ABŞ Yaxın Şərqə əlavə qüvvələr yerləşdirir .....                        Ukrayna ordusu Xəzərdə Rusiya platformalarını vurdu .....                        Ötən ay kanalda batan Zaminin meyiti tapıldı .....                        ABŞ-İran danışıqlar sabah baş tutacaq .....                        Küləyə Pıçıldanmış Həqiqət .....                        İmişlidə 15 yaşlı qızın meyiti yarımtikilidə tapıldı .....                        Vens İranla danışıqlar üçün Pakistana getdi .....                        Tramp: "İran nüvə silahından imtina edəcəyini deyir" .....                        Agentliyin sabiq sədri açıqladı - “Pullar Talıbova çatırdı” .....                       
28-04-2025, 18:18
Azərbaycanla Səudiyyə arasında önəmli anlaşma


Azərbaycanla Səudiyyə arasında önəmli anlaşma

Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Azərbaycan Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnologiya, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlığa dair Müştərək Komissiyanın 8-ci iclası keçirilib.
Bu barədə Nazirlər Kabinetindən bildirilib.
İclasdan əvvəl Komissiyanın həmsədrləri Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və Səudiyyə Ərəbistanının investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falih arasında ikitərəfli görüş baş tutub. Görüşdə iki ölkə arasında mövcud əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Söhbət zamanı enerji sektorunda əməkdaşlıq, Azərbaycanın qeyri-neft sənayesi məhsullarının Səudiyyə Ərəbistanına ixracının genişləndirilməsi, turizm sahəsində birgə layihələrin həyata keçirilməsi kimi məsələlər müzakirə olunub.
Müştərək Komissiyanın 8-ci iclasında iqtisadiyyat, ticarət, logistika, investisiya və digər prioritet sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.
Baş nazirin müavini Samir Şərifov iclasda çıxışı zamanı dövlət başçılarının müəyyən etdiyi strateji hədəflərə çatmaq istiqamətində atılan addımlar və əldə olunan nəticələr barədə ətraflı məlumat verib. O, Səudiyyə Ərəbistanı ilə münasibətlərin inkişafının Prezident İlham Əliyevin müəyyən etdiyi Azərbaycanın əsas xarici siyasət prioritetlərindən biri olduğunu vurğulayıb.
Energetika, yaşıl enerji və infrastruktur layihələri sahəsində əməkdaşlığa toxunan Baş nazirin müavini qeyd edib ki, “ACWA Power” şirkəti artıq Abşeron və Xızı rayonlarında 240 MVt gücündə külək elektrik stansiyası inşa edir. Həmçinin, “ACWA Power”, SOCAR və BƏƏ-nin “Masdar” şirkəti Xəzər dənizində 3,5 qiqavat gücündə dəniz külək elektrik stansiyası layihəsi üzərində birgə işləyirlər. Bu təşəbbüs COP29 çərçivəsində imzalanmış üçtərəfli memorandum əsasında həyata keçirilir və Azərbaycanın enerji keçidi hədəflərinə mühüm töhfə verəcək.
Neft-qaz sektorunda əməkdaşlıq imkanlarına da toxunularaq, SOCAR ilə “Saudi Aramco” arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan danışıqların uğurla davam etdiyi bildirilib. Bu əməkdaşlıq hər iki şirkətin beynəlxalq bazarlarda mövqelərinin güclənməsinə xidmət edəcək.
Komissiyanın digər həmsədri, Səudiyyə Ərəbistanının investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falih çıxışında Səudiyyə Ərəbistanının Azərbaycanla ticarət əlaqələrinin inkişafında maraqlı olduğunu, ticarət dövriyyəsinin artırılması, energetika, investisiya, turizm, təhsil, səhiyyə, sənaye, kənd təsərrüfatı, alternativ və bərpa olunan enerji sahələrində əməkdaşlığın genişləndirilməsinə önəm verdiklərini bildirib. O, Səudiyyə Ərəbistanı şirkətlərinin bu sahələrə investisiya yatırmaq niyyətini də ifadə edib.

İclasın yekununda aşağıdakı istiqamətlər üzrə anlaşma memorandumları imzalanıb:

- Dənizçilərin sertifikatlarının qarşılıqlı tanınması;

- Bitki mühafizəsi və karantin sahəsində əməkdaşlıq;

- Kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq.

Eyni zamanda Azərbaycan Hökuməti ilə Səudiyyə Ərəbistanı Hökuməti arasında Müştərək Komissiyanın 8-ci iclasının Protokolu komissiyanın həmsədrləri tərəfindən imzalanıb.
Həmin gün Səudiyyə Ərəbistanı–Azərbaycan İnvestisiya Dəyirmi Masası təşkil olunub. Tədbirdə hər iki ölkənin hökumət nümayəndələri və iri biznes dairələrinin təmsilçiləri iştirak ediblər.
Dəyirmi Masada çıxış edən Baş nazirin müavini Samir Şərifov bu cür görüşlərin hökumət və biznes dairələri arasında açıq dialoq üçün mühüm platforma olduğunu qeyd edib.
Baş nazirin müavini Səudiyyə Ərəbistanının rəsmilərini və biznes nümayəndələrini işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur layihələri və iqtisadi perspektivlərlə tanış edərək, onları bu bölgələrə investisiya qoymağa dəvət edib.
Baş nazirin müavini Səudiyyə Ərəbistanlı iş adamlarına Azərbaycanın turizm potensialı barədə ətraflı məlumat verib və vurğulayıb ki, son beş ildə ölkəmizə ən böyük turist axını 2024-cü ildə qeydə alınıb. Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayı 2024-cü ildə 98 113 nəfər təşkil edib və bu 2023-cü illə müqayisədə 20 %-dən çox artım deməkdir. Bu dinamika Azərbaycanın turizm potensialının gücləndiyini, beynəlxalq bazarda daha cəlbedici destinasiyaya çevrildiyini və turizm strategiyalarının uğurlu nəticə verdiyini göstərir. Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında müntəzəm aviasiya reyslərinin mövcudluğu qarşılıqlı turist mübadiləsinin genişlənməsinə müsbət təsir edir.
Baş nazirin müavini əlavə edib ki, "Saudi Vision 2030" hədəfləri çərçivəsində həyata keçirilən layihələr azərbaycanlı investorlar tərəfindən böyük maraqla izlənilir və investisiya imkanları nəzərdən keçirilir.Azərbaycan tikinti şirkətləri böyük layihələrin həyata keçirilməsində uğurlu təcrübəyə malikdirlər və onlar "Saudi Vision 2030" hədəfləri çərçivəsində layihələrin icrasına qoşula bilərlər. Baş nazirin müavini qarşılıqlı investisiyaların təşviqi, sahibkarlara investisiya layihələrini həyata keçirmək üçün dəstəyin göstərilməsi məqsədilə hər iki ölkənin müvafiq qurumlarının sahibkarların yanında olmağa və layihələrin reallaşdırılmasına kömək etməyə hazır olduqlarını diqqətə çatdırıb.
Səfər çərçivəsində Baş nazirin müavini Samir Şərifov Azərbaycan–Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 6-cı iclasında da iştirak edib. O, iclasda Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, ticarət dövriyyəsinin artırılması və məhsul çeşidinin şaxələndirilməsi imkanları haqda danışıb.
Qeyd edək ki, Azərbaycan–Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurası 2022-ci ildə yaradılıb. Hər iki ölkənin biznes nümayəndələrinin təmsil olunduğu bu Şura sahibkarların təşəbbüslərini dəstəkləyir, onlar arasında birbaşa əlaqələrin qurulmasına, qarşılıqlı səfərlərin və görüşlərin təşkilinə, eləcə də informasiya mübadiləsinə yardım göstərir.
28-04-2025, 17:56
Pezeşkian Şəhidlər xiyabanında


Pezeşkian Şəhidlər xiyabanında

Azərbaycanda rəsmi səfərdə olan İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.
Məsud Pezeşkian Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həyatlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.
Sonra Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
28-04-2025, 17:37
Pezeşkian Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO


Pezeşkian Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

Azərbaycanda rəsmi səfərdə olan İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian aprelin 28-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

28-04-2025, 17:30
Bakıda dairəvi yolda qəza


Bakıda dairəvi yolda qəza

Yasamal rayonu, Kənar Dairəvi yolda yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Qəza səbəbindən Bakı-Sumqayıt şosesi istiqamətində nəqliyyat sıxlığı yaranıb. Sıxlığın aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən işlər görülür.
28-04-2025, 17:20
Yol polisi Bakı-Qazax yolundakı ağır qəza ilə bağlı məlumat yaydı - FOTO


Yol polisi Bakı-Qazax yolundakı ağır qəza ilə bağlı məlumat yaydı - FOTO

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi ötən gün Bakı-Qazax yolunda baş verən qəza barədə məlumat yayıb.
İdarədən verilən məlumatda qeyd olunub ki, dünən saat 18:00 radələrində Ağcabədi rayon sakini Süleyman Zeyniyev düzgün qablaşdırılmamış yüklə dolu minik avtomobili ilə Bakı-Qazax avtomagistralında hərəkətdə olarkən, yükün dağılmasının qarşısını almaq məqsədilə nəqliyyat vasitəsini sol hərəkət zolağında dayandıraraq avtomobildən düşüb.
Bu zaman həmin zolaqda hərəkətdə olan “Avatr” markalı avtomobilin sürücüsü Pərviz Qəribov, güclü külək səbəbindən dağılmaqda olan yükü saxlamağa çalışan S.Zeyniyevi vurub və dayanmış avtomobillə toqquşub. Nəticədə Süleyman Zeyniyev hadisə yerində həyatını itirib, onun sərnişini - həyat yoldaşı isə xəsarət alıb.
"Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları xəbərdarlıqlara laqeyd yanaşmamağa, baqaj daşınması qaydalarına ciddi riayət etməyə, məcburi dayanma zamanı mütləq zəruri təhlükəsizlik tədbirləri görməyə, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamağa çağırır", idarədən bildirilib.


28-04-2025, 16:56
Qlobal Cənub QHT Platformasının mərkəzi qərargahı Bakıda yerləşəcək


Qlobal Cənub QHT Platformasının mərkəzi qərargahı Bakıda yerləşəcək

Qlobal Cənub Qeyri-Hökümət Təşkilatı (QHT) Platformasına rəhbərlik 116 ölkənin QHT-sinin razılığı ilə Azərbaycana verilib.
Bu, Qlobal Cənub Platformasının bugünkü təsis konfransında elan edilib.
Azərbaycan Milli QHT Forumunun rəhbəri Ramil İskəndərli Qlobal Cənub QHT Platformasının 1 il müddətinə müvəqqəti Baş katib seçilib, bu dövr ərzində qurumun daxili strukturu dəqiqləşib.
Qeyd edək ki, 2026-cı ildə Qlobal Cənub QHT Platformasının Baş Assambleyası keçiriləcək.
28-04-2025, 16:49
“Azərpoçt”un adından dələduzluq edilir


“Azərpoçt”un adından dələduzluq edilir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) məxsus “Azərpoçt” MMC adından müxtəlif platformalar üzərindən dələduzluqlar edilir.
Bu barədə RİNN-nin tabeliyində olan Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.
Bildirilir ki, elan platformalarında məhsul yerləşdirən vətəndaşlara müxtəlif nömrələr vasitəsilə mesajlar göndərilərək məhsulu almaq istəyi bildirilir: "Məhsulun ödənişini almaq üçün vətəndaşdan saxta keçidə daxil olaraq bank kartı və digər fərdi məlumatları daxil etmək tələb olunur".
ETX vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, hər hansı qurum adından mesajlarla rastlaşdıqda, həmin məlumatı qurumun özündən dəqiqləşdirməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi tövsiyə edir.
28-04-2025, 16:29
Su sayğaclarını oğurlayanlar saxlanıldı - VİDEO


Su sayğaclarını oğurlayanlar saxlanıldı - VİDEO

Sumqayıt şəhərində müxtəlif ünvanlardan 14 ədəd su sayğacı oğurlanıb. Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə təqsirli bilinən 39 yaşlı Amid Məhərrəmov, 33 yaşlı A.İskəndərova və bacısı 31 yaşlı S.İskəndərova tutulublar.
Həmin şəxslər saxlanılarkən üzərlərindən psixotrop maddə metamfetamin də aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.




28-04-2025, 16:17
“Özümü Ərdəbil və Təbrizdəki kimi hiss edirəm” - Pezeşkian Bakıdan səsləndi


“Özümü Ərdəbil və Təbrizdəki kimi hiss edirəm” - Pezeşkian Bakıdan səsləndi

Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian mətbuata bəyanatlarla çıxış ediblər.
Məsud Pezeşkian Bakıda uzun müddət qala bilməyəcəyini və İranda baş verən faciəli hadisələrə görə geri qayıtmaq məcburiyyətində qaldığını bildirib.
Azərbaycanda özünü yad kimi hiss etmədiyini qeyd edən Pezeşkian deyib:
"Özümü Ərdəbil və Təbrizdəki kimi hiss edirəm. İnşallah, iqtisadi, siyasi, hərbi və digər sahələrdə əlaqələrimiz inkişaf edəcək".
Pezeşkian bildirib ki, İranın Azərbaycanla çox oxşar cəhətləri var:
“Biz heç vaxt imkan verməyəcəyik ki, kimlərsə münasibətlərimizi korlasınlar və aramızda fikir ayrılığı yaratsınlar".
Azərbaycan Prezidenti Əliyev deyib: “İnanıram ki, bu qarşılıqlı səfər iki ölkə arasında münasibətlərin inkişafına töhfə verəcək. Biz bir çox müxtəlif mövzularda çox faydalı fikir mübadiləsi apardıq. Hər iki ölkə əlaqələrin inkişafı üçün səy göstərməlidir.
İki ölkə arasında mühüm sənədlər imzalanıb və bu sənədlər iki ölkənin qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi istiqamətində səylərini nümayiş etdirir.
İranın yüksək səviyyəli rəsmiləri Azərbaycana gəlib və müxtəlif sahələrdə mühüm sənədlər imzalanıb”.
28-04-2025, 16:09
Milli Məclis mayın 1-də toplaşır - Gündəlikdə 12 məsələ var


Milli Məclis mayın 1-də toplaşır - Gündəlikdə 12 məsələ var

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi bəlli olub.
Parlamentin növbəti iclası mayın 1-də keçiriləcək. İclasın gündəliyinə 12 məsələ daxil edilib:

1. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, “Standartlaşdırma haqqında” və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

2. Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İcra məmurları haqqında”, “İcra haqqında”, “İpoteka haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

4. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

5. “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

6. “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

7. “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

9. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

10. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

11. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

12. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!