlanıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 45 piyada əleyhinə mina, 32 tank əleyhinə mina, 274 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 1 315,7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.



12-05-2025, 14:43
Gəncədə yanğın: Kişi qadını bıçaqladı, mənzilə od vurdu, özü öldü


Gəncədə yanğın: Kişi qadını bıçaqladı, mənzilə od vurdu, özü öldü

Gəncədə baş verən yanğınla bağlı təfərrüat məlum olub.
Hadisə şəxsi zəmində baş verib.
Belə ki, mənzildə olan kişi əvvəlcə qadını bıçaqlayıb, sonra isə evi yandırıb. Nəticədə özü ölüb.
1961-ci il təvəllüdlü Gülnaz Saleh qızı Şahməmmədova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

***

14:11

Gəncə şəhərində yanğın beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 36 m² olan mənzildə baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunub ki, F.Əmirov küçəsində baş verən yanğına görə dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb ediliblər.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində birotaqlı mənzildə baş vermiş yanğın genişlənməsinə, həmçinin digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alan bir nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib, bir nəfər ölüb.
FHN-in qüvvələri tərəfindən, həmçinin hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

13:20

Gəncə şəhərində yaşayış binasında partlayış baş verib.
Hadisə şəhərin Fikrət Əmirov küçəsində yerləşən binaların birində qeydə alınıb.
Yaşayış binasında mənzillərin birində baş vermiş partlayış nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.
Hadisə yerinə yanğınsöndürən maşınlar və canlı qüvvə cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
12-05-2025, 14:26
Velosiped və skuter idarə edənlərin NƏZƏRİNƏ!


Velosiped və skuter idarə edənlərin NƏZƏRİNƏ!

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi velosiped və skuter idarə edənlərə müraciət edib.
İdarədən verilən xəbərə görə, müraciətdə deyilir:
"Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqliyyat vasitələrinə, piyada keçidlərindən istifadə edən piyadalara təhlükəli vəziyyət yaradan belə şəxslərin törətdiyi qayda pozuntuları müşahidə kameraları tərəfindən qeydə alınır.
Qanunvericiliyin tələblərinə əsasən velosipedçilər xüsusi velosiped zolaqları ilə, bunlar olmadıqda yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə mümkün qədər sağ tərəfdə hərəkət etməli və texniki cəhətdən saz və lazımınca təchiz olunmuş velosipeddən, həmçinin təhlükəsizlik dəbilqələrindən istifadə etməlidirlər. Onlar da yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməli, yolayrıcından kənarda yolun velosiped yolu ilə nizamlanmayan kəsişməsində bu yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər.
Skuter (kiçik elektrik nəqliyyat vasitələrini) idarə edənlər isə park və həyət ərazilərində, yaşayış zonalarında, velosiped yollarında, habelə ümumi istifadədə olan avtomobil yollarında yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, yolun sağ kənar zolağı ilə hərəkət etməlidirlər. Yolayrıcından kənarda yolun velosiped yolu ilə nizamlanmayan kəsişməsində kiçik elektrik nəqliyyat vasitələrinin sürücüləri bu yolla hərəkət edən nəqliyyat vasitələrinə, ümumilikdə isə piyadalara yol verməlidirlər.
Sürücülərimiz unutmamalıdır ki, törədilən hər bir qayda pozuntusu yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb ola bilər".
11-05-2025, 17:00
Azarkeşlər klubun bazasına hücum etdilər


Azarkeşlər klubun bazasına hücum etdilər

İspaniyanın "Sevilya" komandasının azarkeşləri klubun bazasına hücum ediblər.
Hadisə "Selta"ya uduzduqları (2:3) La Liqanın XXXV turun oyunundan sonra baş verib.
Fanatlar bazada futbolçuları tapmağa çalışıblar və qapını sındırıblar. Klub münaqişənin böyüməsi təhlükəsi ilə əlaqədar polisə müraciət edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları kütləni dayandırmaq üçün rezin güllələrdən istifadə etməyə məcbuq qalıb.
Təhlükəsizliyə görə oyunçular gecəni bazada keçiriblər.
Qeyd edək ki, "Sevilya" La Liqada 38 xalla 15-ci pillədə qərarlaşıb.
11-05-2025, 16:17
"Qarabağ" dünya reytinqində 10 pillə irəlilədi


"Qarabağ" dünya reytinqində 10 pillə irəlilədi

"Qarabağ" klubu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı dünya reytinqində 10 pillə irəliləyib.
Azərbaycan çempionu 143.5 xalla 114-cü sırada qərarlaşıb.
"Zirə" (94,75 xal) 220-ci yerdən 233-cü pilləyə düşüb. 26 mövqe irəliləyən "Sabah" (68.5 xal) 367-ci ola bilib.
"Araz-Naxçıvan" (58,75 xal) isə 492-ci yerdən 454-cü sıraya qalxıb.
Qeyd edək ki, 501 klubun olduğu siyahıya İspaniya təmsilçisi "Real" (490 xal) başçılıq edir.
11-05-2025, 15:31
Xocalıdakı heyvandarlıq kompleksində 55 nəfər işlə təmin edildi


Xocalıdakı heyvandarlıq kompleksində 55 nəfər işlə təmin edildi

Xocalı rayonunun Xanabad kəndi ərazisində yerləşən heyvandarlıq kompleksində 55 nəfər daimi işlə təmin edilib.
Xocalı rayonunun Xanabad kəndində iri heyvandarlıq kompleksi fəaliyyətə başlayıb.
“Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin heyvandarlıq kompleksində ətlik-südlük istiqamətli iribuynuzlu heyvanlar saxlanılır.
Məlumat verilib ki, damazlıq fermer təsərrüfatının ümumi tutumu 750 baş iribuynuzlu heyvandan ibarətdir. Hazırda təsərrüfatda 355 baş üç növ müxtəlif cins iribuynuzlu damazlıq heyvan var. Kompleks illik 100 ton ət, 2 min ton süd istehsalı gücünə malikdir. Heyvandarlıq məhsullarının istehsalında Türkiyə və Almaniya istehsalı olan avadanlıqlardan istifadə olunur.
Bildirilib ki, gələcəkdə süd istehsalının illik 3 min tona çatdırılması nəzərdə tutulur. Müəssisənin işğaldan azad olunmuş ərazilərdəki fəaliyyəti nəticəsində 55 nəfər daimi iş yerilə təmin edilib. Gələcəkdə istehsal gücünün artırılması ilə iş yerlərinin sayının 100-ə çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, layihə dəyəri 4,2 milyon manat olan kompleksin ərazisi 7,6 hektardır. 500 hektar ərazidə isə yem tələbatını ödəmək məqsədilə payızlıq arpa və buğda əkilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!