Ukraynada nazir ölkədən qaçdı - İDDİA .....                        Rusiyanın ən böyük neft zavodu bağlandı .....                        Xankəndiyə köç başlayır - PÜŞK ATILACAQ .....                        İranla razılaşmaya açığıq - TRAMP .....                        Ukrayna Rusiyanı bu raketlərlə vurdu .....                        Bir ailənin 4 üzvünün ölüm səbəbi MƏLUM OLDU .....                        5 il ərzində Qarabağda görülən işlər - AÇIQLANDI .....                        Vardanyan hakim qarşısında - Məhkəmədə nələr danışıldı? .....                        Səudiyyə şahzadəsi Trampla görüşdü .....                       
7-12-2024, 12:15
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Dekabrın 08-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 774 mm civə sütunundan 769 mm civə sütununa enəcək.
Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 7-12° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
6-12-2024, 23:42
Ağdamda yeni yaşayış binaları tikilir - 137 milyon manata


Ağdamda yeni yaşayış binaları tikilir - 137 milyon manata

Ağdam şəhərində 4 nömrəli yaşayış massivi üzrə çoxfunksiyalı orta mərtəbəli yaşayış binalarının tikintisi işləri həyata keçiriləcək.
Bu barədə Trend dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.
Belə ki, yaşayış binalarının tikintisi qeyd olunan yaşayış massivinin 1,2,3,4,5,6,7 və 8-ci məhəllələri üzrə aparılacaq.
Məlumata görə, artıq bununla bağlı Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi hazırlıqlara başlayıb.
Qurum sözügedən işlərin 4 nömrəli yaşayış massivinin 1 və 2-ci məhəllələri üzrə 42.479.710,84 AZN-ə (42 milyon 479 min 710 manat 84 qəpik), 3 və 4-cü məhəllələri üzrə 21.863.890,11 AZN-ə (21 milyon 863 min 890 manat 11 qəpik), 5 və 6-cı məhəllələri üzrə 42.881.950,42 AZN-ə (42 milyon 881 min 950 manat 42 qəpik), 7 və 8-ci məhəllələri üzrə isə 29.947.783,41 AZN-ə (29 milyon 947 min 783 manat 41 qəpik) başa gələcəyini proqnozlaşdırıb.
Beləliklə, sözügedən ünvanlar üzrə çoxfunksiyalı orta mərtəbəli yaşayış binalarının tikintisi işlərinə qurum 137 milyon 173 min 334 manat 78 qəpik vəsaitin sərf olunacağını ehtimal edir.
6-12-2024, 21:49
Azərbaycanda vəzifəli şəxsin meyiti tapıldı


Azərbaycanda vəzifəli şəxsin meyiti tapıldı

Lerikdə vəzifəli şəxs vəfat edib.
Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, Lerik Rayon İcra Başçısının Kirəvud kəndi üzrə ərazi icra nümayəndəsi Əliyev Şəfiq Şaiq oğlu dünyasını dəyişib.
Şəfiq Əliyevin intihar etdiyi deyilir. Onun hansı səbəbdən bu addımı atması isə məlum deyil. Vəzifəli şəxsin meyiti yaxınları tərəfindən tapılıb.
Lerik Rayon İcra Hakimiyyətindən hadisəni təsdiq ediblər.
Hazırda rayonun hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerindədilər.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
6-12-2024, 20:42
Gənc qız dəm qazının qurbanı oldu


Gənc qız dəm qazının qurbanı oldu

Samuxda 18 yaşlı gənc qız dəm qazında boğulub.
Hadisə rayonun Ziyadlı kəndində baş verib. Kənd sakini 2006-cı il təvəllüdlü F.Abbasova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.
6-12-2024, 18:00
Prezident Ursula fon der Lyayeni təbrik etdi


Prezident Ursula fon der Lyayeni təbrik etdi

Prezident İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:
“Hörmətli xanım Prezident,
Avropa Komissiyasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.
Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadi-ticari, nəqliyyat-kommunikasiya, təhlükəsizlik, xüsusilə də strateji xarakter daşıyan və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayan enerji sahəsində səmərəli tərəfdaşlıq əlaqələri mövcuddur.
Əminəm ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın qarşılıqlı hörmət və bərabər hüquqlar əsasında hərtərəfli inkişafı istiqamətində bundan sonra birgə səylər göstərəcəyik.
Sizə ən xoş arzularımı çatdırır, Avropa Komissiyasının yeni tərkibdə qarşıdakı fəaliyyətinə uğurlar diləyirəm”.
6-12-2024, 17:49
Liftlərdə uşaqlara zorakılıq edən manyak kameraya düşdü - Həbs edildi


Liftlərdə uşaqlara zorakılıq edən manyak kameraya düşdü - Həbs edildi

Bakının Yasamal rayonunda yaşayış binalarının liftlərində uşaqlara qarşı qeyri-etik hərəkətlər edən manyak saxlanılıb.
Əsasən azyaşlı qız uşaqlarına qarşı liftlərdə seksual hərəkətlər edən şəxs barədə valideynlər polisə müraciət ediblər.
Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinən Rəfail Məmmədov saxlanılıb.
Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq R.Məmmədov həbs edilib.
Hazırda istintaq tədbirləri davam etdirilir.
Şübhəli şəxsin əməllərindən zərərçəkən başqa şəxslər varsa, polisə məlumat vermələri xahiş olunur.

6-12-2024, 17:22
Şəki məktəbində bədbəxt hadisə: müəllim və şagirdlər yaralandı


Şəki məktəbində bədbəxt hadisə: müəllim və şagirdlər yaralandı

Bu gün Şəki şəhər Fizika-riyaziyyat və humanitar təmayüllü liseyin kimya kabinetində 11-ci sinifdə keçirilən dərs zamanı sınaq şüşəsi çatlayaraq sınıb.
Bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə məlumat verilib.
Bildirilib ki, buna səbəb təcrübə aparılarkən kimyəvi reaksiya ilə əlaqədar olaraq yaranan qızma olub.
Bu zaman fənn müəllimi və 4 şagird yüngül xəsarət alıb.
Dərhal təcili tibbi yardıma müraciət olunub, müəllim və şagirdlərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
6-12-2024, 17:20
Bakıda Qərbi Azərbaycan parkı yaradılır


Bakıda Qərbi Azərbaycan parkı yaradılır

Zirədəki Ekoparkda Qərbi Azərbaycan parkı yaradılacaq.
Bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli jurnalistlərə müsahibəsində deyib.
Ə.Ələkbərli bildirib ki, “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransın ikinci günündə keçirilən ağacəkmə aksiyasında hər bir qonağın adına ağac əkilib:
"Bu ənənə növbəti illərdə də davam etdiriləcək. Bu ərazidə böyük Qərbi Azərbaycan parkı yaradılacaq".
6-12-2024, 17:18
Bakıda bu küçəsindəki avtobus zolağı ilə bağlı YENİLİK


Bakıda bu küçəsindəki avtobus zolağı ilə bağlı YENİLİK

Bakının Azadlıq və Bülbül prospektlərində, Şəmsi Bədəlbəyli və Rəşid Behbudov küçələrində təşkil edilən avtobus zolağının saat 07:00–22:00 aralığında qüvvədə olma vaxtını bildirən yol nişanı quraşdırılıb.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) xəbər verir.
Beləliklə, sözügedən prospektdə və küçədə digər nəqliyyat vasitələrinin zolağa daxil olması ilə bağlı qadağa yalnız nişanda göstərilən saatlarda qüvvədədir.
Avtobus zolağına qaydalardan kənar daxil olan şəxslərə 100 manat məbləğində cərimə və 2 bal müəyyən edilib.
"İctimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan zolaqların əhəmiyyətini nəzərə alaraq hərəkət iştirakçılarını qaydalara riayət etməyə çağırırıq. Mərhələli şəkildə digər küçə və prospeklərdə də avtobus zolağının qüvvədə olma vaxtını bildirən yol nişanları quraşdırılacaq", - deyə agentlik bəyan edib.
6-12-2024, 17:10
Baydenin Qafqaz üzrə baş müşaviri Bakıya gəldi


Baydenin Qafqaz üzrə baş müşaviri Bakıya gəldi

ABŞ Dövlət Katibinin köməkçisinin müavini Coşua Hak və Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono həmkarları ilə yüksək səviyyəli görüşlər keçirmək, səfir Libby və onun komanda üzvləri ilə məsləhətləşmələr aparmaq üçün bu gün Bakıya səfər ediblər.
Bu barədə ABŞ Səfirliyinin "X" hesabında paylaşım edilib.
"Azərbaycan rəsmiləri ilə apardıqları müzakirələrdə Dövlət Katibinin köməkçisinin müavini Hak və baş məsləhətçi Bono Azərbaycan və Ermənistan arasında davamlı və ləyaqətli sülhə nail olmaq üçün növbəti addımları, ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, və COP29-un uğurundan sonra iqlim məsələləri üzrə əməkdaşlığı müzakirə ediblər", - paylaşımda deyilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!