Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                       
7-04-2025, 11:14
Metronun “Dərnəgül” elektrik deposu tikilir


Metronun “Dərnəgül” elektrik deposu tikilir

Bakı metropoliteninin “28 May” stansiyasında kəsişərək birləşən Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tərkib hissələrindən biri kimi “Dərnəgül” elektrik deposunun inşasına başlanılır.
Hazırda Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin hər ikisinə“Nərimanov” elektrik deposu xidmət göstərir. Depo bir xətt üçün nəzərdə tutulduğundan iki xəttin əsas tələbatını ödəmir. “Dərnəgül” elektrik deposunun ərazisi Binəqədi rayonu, M.Əliyev küçəsinin 3126-27-ci məhəlləsində ayrılmış 16,5 hektara yaxın torpaq sahəsində yerləşir. Deponun ərazisi dəmir yolu xəttinə çıxış sahəsi də daxil olmaqla hasarlanıb. Ərazinin fərqli və bəzi yerlərdə mürəkkəb relyefi nəzərə alınmaqla istinad divarlarının dəmir beton konstruksiyalarının tikintisi tamamlanıb. 3 nəzarət-buraxılış məntəqəsindən 2-si tam hazırdır.Depoların ən mühüm tələbi olan səthin hamarlanması işləri yerinə yetirilib. Ərazidə 7-mərtəbəli inzibati bina və 2-mərtəbəli istehsalat emalatxanalarının tikinti-quraşdırma işləri başa çatdırılıb.
Ərazidə 500 kubmetrlik 2 yanğın və 100 kubmetrlik içməli su anbarları, həmçinin xidməti və texniki otaqların tikintisi tamamlanıb. Dartı-alçaldıcı elektrik yarımstansiyasının və iki qazanxana binasından birinin inşa işləri qismən tamamlanıb.
Təməl qazıntı və konstruktiv elementləri əvvəlki dövrdən hazır olan qatarların dayanma-təmir sahəsində hərəkətinin təşkili və idarə edilməsi mərkəzi, vaqonların əsaslı təmiri, təkəryonma, təkər cütlərinin diaqnostikası, vaqonyuma və üfürmə sahələri, həmçinin dönmə dairəsi inşa ediləcək.
Depoda rels-qaynaq sexi, qazanxanalar, nasosxanalar, müxtəlif növ yağıntılar, işlənmiş mayelər üçün axar və çənlərin, habelə təmizləyici qurğuların və digər mühüm obyektlərin inşası da nəzərdə tutulub. Burada işçilərin əmək şəraitinin və asudə vaxtlarının səmərəli təşkili üçün lazım olan bütün infrastrukturyaradılacaq. Avtodayanacaq, söhbətgahlar, idman meydançası, istirahət guşələri ilə yanaşı, depo layihəsinə yaşıllıqlar və parkların salınması da daxildir. Ərazinin ekoloji layihələri çərçivəsində 1000-ə yaxın ağac əkiləcək, çəmənlik zonaları yaradılacaq.
Depo ərazisində inşa ediləcək yerüstü platforma yaxınlıqda yaşayan sakinlərin metrodan daha səmərəli və rahat istifadəsinə imkan verəcək. Burada platformanı keçidlə birləşdirən tunel və gözləmə zalı, açıq hava şəraitinin təsirlərindən mühafizə və xidməti infrastrukturinşa olunacaq.
Hazırda layihələrin son tamamlanması, ekspertizadan keçirilməsi, habelə inşaat və infrastrukturun qurulması istiqamətində işlər davam etdirilir.
7-04-2025, 10:56
Sahibə Qafarovanın səlahiyyət müddəti artırıldı


[b]Sahibə Qafarovanın səlahiyyət müddəti artırıldı[/b]

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin dördüncü konfransında Milli Məclisin sədri Sahibə Qafarovanın Parlament Şəbəkəsinə sədrliyinin növbəti 3 illik dövr üçün yenilənməsi, həmçinin sədr müavinlərinin də səlahiyyət müddətinin növbəti dövr üçün artırılmasına dair qərar qəbul olunub.
Bu qərar layihəsinin müzakirəsi dövründə Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentləri qurumun sədr və müavinlərinin səlahiyyət müddətlərinin yenilənməsi məsələsinə böyük dəstək göstəriblər.
Konfransda həmçinin Şəbəkəyə üzv parlamentlərin yekdil mövqeyini ifadə edən və bir sıra mühüm müddəaların əks olunduğu Daşkənd Bəyannaməsi qəbul olunub. Bəyannamədə digər məsələlərlə yanaşı, Parlament Şəbəkəsinin institusional çərçivəsinin daha da inkişaf etdirilməsi, o cümlədən, büro və daimi komitələrin fəaliyyətinin təmin olunması, Şəbəkənin mənzil qərargahının yaradılması istiqamətində müzakirələrin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. Sənəddə həmçinin Bakı İqlim Birliyi Paktı və COP29-un mühüm nəticələri, Qoşulmama Hərəkatına üzv dövlətlərdə öz yaşayış yerlərini zor gücü ilə dəyişməyə məcbur qalmış şəxslərin, o cümlədən, Qərbi Azərbaycan icmasının öz evlərinə sülh yolu ilə təhlükəsiz şəraitdə və ləyaqətlə geri qayıdışı hüququna dəstək ifadə edilib.
6-04-2025, 19:23
"Kəpəz" "Səbail"i məğlub etdi


"Kəpəz" "Səbail"i məğlub etdi

Misli Premyer Liqasının XXIX turunda "Kəpəz" səfərdə "Sabah"la üz-üzə gəlib.
“Bank Respublika Arena”da baş tutan oyunda gəncəlilər 1:0 hesablı qələbə qazanıb.
Yeganə qolu 41-ci dəqiqədə Valdemar Almeyda vurub.
"Sabah" 36 xalla turnir cədvəlində beşincidir. 27 xalı olan qərb təmsilçisi isə doqquzuncu pillədə yer alıb.
6-04-2025, 19:19
11-ci sinif şagirdi vəfat etdi


11-ci sinif şagirdi vəfat etdi

Siyəzəndə 11-ci sinif şagirdi Həlimə Mayılova vəfat edib.
Bu barədə rayonun Səbuhi Zeynalov adına Böyük Həmyə kənd tam orta məktəbi məlumat yayıb.
Şagirdin ölüm səbəbi açıqlanmayıb.
6-04-2025, 17:37
Azərbacan-Türkiyə-Gürcüstan üçtərəfli parlament formatı yaradılacaq


Azərbacan-Türkiyə-Gürcüstan üçtərəfli parlament formatı yaradılacaq

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş ilə görüşüb.
Bu barədə Gürcüstan parlamenti məlumat yayıb. Bildirilib ki, görüş Özbəkistanın paytaxtı Daşkənddə davam edən Parlamentlərarası İttifaqın 150-ci Assambleyası çərçivəsində baş tutub.
Tərəflər yaxın vaxtlarda parlament sədrləri səviyyəsində Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlıq formatının yaradılması ilə bağlı razılığa gəliblər.
Numan Kurtulmuşi Şalva Papuaşvilini Türkiyəyə dəvət edib.
Tərəflər Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər.
6-04-2025, 17:20
Ermənistanın mina terroru səbəbiylə günahsız insanlar təhdid altındadır - Ombudsman


Ermənistanın mina terroru səbəbiylə günahsız insanlar təhdid altındadır - Ombudsman

Ermənistanın davam edən mina terroru nəticəsində günahsız insanlar həyat və sağlamlıqlarını itirməkdədir. Bugün Cəbrayılda və Ağdamda baş verən mina partlayışı nəticəsində 4 Azərbaycan vətəndaşı, o cümlədən uşaqlar ciddi xəsarət alıb. Bu faciə regionda mina təhlükəsinin hələ də davam etdiyini və günahsız insanların həyatının hər an təhdid altında olduğunu bir daha ortaya qoyur.
Bu fikirlər Ombudsmanın Cəbrayıl və Ağdamda baş vermiş mina partlayışları ilə bağlı müraciətində yer alıb.
“2020-ci ildən etibarən Ermənistan tərəfdən basdırılmış minalar, həmçinin partlamamış hərbi sursatların partlaması nəticəsidə 392 nəfər həlak olub və ya yaralanıb. Bu, yalnız fiziki deyil, həm də insanların psixoloji və sosial baxımdan dərindən təsirləndiyi ciddi bir problemdir.
İşğal dövründə ərazilərimizə basdırılmış minalar regionda qalıcı sülhün bərqərar olmasına ciddi təhdid yaradır. Bu təhlükənin qarşısının alınması üçün beynəlxalq əməkdaşlıq və yardımlar olduqca vacibdir.
Eyni zamanda, Ermənistanın minalarla çirkləndirdiyi ərazilərdəki humanitar vəziyyətin ciddi şəkildə nəzərə alınması və Ermənistanın beynəlxalq hüquq çərçivəsində məsuliyyətə cəlb edilməsi aidiyyəti beynəlxalq qurumlar qarşısında mühüm bir öhdəlik olaraq qalmaqdadır. Minaların məqsədli şəkildə basdırılması insan hüquqlarının ciddi şəkildə pozulmasına, regionda sülhün və təhlükəsizliyin bərpa olunmasını çətinləşdirməyə səbəb olur.
Ombudsman olaraq, beynəlxalq ictimaiyyəti minatəmizləmə fəaliyyətlərinin təxirəsalınmazlığını qəbul etməyə, Azərbaycanın davam edən mina təmizləmə səylərinə dəstək olmağa və həmçinin Ermənistanı məqsədli şəkildə və geniş miqyasda basdırılmış minalara görə məsuliyyətə cəlb etməyə çağırıram”, - müraciətdə bildirilir.
6-04-2025, 16:51
Bakıda yarıçılpaq şəxs SAXLANILDI


Bakıda yarıçılpaq şəxs SAXLANILDI

Bu gün günorta saatlarında sosial şəbəkədə paytaxtın Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində bir şəxsin yarıçılapaq və anlaqsız vəziyyətdə qeyri-adekvat hərəkət etməsini əks etdirən videogörüntülər yayılıb.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq sağlamlıq vəziyyəti nəzərə alınmaqla aidiyyəti üzrə ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilməsinin təmin olunması üçün tədbirlər görülür.
6-04-2025, 15:23
Sahibə Qafarova İsrail Knessetinin sədri ilə görüşdü


Sahibə Qafarova İsrail Knessetinin sədri ilə görüşdü

Özbəkistan Respublikasında işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Daşkənd şəhərində İsrail Knessetinin sədri Amir Ohana ilə görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin uğurla inkişafından məmnunluq ifadə edilib. Xüsusilə iqtisadi-ticari, enerji sahəsində geniş əməkdaşlığın mövcud olduğu diqqətə çatdırılıb. İkitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin və görüşlərin müstəsna rolu xüsusilə qeyd olunub.
Sahibə Qafarova görüşdə ölkəmizdə mövcud olan və möhkəm əsaslara malik tolerantlıq və multikulturalizm ənənələri haqqında məlumat verib. Həmçinin, İsraildəki Azərbaycan diasporunun, İsraildə yaşayan yəhudi əsilli soydaşlarımızın da ölkələrimiz arasında əlaqələrin inkişafına böyük töhfə verdikləri diqqətə çatdırılıb.
İsrail Knessetinin sədri sülh, birgə yaşayış dəyərlərini qoruyub inkişaf etdirdiyinə görə Azərbaycan hökumətinə təşəkkür edib. O, İsrail ilə Azərbaycan arasında mövcud əlaqələrdən məmnunluğunu bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
6-04-2025, 15:17
Rəsmi Bakıdan mina partlayışı ilə bağlı ÇAĞIRIŞ


Rəsmi Bakıdan mina partlayışı ilə bağlı ÇAĞIRIŞ

Azərbaycanın Xarici İşlər Nazirliyi mina partlayışı ilə əlaqədar beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırıb.
Bu barədə xarici siyasət idarəsinin sosial şəbəkə hesabında paylaşım edilib.
“Bu gün, növbəti mina partlayışı nəticəsində kiçik yaşlı uşaqlar da daxil olmaqla 4 Azərbaycan vətəndaşı ağır yaralanıb. 2020-ci il müharibəsindən bəri Ermənistanın mina çirklənməsi səbəbindən 392 nəfər ya həlak olub, ya da yaralanıb”, – XİN bildirib.
Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırıb:
“Beynəlxalq ictimaiyyəti minaəleyhinə fəaliyyətin təcililiyini tanımağa, Azərbaycanın davam edən minatəmizləmə səylərində onunla birgə olmağa, həmçinin günahsız insanların həyatını təhlükə altına almağa və münaqişədən sonrakı bərpa işlərinə maneə törətməyə davam edən Ermənistanı məqsədyönlü və geniş yayılmış mina çirklənməsinə görə məsuliyyətə cəlb etməyə çağırırıq”.
Xatırladaq ki, bu gün Cəbrayıl və Ağdam rayonlarında mina hadisələri baş verib. Cəbrayıl rayonundakı hadisədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı yaralanıb. Ağdam rayonundakı partlayışda isə bir ailənin üç üzvü xəsarət alıb.
6-04-2025, 13:38
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-12° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!