Ukraynada nazir ölkədən qaçdı - İDDİA .....                        Rusiyanın ən böyük neft zavodu bağlandı .....                        Xankəndiyə köç başlayır - PÜŞK ATILACAQ .....                        İranla razılaşmaya açığıq - TRAMP .....                        Ukrayna Rusiyanı bu raketlərlə vurdu .....                        Bir ailənin 4 üzvünün ölüm səbəbi MƏLUM OLDU .....                        5 il ərzində Qarabağda görülən işlər - AÇIQLANDI .....                        Vardanyan hakim qarşısında - Məhkəmədə nələr danışıldı? .....                        Səudiyyə şahzadəsi Trampla görüşdü .....                       
2-12-2024, 18:18
MSK-nın bugünkü iclasında nələr müzakirə edildi


MSK-nın bugünkü iclasında nələr müzakirə edildi

Məzahir Pənahovun sədrliyi ilə dekabrın 2-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən bildiriblər ki, əvvəlcə Komissiyanın noyabrın 26-da və 27-də keçirilmiş iclaslarının protokolları təsdiq edilib.
Sonra 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. Komissiya üzvlərinin müzakirəsindən sonra sözügedən siyasi partiya tərəfindən təqdim olunan şəxslərin səlahiyyətli nümayəndələr kimi qeydə alınmasına qərar verilib.
İclasda daha sonra bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.
Media mənsubları tərəfindən geniş işıqlandırılan iclasda, həmçinin bələdiyyə seçkilərinə hazırlıq istiqamətində proseslərin gedişi barədə məlumat verilib və cari məsələlərə baxılıb.
2-12-2024, 17:38
Silahı ilə ehtiyatsız davranan polis öldü


Silahı ilə ehtiyatsız davranan polis öldü

Bakıda polis nəfəri xidməti tabeli silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.
Xəsarət alan serjant Emin Cəfərli xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
DİN-in Mətbuat Xidmətindən məlumatı
təsdiqləyiblər.
1-12-2024, 21:26
Dünyada şərab istehsalı azalır - SƏBƏBLƏR


Dünyada şərab istehsalı azalır - SƏBƏBLƏR

2024-cü ildə dünya üzrə şərab istehsalı 1961-ci ildən sonra ən aşağı həddə düşə bilər.
Bu məlumat Beynəlxalq Üzüm və Şərab Təşkilatının hesabatında yer alır.
Hesabat müəllifləri qeyd edirlər ki, 2024-cü ildə dünyada 235 milyon hektolitr şərab istehsalı gözlənilir ki, bu da 1961-ci ildən sonrakı dövrdə ən pis göstəricidir. Sözügedən ildə dünyada 220 milyon hektolitr şərab istehsal edilmişdi.
Şərab istehsalının 2023-cü illə müqayisədə 2 faiz, onillik dövr üzrə isə 13 faiz azalacağı proqnozlaşdırılır.
Hesabata görə istehsalın azalması əlverişsiz iqlim şərtləri – yazda uzunmüddətli yağışlar və yayda uzun müddət davam edən istilərlə əlaqədardır. Belə iqlim şəraiti zərərvericilərin artması ilə nəticələnir.
1-12-2024, 21:05
"Qarabağ" "Neftçi"ni məğlub etdi


"Qarabağ" "Neftçi"ni məğlub etdi

Misli Premyer Liqasının XV turunda üz-üzə gələn "Neftçi" və "Qarabağ" komandaları arasında derbi oyunu başa çatıb.
"Neftçi Arena"da keçirilən görüş Ağdam klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Qarabağ"ın heyətində qolları Leandro Andrade (2 qol) və Nəriman Axundzadə vurublar.
Bu nəticədən sonra xallarını 37-yə çatdıran "Qarabağ" turnir cədvəlində liderliyə yüksəlib. "Neftçi" isə 13 xalla 7-ci sırada qalıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Araz-Naxçıvan” “Turan Tovuz”a, “Sabah” “Səbail”ə, “Kəpəz” “Şamaxı”ya 1:0, “Zirə” isə “Sumqayıt”a 4:1 hesabı ilə qalib gəlib.
1-12-2024, 20:47
Azərbaycanda yeni xəstəlik - Dərmanı da tapılmır


Azərbaycanda yeni xəstəlik - Dərmanı da tapılmır

Azərbaycanda yeni xəstəlik yaranıb. Bu barədə İTV-nin süjetində deyilir. Sözügedən xəstəlik “Venirikatanuriya” adlanır və dərmanı tapılmır. Sözügedən xəstəliyin müalicəsi üçün xüsusi qidalar və dərmanlar tələb olunur.
Xəstəlikdən əziyyət çəkən gəncin valideyni bildirib ki, həmin insanlar 2 gün adi rejimdə qidalansalar, 3-4 aylıq müalicələri heç olacaq. Onlara ömürlərinin sonuna kimi mal və toyuq əti yemək qadağandır. Xəstəliyin aylıq müalicə xərci isə 1500-2000 manat arasındadır.
Xəstəlik dünyada 1960-ci ildən mövcuddur. Xəstəliyin səbəbini daha çox genetik faktorlarla bağlayırlar.
Daha ətraflı videomaterialı təqdim edirik:


1-12-2024, 19:38
Leyla və Arzu Əliyevalar Ər-Riyadda festivalda - FOTOLAR


Leyla və Arzu Əliyevalar Ər-Riyadda festivalda - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Ər-Riyadda festivala qatılıblar.
Festivaldan fotoları Leyla Əliyeva rəsmi instaqram səhifəsində paylaşıb.
Həmin fotoları təqdim edirik:





1-12-2024, 18:30
"Həzi Aslanov" yazılı lövhələr nə zaman dəyişdiriləcək?


"Həzi Aslanov" yazılı lövhələr nə zaman dəyişdiriləcək?

Bu gündən etibarən Bakı metrpoliteninin "Həzi Aslanov" stansiyası təmir ediləcək. Təmir-bərpa işlərinin 2 il müddətədək davam edəcəyi gözlənilir. Buna baxmayaraq metro ərazisində qatarların hərəkət qrafikini göstərən lövhələrdə " Həzi Aslanov" yazısı qalmaqdadır.
Bununla bağlı Bakı metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, lövhələrdə sabahdan etibarən bütün stansiyalarda “Həzi Aslanov" yerinə “Əhmədli” yazısı öz əksini tapacaq.
Bəxtiyar Məmmədov həmçinin bildirib ki, insanlar arasında yayılan “Həzi Aslanov” metrosu bağlanıb xəbəri doğru deyil:
“Qatarların hər biri “Əhmədli” stansiyasına qədər hərəkət edəcək. Lakin “Həzi Aslanov” stansiyası faəliyyətdə olacaq. Qatarlar “Cəfər Cabbarlı” – “Xətai” stansiyaları arasında olduğu kimi məkik hərəkət edəcək. Yəni “Həzi Aslanov” – “Əhmədli” arasında qatarlar 10 ərzində dövrə vuracaq” - deyə o bildirib.
1-12-2024, 16:57
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın


Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın

Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 100 m² olan 3 otaqlı mənzilin mətbəxində mebel 2 paq.m. və 1 ədəd məişət avadanlığı yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, yüksək temperaturdan 2 ədəd məişət avadanlığı qarsalanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
1-12-2024, 14:47
3300-dən çox namizəd imtahan verib


3300-dən çox namizəd imtahan verib

1 dekabr 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda inzibati icraçı vəzifələrə (B növü) aid vəzifə qrupları üzrə test imtahanı keçirilib.
Bu barədə DİM-dən bildirilib.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 14 binada təşkil olunub. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 627, BB qrupu üzrə 2711 olmaqla, ümumilikdə 3 338 namizəd qeydiyyatdan keçib. İmtahanın keçirilməsi üçün 14 ümumi imtahan rəhbəri, 39 imtahan rəhbəri, 311 nəzarətçi və 41 buraxılış rejimi əməkdaşı ayrılıb.
Dekabrın 2-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.
İmtahan nəticələri yaxın 2 gün ərzində elan olunacaq.
1-12-2024, 14:23
Ermənilər Qarabağda heyvanların kökünü kəsib: "Burada düz-əməlli quş görmədik"


Ermənilər Qarabağda heyvanların kökünü kəsib: "Burada düz-əməlli quş görmədik"

İşğaldan azad edilən ərazilərdə bəzi vəhşi heyvan növləri bərpa olunub. Buraya dağ keçilərini, meşələrdə yaşayan cüyürləri aid edə bilərik. Məsələn, nəsli kəsilməkdə olan Qafqaz tetrasını da azad edilən ərazilərdə görmək mükündür.
Bunu Ümumdünya Vəhşi Təbiət Fondu Azərbaycan nümayəndəliyinin rəhbəri, tanınmış zooloq Elşad Əsgərov bildirib.
O qeyd edib ki, Kəlbəcərdə əvvəllər çaqqal, sağsağan, sarı köynək, Göycəqarğaya rast gəlinməzdi: "Biz orada bu quşları da müşahidə etdik. Ola bilsin ki, iqlim dəyişməsi nəticəsində buraya gəliblər. Həmin quşlar, çaqqallar özü quraqlıq ərazilərə məxsus heyvanlardır. Ola bilsin ki, iqlim dəyişməsi ilə bağlı quraqlıq getdiyi üçün bu heyvanların da arealları genişlənib”.
Zooloqun sözlərinə görə, işğaldan azad edilən ərazilərdə hələlik ciddi tədqiqatlar aparılmayıb:
“Mina təhlükəsi ilə bağlı olaraq alimləri hər yerə buraxılmır. Mən şəxsi təşəbbüsümlə orada olmuşam. Ermənilər həmin ərazilərin hər yerində yaşamayıblar. Onlar kəndləri talayıblar, amma daimi yaşayış olmayıb. Əlləri çatmayan yerlərdə təbiət bərpa olub. Harada ki, yaşayıblar, orada meşələrə ziyan vurublar. İri ağaclar ermənilər tərəfindən kəsilib ki, bu da quşların bu ərazidən qalmamasına səbəb olub. Biz 3 il ərzində burada düz-əməlli quş görmədik. Elə hesab edirəm ki, bu xüsusilə toxum verən ağacların kəsilməsi ilə bağlıdır. Əsasən Kəlbəcər rayonunda apardığımız tədqiqatlar zamanı kameralar, fototələlər quraşdırmışıq. Bunlar vasitəsilə heyvanların foto və videoları qeydə alınır. Keçən dəfə Kəlbəcərdə bəbirin foto və videosu da çəkdik”.
E.Əsgərov qeyd edib ki, azad edilən ərazilərdə heyvanların insanlara hücum etməsi xəbərlərini görüb:
"Bu hadisələr əsasən insanların öz günahları ucbatından baş verir. İnsan özü heyvanları provokasiya edir. Onda da heyvanlar qarşılıq verir. Sadəcə girib internetə baxmaq kifayətdir ki, bu heyvanların qida rasionunda insan olmadığını görək. Heyvanlar yalnız onları qıcıqlandıran, provokasiya edən zaman hücum edirlər. İndi isə ayılar qış yuxusuna gedəcək. Yəqin ki, qış ərzində elə bir təhlükə olmayacaq. Amma ayı ilə qarşılaşdıqda müəyyən yollar var ki, insan özünü müdafiə edə bilər. Ən sadə üsul kiçik pirotexniki vasitələrdir ki, biri yandırıb atsanız, ayı oradan uzaqlaşacaq. Ümumiyyətlə yırtıcıların duyğu orqanları insandan daha həssas inkişaf edib. Ona görə də insanla qarşılaşamqdan yayınırlar. Onlar insanı uzaqdan görəndə, səsini eşidəndə, qoxusunu alanda uzaqlaşırlar. Onlar insanla qarşılaşmaq həvəsində deyillər. Əgər qarşılaşsanız həmin pirotexniki vasitədən istifadə etmək kifayətdir. Burada bir məqam da var ki, yırtıcılarla qarşılaşanda qarçmaq lazım deyil. Siz nə qədər sürətli olsanız da, onlar sizdən dəfələrlə sürətlidirlər. Yırtıcıdan qaçanda onlarda təqib instinkti başlayır. Onlar səni artıq şikar kimi görür və qovalamağa başlayırlar. Ona görə də məsləhət görürük ki, panikaya düşmədən, gözünüzü yırtıcıdan çəkmədən yavaş addımlarla geriyə çəkilmək lazımdır”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!