Ərdoğan Yunanıstan Baş naziri ilə nələrdən danışdı .....                        “Xarıbülbül” festivalı Laçında başa çatdı .....                        Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışıqlar apardı .....                        Türkiyə, Azərbaycan və Şimali Kipr arasında parlamentlərarası müzakirələr .....                        Qazi yol qəzasında həlak oldu .....                        Azərbaycanda palçıq vulkanı püskürdü .....                        Ədəbiyyat dərsi .....                        Qarabağ Universitetində bu ixtisaslar olacaq .....                        Paşinyan Danimarkaya işgüzar səfərə getdi .....                       
20-11-2022, 17:11
Tarixdə bir ilk: Qətərdə dünya çempionatı başlayır


Tarixdə bir ilk: Qətərdə dünya çempionatı başlayır

Bu gün futbol üzrə XXII dünya çempionatına start veriləcək. Qətərin ev sahibliyi etdiyi mundial 29 gün davam edəcək. 31 ən güclü komanda və meydan sahiblərinin iştirakı ilə dünyanın ən güclüsü müəyyən olunacaq. Qeyd edək ki, Qətər dünya çempionatına ilk dəfədir ev sahibliyi edir. Mundialda ümumilikdə 64 qarşılaşma keçiriləcək. 32 komanda hərəsində 4 yığma olmaqla 8 qrupda mübarizə aparacaq. DÇ-nin qalibi uğrunda mübarizədə əvvəllər qalib olmuş 8 komandadan 7-si iştirak edəcək. Braziliya, Almaniya, Argentina, Uruqvay, Fransa, İngiltərə və İspaniya yenə titul qazanmaq arzusundadır. Elə mundialın əsas favoritləri də onlardır. Uruqvay istisna olmaqla, digəriləri qızıl medala namizədlər hesab olunur.
A qrupu: Qətər, Ekvador, Seneqal, Niderland
B qrupu: İngiltərə, İran, ABŞ, Uels
C qrupu: Argentina, Səudiyyə Ərəbistanı, Meksika, Polşa
D qrupu: Fransa, Avstraliya, Danimarka, Tunis
E qrupu: İspaniya, Kosta-Rika, Almaniya, Yaponiya
F qrupu: Belçika, Kanada, Mərakeş, Xorvatiya
G qrupu: Braziliya, Serbiya, İsveçrə, Kamerun
H qrupu: Portuqaliya, Qana, Uruqvay, Cənubi Koreya

Olimpiya sistemi ilə keçiriləcək mundial ev sahiblərinin DÇ-nin final mərhələsindəki debütü ilə əlamətdar olacaq. Qeyd edək ki, Qətərdə keçirilən DÇ-2022-yə təqribən 208 milyard avro xərclənib. Bu, Rusiyada 2018-ci ildə keçirilən mundiala xərclənən məbləğdən 17 dəfə çoxdur. Rusiya dünya çempionatına ev sahibliyi etmək üçün 11,6 milyard funt-sterlinq (təxminən 13 milyard avro) xərcləyib. Mundiala dekabrın 18-də yekun vurulacaq.
20-11-2022, 15:55
Təbrizdə daha 9 milli fəal həbs edilib

Təbrizdə daha 9 milli fəal həbs edilib

Onların təhlükəsizlik idarəsinin təcridxanasına aparıldıqları ehtimal edilir.
Son günlər İranda və Güney Azərbaycan şəhərlərində genişlənən həbslərin davamında Təbrizdə daha bir neçə milli fəal saxlanılıb. Butov.az-ın əldə etdiyi məlumata görə həbs olunanlar Aytək Qurbani, Vida Əkbəri, Sayna Xərazi, Səmanə Babazadə, Hüseyn Dani, Rza Ünsi, Elyar Qəffari, Arəş İsmayılzadə və Armin Bibakdır.
İranın güc qurumları, mülki geyimli xəfiyyələri həmişə olduğu kimi onların dəqiq ittihamları və saxlanılma şərayitləri barədə məlumat vermirlər.
20-11-2022, 15:19
Sabahın havası: külək olacaq


Sabahın havası: külək olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 9-12° isti, gündüz 14-17° isti, Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacaq.
20-11-2022, 12:51
Erkən nikahlarla necə mübarizə aparılmalı?

Erkən nikahlarla necə mübarizə aparılmalı?: "Cəzalar sərtləşdirilməlidir"

Bu yaxınlarda Şəmkir rayonunda 14 yaşlı qız 26 yaşlı əmisi oğlu ilə nişanlanıb. 14 yaşlı qızın nişanlanması nə qədər doğrudur? Belə hallar niyə baş verir?
Erkən nikah yaşı 18-dən az olan yeniyetmələrin nikaha daxil olmasıdır. Dünyada hər gün 25 min, ildə isə 10 milyondan çox erkən nikah baş tutur. Məcburiyyət qarşısında evləndirilən, yaxud bunu normallaşdıraraq, kiçik yaşlardan uşaqlara təbliğ edənlərin sayı azalmaq əvəzinə, günbəgün artır. Bu, hələ həyatı tam dərk etməmiş bir fərdin üzərinə bütöv bir məsuliyyət yükləmək və onu bədbəxt etməkdən başqa bir şey deyil.
Qayğısız, düzgün cəmiyyət arzuolunandırsa, o zaman, bəlkə də, gələcəyin uğurlu peşə sahiblərindən birinə çevriləcək gənclərin həyatını məhv etməmək, onlara maariflənmə yolunda dəstək olub, yol göstərmək lazımdır. Təəssüf ki, 21-ci əsrdə olmağımıza baxmayaraq, bu kimi mövzular hələ də öz aktuallığını qoruyub saxlayır. Elə isə problemin getdikcə artmasının səbəbi nədir? Biz bu bəladan necə xilas ola bilərik? Bu haqda suallarımızı sosioloq Lalə Mehralıya ünvanlayaraq fikirlərini öyrəndik. O, belə hallar baş verdikdə buna laqeyd yanaşan insanları tənqid atəşinə tutdu:

"Məsələ belədir ki, indi bizim insanlar 14 yaşlı bir qızın nişan mərasimində iştirak edəndə, o qızın nişanlanmasını, tamamilə laqeydliklə, bu, elə belə də olmalıymış kimi izləyirlər. Əgər kimsə bununla bağlı tədbir görməyə çalışsa, əlaqədar qurumları xəbərdar etsə, bununla bağlı öz iradını bildirsə, ona elə təəccüblə baxırlar ki, həmin insan özünü bir növ yadplanetli kimi hiss edir.İnsanlar necə manqurtlaşaraq bu vəziyyətə gəldi? Bax, bunun özü müzakirəyə ehtiyacı olan böyük bir mövzudur."
Sosioloq vəziyyətə normal münasibət bəsləyən insanların düşüncə tərzlərini qınadı:
"Bu mərasimlərdə iştirak edib, göz yuman insanlar elə hesab edirlər ki, valideyn nə məsləhət bilirsə, övladı üçün elə o da olmalıdır. Övlad azyaşlı olsa da, yetkinlik yaşına çatmasa da, valideyni onu gəlin köçürə bilər. Yəni ixtiyarı tam şəkildə valideyndə görürlər. O uşağın hüquqlarının pozulması , təhsildən yayındırılması, artıq müzakirəyə ehtiyacı olmayan gərəksiz bir mövzu kimi qəbul edilir. Düşünürəm ki, qanunlar yalnız ata, ananı və qızın gəlin köçdüyü ailəni yox, bilib amma susan hər kəsi məsul tutmalıdır."
L.Mehralı belə hadisələrin dövrün tələblərinə zidd olduğunu vurğuladı:
"Qızlarını gəlin köçürən ailələrdən, ya da etiraz etməyən insanlardan niyə səssiz qaldıqlarını soruşsaq, onlar özlərinin də bu mərasimlərinin kiçik yaşda keçirildiklərini deyəcəklər. Cahil dönəm ilə təhsilin bu qədər inkişaf etdiyi vaxt eyniləşdirilə bilməz. İnsanlar dövrün həyatımızda çox şeyi dəyişdiyini qəbul etməlidir. Məsuliyyətimiz artıb, hüquqlarımız artıb. Ümumiyyətlə, həyatımız keçən əsrdəki həyatımızla eyniləşdirilə bilməz. Bizim təhsil almaq hüququmuz və öhdəliklərimiz var. "
Ekspert bu kimi halların qarşısının alınması məsələsinə də toxundu:
"Qarşısının alınması məsələsinə gəlsək, burada yeganə çarəni, cərimələrin və həbs müddətinin artırılmasında görürəm. Maarifləndirmə işi heç bir nəticə vermir və cəzalar sərtləşdirilməlidir. Ağırlaşmış cəzalar tətbiq olunmasa, bu hadisələr kütləviləşər və gələcəkdə faciəvi vəziyyətə gətirib çıxarar."

Gülay Məmmədova,
BDU Jurnalistika fakültəsinin tələbəsi
19-11-2022, 16:36
Bazar gününün hava proqnozu


Bazar gününün hava proqnozu

Azərbaycanda noyabrın 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12°, gündüz 14-17° isti, Bakıda gecə 10-12°, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 767 millimetr civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-11°, gündüz 19-23° isti, dağlarda gecə 0-5°, gündüz 7-12° isti olacaq.
19-11-2022, 16:24
Orduda hazırlıq məşğələləri keçirilir


Orduda hazırlıq məşğələləri keçirilir

Azərbaycan Ordusunda hərbi qulluqçular ilə ictimai-siyasi hazırlıq məşğələləri keçirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2022-ci ilin hazırlıq planına uyğun olaraq hərbi qulluqçuların maarifləndirilməsi üzrə tədbirlər davam etdirilir. Məşğələlərdə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin çıxışlarında Azərbaycan Ordusu haqqında səsləndirdiyi fikirlər şəxsi heyətə çatdırılır, eyni zamanda, Azərbaycan Respublikasının Prezidentinin diplomatik fəaliyyətinin tarixi əhəmiyyəti barədə ətraflı məlumat verilir. Azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla aparılan söhbətlər zamanı bu ərazilərin tarixindən, həmçinin Vətən müharibəsi zamanı işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında hərbi qulluqçuların göstərdikləri qəhrəmanlıq nümunələrindən bəhs edilir. Hərbi qulluqçularla keçirilən tərbiyəvi iş və siyasi məlumatlandırma saatlarında, eləcə də asudə vaxtlarda maarifləndirici söhbətlər, ətraflı fikir mübadiləsi aparılır, onları maraqlandıran suallar cavablandırılır və xidmətləri ilə bağlı lazımi tövsiyələr verilir.




19-11-2022, 16:21
Oğuzda meşədə parçalanmış kişi meyiti tapılıb


Oğuzda meşədə parçalanmış kişi meyiti tapılıb

Oğuzda meşədə parçalanmış kişi meyiti tapılıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən xəbərə görə, bu gün gecə saatlarında Oğuz rayonunun Tayıflı kəndindəki meşəlik ərazidə meyit aşkarlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub. Dərhal polis və prokurorluq əməkdaşları tərəfindən meyitə baxış keçirilib, ölən şəxsin 62 yaşlı Əbülfət Ağayev olduğu məlum olub. İlkin araşdırma zamanı onun üzərində zorakılıq əlaməti aşkarlanmasa da, vəhşi heyvanlar tərəfindən meyitin parçalanması müəyyən edilib. Qeyd edək ki, tək yaşayan Ə.Ağayev ruhi-əsəb xəstəsi olub və bir neçə gün öncə itkin düşüb. Onun itkin düşməsi barədə polis şöbəsinə müraciət daxil olmayıb.
19-11-2022, 16:17
Azərbaycan ən çox bu ölkəyə məhsul göndərib


Azərbaycan ən çox bu ölkəyə məhsul göndərib

Yanvar-oktyabr aylarında Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələri arasında ən çox İtaliyaya məhsul ixrac edib. Dövlət Gömrük Komitəsindən bildirilib ki, Azərbaycanın on ayda ən çox məhsul ixrac etdiyi Aİ-yə üzv ölkələr İtaliya, Yunanıstan və Xorvatiya olub. İtaliyaya ixrac olunan məhsulların dəyəri 17 milyard 95,2 milyon ABŞ dolları, Yunanıstana 1 milyard 356,1 milyon dollar, Xorvatiyaya isə 952,3 milyon dollar təşkil edib.
19-11-2022, 16:14
Xaçınçaya 200 min balıq körpəsi buraxıldı


Xaçınçaya 200 min balıq körpəsi buraxıldı

Qarabağ və Şərqi Zəngəzur ərazisində biomüxtəlifliyin qorunması, su hövzələrinin zənginləşdirilməsi, balıq populyasiyasının artırılması məqsədilə növbəti balıq buraxılışı Ağdam rayonu ərazisində keçirilib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə Ağdam rayonunda yerləşən Xaçınçay su anbarına çəkikimilərdən 200 000 ədəd balıq körpəsi buraxılıb. “Bu il işğaldan azad olunmuş ərazilərdəki təbii su hövzələrinə ümumilikdə 600 000-dən çox çəkikimi, 8000 qızılxallı forel körpəsi buraxılıb”, - deyə Firuddin Əliyev qeyd edib. Xidmət rəisi balıq körpələrinin su hövzələrinə buraxılması aksiyalarında bütün balıq yetişdirən müəssisələri yaxından iştirak etməyə, ölkədə balıq ehtiyatlarının artırılmasına dəstək verməyə, vətəndaşları isə balıq ehtiyatlarının artımının qarşısını alan hərkətlərdən, əsasən də qanunsuz balıq ovundan çəkinməyə çağırıb.
18-11-2022, 20:37
Ordumuzun mövqeləri atəşə tutuldu


Ordumuzun mövqeləri atəşə tutuldu

Noyabrın 18-i saat 12:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu və Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa, saat 17:10-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atəşə tutulub. Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!