Xırdalanda qəza - Motosiklet sürücüsü öldü .....                        İsrail ilk dəfə Xəzərdəki İran gəmilərinə hücum edib - TƏSDİQLƏNDİ .....                        ABŞ-nin Azərbaycandakı səfirliyi müvəqqəti bağlanır .....                        Nazirin müavinlərinin sayı artırıldı .....                        Zaur Əliyev vəzifəsini itirdi .....                        Azərbaycanda yeni agentlik yaradıldı .....                        İcbari Tibbi Sığortanın bu səlahiyyətləri TƏBİB-ə verildi .....                        İlham Əliyev MDB ilə bağlı vacib sənədi TƏSDİQLƏDİ .....                        ABŞ İran neftinə sanksiyaları ləğv edə bilər .....                       
28-03-2025, 22:42
Onlar da sertifikasiyaya cəlb olunacaq - Emin Əmrullayev AÇIQLADI


Onlar da sertifikasiyaya cəlb olunacaq - Emin Əmrullayev AÇIQLADI

"Bağçada bir iş olsaydı flankəs də işləyərdi". Uzun illər məktəbəqədər təhsil pilləsində bu məntiq işləyib. Artıq köhnə təfəkkürün dəyişmə zamanı çoxdan gəlib çatıb.
Bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Nazir deyib ki, təhsilin bu pilləsində dəyişikliklər olacaq. 3-4 yaşlı uşağın psixologiyasını anlayıb ona təhsil verə bilənlər bura cəlb olunacaqlar. Eyni zamanda bağçalarda çalışanların hər biri diaqnostika və sertifikasiyaya cəlb olunacaqlar. Çünki bu mərhələ təhsilin əsas pilləsidir.
Hazırda bölgələrdə şagird sayı 10 nəfərdən az olan 100-dən çox məktəb var. Nazirin sözlərinə görə, məhz bu problem səbəbindən bölgələrdə məktəblərin optimallaşdırılması həyata keçirilir. Məqsəd uşaqların normal təhsilə cəlb olunması və təhsilin keyfiyyətidir.
Emin Əmrullayev bildirib ki, şagirdlərin ünvana rahat çatması üçün "Məktəbli avtobusu" layihəsinin həyata keçirilməsi planlaşdırılır.
O ki qaldı paytaxdakı məktəbli avtobusu layihəsinə, Emin Əmrullayevin sözlərinə görə, burada məntiq tamamilə fərqlidir və layihənin üzərində hazırda işlər gedir, yaxın zamanda bunun təqdimatının olması planlaşdırılır.
28-03-2025, 21:51
"Qarabağ"dan 4 qolluq qələbə


"Qarabağ"dan 4 qolluq qələbə

Misli Premyer Liqasında 18-ci tura start verilib.
Açılış oyununda son çempion "Qarabağ" səfərdə "Turan Tovuz"la qarşılaşıb.
Matç qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam klubu 67 xalla turnir cədvəlinə başçılıq edir. Tovuz təmsilçisi isə 43 xalla dördüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, tur martın 30-da başa çatacaq.
28-03-2025, 21:15
Ağsuda qəza - 8 nəfər yaralandı


Ağsuda qəza - 8 nəfər yaralandı

Ağsu rayonunda baş vermiş avtomobil qəzası nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İlkin məlumata görə, yaralılar təcili tibbi yardım vasitəsilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Onlardan birinin vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi hələ məlum deyil. İlkin ehtimallara görə, qəza yol hərəkəti qaydalarının pozulması və ya sürücünün idarəetməni itirməsi nəticəsində baş verə bilər
Daxili İşlər Nazirliyinin Şəki Regional Qrupundan verilən məlumata görə, faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır.
Hadisə yerində müvafiq ekspertizalar aparılır və qəzanın dəqiq səbəbləri müəyyənləşdirilir.
28-03-2025, 20:05
Ramazanın 29-cu günü - İmsak və iftar vaxtı


Ramazanın 29-cu günü - İmsak və iftar vaxtı

Martın 29-u Ramazan ayının 29-cu günüdür.
Sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir.

İmsak duası:

“Allahummə ğəşşini fihi bir-rəhməh. Vərzuqni fihit-tovfiqə vəl-isməh. Və təhhir qəlbi min ğəyabihit-tuhməh. Ya rəhimən bi-ibadihil-mu-minin”.

Tərcüməsi:

“İlahi, bu gün məni öz sonsuz rəhmətinlə əhatə et! Bu gün mənə qüvvət və ismət nəsib et! Ürəyimi töhmətçilik qaranlığından təmizlə! Ey mömin bəndələrinə rəhmli olan Allah!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!
28-03-2025, 17:51
Şuşa Müalicə-Sağlamlıq Mərkəzi ilin sonuna tam istifadəyə veriləcək


Şuşa Müalicə-Sağlamlıq Mərkəzi ilin sonuna tam istifadəyə veriləcək

Şuşa Müalicə-Sağlamlıq Mərkəzi ilin sonuna tam istifadəyə veriləcək. Ora 90 çarpayılıqdır və 6 korpusdan ibarətdir.
Stasionar xidmət sahəsində terapiya, pediatriya, cərrahiyyə, hemodializ və digər şöbələr fəaliyyət göstərəcək. Ambulator xidmət sahəsində isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələri, həmçinin klinik diaqnostik laboratoriya yaradılacaq.
Mərkəzin Təcili Tibbi Yardım Stansiyası müasir standartlara cavab verən avadanlıqla təchiz olunacaq.
Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin ərazisində, eyni zamanda, Gigiyena və Epidemiologiya Mərkəzi, yoluxucu xəstəliklər və hemodializ korpusları inşa olunub.
28-03-2025, 17:20
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi


İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Bayram münasibəti ilə xalqa ünvanlanan müraciətdə deyilir:
"Hörmətli həmvətənlər!
Sizi mübarək Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzu və diləklərimi yetirirəm.
Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu Ramazan ayı insanları gözəl niyyətlər və savab əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq və bərabərlik yoluna dəvət edir. Bu ayda müsəlmanlar oruc tutmaqla Allah və din qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi-əxlaqi kamilliyə ucalmaq fürsəti qazanırlar.
Orucluq mərasimləri bütün İslam aləmində olduğu kimi, Azərbaycanda da hər il böyük fərəh və məmnunluq hissi ilə keçirilir. Ölkəmizdə milli-mənəvi həmrəyliyin, humanizmin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilən Ramazan ayında dövlətimizin rifahı və tərəqqisi üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi minnətdarlıqla yad olunur. İnanıram ki, insanların qəlbini və ruhunu ilahi hikmətlərlə nurlandıran mübarək Ramazan günlərində dua və diləkləriniz, saf niyyətləriniz Tanrı dərgahında qəbul olunacaq, Uca Yaradan öz mərhəmətini xalqımızdan əsirgəməyəcəkdir.
Əziz bacı və qardaşlarım!
Bir daha sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza Ramazan təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram.
Allah orucunuzu və dualarınızı qəbul etsin.
Ramazan bayramınız mübarək olsun!".
28-03-2025, 16:47
Yaşayış olan evin söküldüyü ərazinin deputatı: "Bakıda deyiləm"


Yaşayış olan evin söküldüyü ərazinin deputatı: "Bakıda deyiləm"

Ötən gün sosial mediada Bakı şəhəri Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola “Melissa Group” tikinti şirkəti tərəfindən söküntü işləri aparılması ilə bağlı görüntülər yayılıb. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb, araşdırma aparılır. Tikinti şirkətinin iş icraçısı və ekskovator sürücüsü saxlanılıb.
“Melissa Group” şirkətinin rəhbəri Qalib Məmmədov Yasamal rayonunda söküntü işi əlaqədər cinayət işi çərçivəsində dünən axşam saatlarında saxlanılıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə qeyd olunub ki, söküntü işləri ilə əlaqədar Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi əraziyə baxış keçirib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib.
22 saylı Nəsimi - Yasamal seçki dairəsinin deputatı Asim Mollazadə bildirib ki, hazırda Bakıda deyil:
"Buna görə də hadisə yerinə getməmişəm. Sadəcə olaraq onu deyə bilərəm ki, hüquq-mühafizə orqanları zəruri istintaq tədbirləri görürlər. Bu istintaqın nəticələrini gözləməliyik. Əminəm ki, bütün cinayətkarlar öz cəzalarını alacaqlar".
Deputat onu da deyib ki, seçicilərindən bu məsələ ilə bağlı olaraq ona hər hansı müraciətlər daxil olmayıb.
28-03-2025, 15:13
Azərbaycanda zəlzələ oldu


Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ olub.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Saatlı stansiyasından 11km şimalda, İmişlidə zəlzələ qeydə alınıb.
Zəlzələ 3.4 maqnitudalı olub.
Yerli vaxtla 14:42-də, 53 km dərinlikdə baş verən zəlzələ hiss olunmayıb.
28-03-2025, 15:07
Gədəbəydə qızı zorla qaçırdılar - 3 nəfərə ağır cəza


Gədəbəydə qızı zorla qaçırdılar - 3 nəfərə ağır cəza

Gədəbəydə 1991-ci il təvəllüdlü qızı qaçırmaqda ittiham olunan şəxslərə hökm oxunub.
Hadisə 5 may 2023-cü ildə gecə saatlarında baş verib.
Məlumata görə, Ruslan adlı şəxs (adlar şərtidir) 1991-ci il təvəllüdlü Aygünü evlənmək məqsədilə zorla qaçırıb. Ona bu işdə əmisioğlu Qabil və tanışı Ayaz kömək edib.
Ruslan Aygünü qaçırmamışdan əvvəl bəlkə də həyatında başqa biri olduğunu düşünərək onu izləyib, heçkimsə olmadığına əmin olduqdan sonra bacısına Aygündən xoşu gəldiyini və onunla ailə həyatı qurmaq istədiyini deməsini istəyib. Bacısı 2-3 dəfə Aygünün işlədiyi yerə gedib qardaşının olndan xoşu gəldiyini, onunla danışmaq istədiyini desə də, Aygün istmədiyini deyib. Ruslan Aygünün razı olmadığını bilib qaçırtmaq qərarına gəlib, sonra qəbul edəcəyini fikirləşib.
Hadisə baş verən gün Aygün işdən çıxan zaman Ruslan Qabilin idarə etdiyi avtomobillə ona yaxınlaşıb və qızı qaçırıb.
Qaçırılan qız məhkəmədə bildirib ki, hadisə baş verən gün nahar üçün işdən çıxıb evə gedirmiş. O, öz yolu ilə gedərkən qəfil yanında maşın saxlayıb, arxadan kiminsə ağzını tutub, qolunu arxaya vurub, onu yerdən qaldırıblar. Qışqırmağa başlayıb və qonşuları onun səsini eşidib. Ruslan onu zorla avtomobilə əyləşdirib.
Onu Ruslanın bacısı yaşadığı evə aparıblar, evə çatanda həyət qapısını açıb avtomobili qapıya salıb onu zorla avtomobildən düşürüblər. Qışqırıb səs-küy salaraq onu öz evlərinə aparmalarını istəyib, Ruslan isə onu sakitləşdirməyə çalışıb. Ruslan daha sonra onu başqa evə aparıb və burada polislər onu yaxalayıb.
Məhkəmənin qərarı ilə Ruslan 9 il, Qabil 8 il 6 ay, Ayaz isə 7 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
28-03-2025, 14:21
Dövlətə xəyanətdə təqsirləndirilən Rəsulovlara hökm oxundu


Dövlətə xəyanətdə təqsirləndirilən Rəsulovlara hökm oxundu

Dövlətə xəyanətdə təqsirləndirilən Arif Rəsulov və Elnur Rəsulovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, hər iki şəxs cinayət işi üzrə təqsirli bilinib və 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Onlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.
Xatırladaq ki, hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan olunub.
Qeyd edək ki, 2022-ci ilin ilin noyabrında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində İran xüsusi xidmət orqanlarının yaratdığı casus şəbəkəsi ifşa edilib.
Araşdırma ilə müəyyən edilib ki, Rəsulov Elnur Akif oğlu 2018-ci ildə müalicə məqsədilə İranda olarkən orada özünü “Meyse” və “Doktor” adları altında təqdim edən bu ölkənin xüsusi xidmət orqanı nümayəndələri ilə məxfi əməkdaşlıq barədə sövdələşib. Elnur Rəsulov əvvəlcə bilavasitə, daha sonra məxfi əməkdaşlığa cəlb etdiyi qohumu Rəsulov Arif Əmrah oğlu ilə birlikdə müxtəlif məbləğlərdə ödəniş qarşılığında verilən tapşırıqları icra edərək Bakı şəhəri Qaradağ rayonunda neft və qaz boru kəmərlərinin keçdiyi ərazilərin, hava limanlarında saxlanılan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinə aid pilotsuz uçuş aparatlarının, tankların və müxtəlif hərbi avadanlıqların olduğu ərazinin, Bakı şəhərində “Texnofest” Aviasiya, Kosmik və Texnologiya festivalında nümayiş etdirilmiş texnikaların, Bakıda, həmçinin Salyan və Füzuli rayonlarında yerləşən strateji və hərbi obyektlərin, zenit-raket komplekslərinin, eləcə də digər radar-nəzarət qurğularının fotoşəkillərini və videoçəkilişlərini vatsap ani mesajlaşma sistemi vasitəsilə xüsusi xidmət orqanının nümayəndəsinə göndərib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!