Əhməd Oruc xəstəxanaya aparılan gün evi qarət edildi .....                        Cəfər Cabbarlının heykəli bərpa OLUNACAQ - RƏSMİ .....                        Tramp hərbi əməliyyatlara hazırlaşır .....                        Dövlət Xidməti saytlardakı problemlə bağlı məlumat yaydı .....                        Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası müzakirə edildi .....                        Xocalının Seyidbəyli kəndinə 36 nəfər qayıtdı .....                        Azərbaycanda saytlara girişdə PROBLEM YARANDI .....                        Baş nazir iki milli parkla bağlı qərar verdi .....                        Qaxda 14 yaşlı məktəbli güllələndi .....                       
17-12-2024, 17:34
Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb


Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyevu qəbul edib.
Bu barədə Yuri Husyev “X” platformasındakı paylaşımında bildirib.
"Hikmət Hacıyev ilə məhsuldar bir görüş oldu. Biz əlaqələrin gücləndirilməsi, iqtisadi əməkdaşlıq və investisiya imkanlarını müzakirə etdik. Göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarıq və biz strateji tərəfdaşlığımızın inkişafı üzərində işləyirik" - deyə o, paylaşımında qeyd edib.
17-12-2024, 17:19
Baş Prokurorluğa yeni səlahiyyət verilir


Baş Prokurorluğa yeni səlahiyyət verilir

Baş Prokurorluğa yeni səlahiyyət verilir.
Bu, Milli Məclisin dekabrın 20-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Hazırda müdafiə və dövlət təhlükəsizliyi məqsədləri üçün istifadə olunan texnika və texniki vasitələrin, onların ehtiyat hissələrinin, xüsusi proqram təminatlarının və silah-sursatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən (Azərbaycan Respublikasının Müdafiə, Müdafiə Sənayesi, Daxili İşlər, Fövqəladə Hallar, Ədliyyə nazirlikləri, habelə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2023-cü il tarixli fərmanı ilə müəyyən edilmiş digər dövlət xidmətləri və dövlət agentlikləri) verilmiş təsdiqedici sənəd əsasında idxalı və satışı ƏDV-dən azad edilib. Təklif olunan qanun layihəsinə əsasən, bu səlahiyyətin Baş Prokurorluğa da verilməsi nəzərdə tutulur.
17-12-2024, 16:48
Azərbaycan sədrliyi təhvil aldı


Azərbaycan sədrliyi təhvil aldı

Azərbaycan 2024-2026-cı illər üzrə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə - AQEM-ə sədrliyi təhvil alıb.
Bu barədə XİN-dən bildirilib.
Xarici işlər naziri Ceyhun Bayramov AQEM Nazirlər Şurasının 7-ci görüşündə çıxışında bildirib ki, bütün AQEM üzv dövlətlərinə Azərbaycana göstərdikləri etimad və inama görə təşəkkür edib.
Nazir bildirib ki, AQEM Sədrliyini Azərbaycan qlobal diplomatiyada “körpü qurmaq” rolu təcrübəsi, çoxtərəfli platformalarda liderliyi, sülh, sabitlik və dayanıqlı inkişafa olan möhkəm sadiqliyinə əsaslanaraq quracaq: “Azərbaycanın AQEM-ə sədrliyi təkcə Müşavirənin tarixi deyil, o cümlədən Asiyanın və bütün dünyanın dəyişən geosiyasi və iqtisadi mənzərəsi üçün çox vacib bir anda başlayır.
İndi Asiyanın qlobal inkişafda, texnoloji innovasiya və siyasi təsir etmədə aparıcı qüvvə kimi rolu həmişəkindən daha vacibdir. Dünyada çoxqütblülüyün vüsət aldığı və çoxtərəfliliyin yeni çağırışlarla üzləşdiyi bir zamanda Asiya bu çağırışlara birlik, əməkdaşlıq və ortaq məsuliyyətlə cavab verməlidir.
Regionun ən inklüziv dialoq platforması olmaqla, AQEM əməkdaşlığı təşviq etmək və qarşılaşdığımız çağırışların öhdəsindən gəlmək üçün unikal mövqeyə malikdir”.
XİN rəhbəri qeyd edib ki, Azərbaycanın sədrliyi “Daha güclü AQEM, Asiyada bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf” mövzusuna əsaslanmaqla, 3 fundamental istiqaməti prioritetləşdirəcək: “AQEM-in transformasiyası və institusional inkişafı, etimad-quruculuğu tədbirlərinin icrası vasitəsilə sahəvi əməkdaşlıq və AQEM ilə digər beynəlxalq və regional təşkilatlar arasında qarşılıqlı əlaqənin təşviqi.
Biz son 30 ildə əldə olunmuş uğurlar əsasında AQEM-in tam formalaşmış beynəlxalq təşkilata çevrilməsi ilə bağlı hazırkı keçid prosesini davam etdirəcəyik”.
Ceyhun Bayramovun sözlərinə görə, Qazaxıstanın Sədrliyi dövründə başladılmış və 2022-ci ildə 6-cı AQEM Zirvə Toplantısı tərəfindən təsdiq olunmuş bu proses üzv dövlətlər tərəfindən idarə olunan və konsensus əsaslı qalmaqla, AQEM-i sürətlə dəyişən dünyanın tələblərinə cavab vermək üçün hazırlıqlı olmaq məqsədlərinə yönəldəcək: AQEM-in hüquqi qüvvəyə malik əsas sənədinin (Nizamnamə) işlənib-hazırlanması, habelə onun institusional potensialının və maliyyə müstəqilliyinin gücləndirilməsinə yönəlmiş səylər də Azərbaycan sədrliyinin vacib prioriteti kimi qalacaqdır.
Sədrliyimiz həmçinin, AQEM Katibliyinin funksional imkanlarının gücləndirilməsinə diqqət yetirəcəkdir. Bu məqsədlə Azərbaycan Katibliyə həm maliyyə töhfəsi, həm də işçi heyətinin təmin olunması vasitəsilə dəstək göstərəcəkdir. Biz bütün üzv dövlətləri həm maliyyə, həm də əyani yardımla Katibliyin işinə dəstək göstərməyə çağırırıq.
Həmçinin, biz Katibliyin Statutunun, habelə AQEM Katibliyinin, onun heyətinin və Müşavirə üzvlərinin nümayəndələrinin imtiyaz və immunitetləri haqqında Konvensiyanın ratifikasiyasını təşviq etməyə davam edəcəyik.
Azərbaycan, o cümlədən AQEM Maliyyə Zirvəsinin təsis olunmasını dəstəkləyir və bununla bağlı ekspertlər səviyyəsində aparılmış mühüm işlər əsasında konsensusun əldə olunması məqsədilə çalışacaqdır”.
17-12-2024, 00:53
Yaşayış olmayan evdən meyit tapıldı


Yaşayış olmayan evdən meyit tapıldı

Astarada yaşayış olmayan evdə kişi meyiti tapılıb.
Hadisə Astara rayonunun Şahağacı kəndində baş verib.
Kənd sakini, 1985-ci il təvəllüdlü Elvin Qulamhüseyn oğlu Həsənovun meyiti, əmisi oğluna məxsus yaşayış olmayan evdə aşkarlanıb. E.Həsənov həmin evin altında özünü asdığı bildirilir.
Bir uşağı olan Elvinin uzun müddətdir ailəsindən ayrıldığı deyilir və o, qardaşının himayəsində olub.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
17-12-2024, 00:27
“Qalatasaray”dan inamlı qələbə


“Qalatasaray”dan inamlı qələbə

Türkiyə Superliqasında XVI turun mərkəzi görüşü keçirilib.
Prinsipial oyunda “Qalatasaray” və “Trabzonspor” komandaları qarşılaşıblar. Görüş meydan sahiblərinin
4:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra xallarını 41-ə çatdıran “Qalatasaray” turnir cədvəlinə başçılıq edir. “Trabzonspor” isə 16 xalla 15-ci pillədə qərarlaşıb.
16-12-2024, 22:34
"Bu, məni narahat edir" - Qurban Qurbanov


"Bu, məni narahat edir" - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 17-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
O, 5:0 hesablı qələbənin önəmli olduğunu bildirib.
“Komandada bəzi çatışmamazlıqlar var idi. Yorğunluq var idi. Futbolçularımızı tam sağlam istirahətə buraxmağı çox istərdik. Ancaq təəssüf ki, alınmır. Bu, məni narahat edir. Yaxşı çıxış etsək də, səhvlər qaçılmaz idi. Azarkeşlərimizə də təşəkkür edirəm ki, bu gün bizlərlə oldular.
Hər mövqeyə axtarışlar gedir. Mərkəz müdafiəçisi mövqeyinə ciddi axtarışdayıq. Təbii ki, daxili çempionatda da maraqlandığım futbolçular var”.
16-12-2024, 21:50
Nura Surinin oğlu dünya çempionu oldu


Nura Surinin oğlu dünya çempionu oldu

Müğənni Nura Surinin oğlu Xosrov Səttarov Amerikada kikboksinq üzrə dünya çempionu olub.
O, "World Association Kickboxing Organization" yarışmasında rəqibinə qalib gələrək bayrağımızı qaldırıb.
16-12-2024, 21:44
Fəzail Ağamalı ailəsinin məhkəməsindən danışdı: "Bizə 6 ay vaxt verilib"


Fəzail Ağamalı ailəsinin məhkəməsindən danışdı: "Bizə 6 ay vaxt verilib"

"Parlament seçkilərindən sonra çox qəribə bir mənzərə ilə üz-üzə qaldıq, deyirdilər ki, Fəzail Ağamalı getdi, qızı gəldi. Yaxşı, Fəzail Ağamalı və yaxud digərləri öz övladına, seçiminə, özünün tutmuş olduğu vəzifəyə görə, daşıdığı səlahiyyətə görə qadağa qoymalıdır? Bu nə dərəcədə doğrudur, nə dərəcədə ədalətlidir?"
Bunu sabiq deputat, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı qızı Günay Ağamalının deputat seçilməsi ilə bağlı fikirlərə münasibət bildirərkən deyib.
O qeyd edib ki, Günay Ağamalı Azərbaycan vətəndaşıdır, seçmək və seçilmək hüququ var və o da bu hüquqlardan istifadə edib.
"Onun seçilib-seçilməməsi qabiliyyətindən, seçki kampaniyasında özünü təqdimetmə səviyyəsindən və təbii ki, Ana Vətən Partiyasının (AVP) və mənim indiyədək millət vəkili kimi göstərmiş olduğum xidmətlərin nəticələrindən asılıdır. Bütün bu şərtlər, elementlər yığışdı və nəticə etibarilə o, seçkilərdə uğur qazana bildi. Açığı deyim ki, o, mənim gözlədiyimdən də daha uğurlu kampaniya apardı. Bir neçə aydır parlamentdədir və kifayət qədər fəallığı var. Ümidvaram ki, o, özünü yüksək səviyyədə təqdim edəcək və etimadı doğruldacaq. Ancaq bütün varlığı, bütün ruhu ilə Azərbaycan dövlətinə, xalqına bağlı övladdır", - sabiq depuat RTV-də yayımlanan verilişdə bildirib.
Fəzail Ağamalı bir müddət əvvəl adının çəkildiyi məhkəmə işindən də danışıb. Belə ki, Fəzail Ağamalı və övladları - Elçin Ağamalı, Günay Ağamalı və Yalçın Ağamalı məhkəməyə verilib. İddiaçı "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyətidir (QSC). Məhkəmə çəkişməsi kredit müqaviləsinə dair mübahisələrlə bağlıdır.
O bildirib ki, 2019-cu ildə mübahisə predmeti olan kredit 2019-cu ildə götürülüb və maldarlıqla bağlı layihəyə sərf olunub. Fəzail Ağamalı götürülən kreditin məbləğinin çox da böyük olmadığını qeyd edib. Sabiq deputat 2020-ci ildə başlayan pandemiyaya görə layihənin yarımçıq qaldığını vurğulayıb.
Partiya sədri deyir ki, kreditin pandemiya qədərki hissəsi aybaay ödənilib, ancaq pandemiyadan sonrakı hissəsi ödənilməmiş qalıb. O, kredit şirkətinin rəhbərliyi ilə danışıdığını bildirib: "Məhkəməyə veriləndən sonra biz şirkətlə yenidən əlaqə saxladıq. Onlarla müqavilə imzaladıq. Şirkət məhkəmədən imtina etdi və ödəmək üçün 6 ay vaxt verilib".
Fəzail Ağamalı sözügedən məhkəmə çəkişməsinin mətbuatda geniş rezonans doğurmasının qəribə olduğunu deyib.
"Parlament seçkilərində məni guya vurmaq üçün deyirdilər ki, Fəzail Ağamalının Kiyevdə meyvə bazarı var, Xətai Rayon İcra Hakimiyyətinin yanında 3 mərtəbəli villası var. Sonradan bəlli oldu ki, o villa Xətai Rayon Məhkməsinə icarəyə verilib, sahibi vaxtilə Naxçıvan Gömrük Komitəsinin sədri olub. Mən səmimi şəkildə etiraf edirəm ki, mən və mənim ailəm alın tərimizlə yaşamışıq. Bizim bu gün yaşadığımız evdən başqa, bir balaca - 4 sot yarım qeyri-yaşayış sahəsi var, vəssalam. Elə düşünürlər ki, Fəzail Ağamalı 30 il deputat olubsa, onun 30 yerdə mülkiyyəti olmalıdır, 30 yerdə biznesi olmalıdır. Bəlkə də elələri var, amma mən belələrindən deyiləm. Bu, mənim bu yaşımda səmimi etirafımdır. Olsaydı deyərdim, kimdir onları mənim əlimdən alan. Oğlum bizneslə məşğul ola bilirdisə, Azərbaycan qanunvericiliyi buna imkan verir, deyərdim oğlumun biznesi var. Qızım deputat olana qədər kifayət qədər məşhur bağça fəaliyyəti ilə məşğul olub".
16-12-2024, 21:36
Üçmərtəbəli binada yanğın: sakinlər təxliyə edildi


Üçmərtəbəli binada yanğın: sakinlər təxliyə edildi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında yerləşən üçmərətəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının üçmərtəbəli yaşayış binasının zirzəmisində baş verdiyi müəyyən edilib.
Yanğınsöndürənlər tərəfindən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində zirzəmidə yerləşən vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m. olan ikiotaqlı mənzilin mətbəxinin yanar kostruksiyaları 15 kv.m. sahədə və yataq otağında 1 ədəd çarpayı və 1 ədəd televizor yanıb.
Mənzilin böyük hissəsi yanğından mühafizə olunub.
Təhlükəsizlik tədbirləri çərçivəsində iki nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
16-12-2024, 21:22
Qazax "İdman Paytaxtı" seçildi


Qazax "İdman Paytaxtı" seçildi

Dekabrın 16-da Gənclər və İdman Nazirliyinin Kollegiya iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Qazax 2026-cı il üçün “İdman Paytaxtı” seçilib.
Bundan başqa, Goranboy 2026-cı, İsmayıllı isə 2027-ci il üçün “Gənclər Paytaxtı” seçiliblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!