Ermənistan bu halda Azərbaycanla yeni müharibəyə başlaya bilər - Nazir .....                        İmişlidə Novruzun rəngi, ruhu və sənət nəfəsi – möhtəşəm bayram tədbiri. .....                        Küçədə namaz qadağan edildi .....                        “Bəsic”in kəşfiyyat rəisi öldürüldü .....                        Xırdalanda qəza - Motosiklet sürücüsü öldü .....                        İsrail ilk dəfə Xəzərdəki İran gəmilərinə hücum edib - TƏSDİQLƏNDİ .....                        ABŞ-nin Azərbaycandakı səfirliyi müvəqqəti bağlanır .....                        Nazirin müavinlərinin sayı artırıldı .....                        Zaur Əliyev vəzifəsini itirdi .....                       
25-02-2025, 15:50
Qar yağdı, qiymətlər artdı


Qar yağdı, qiymətlər artdı

Son günlər ölkə ərazisində müşahidə olunan şaxtalı və qarlı hava şəraiti bazarlarda bəzi məhsulların qiymətinə təsirsiz ötüşməyib.
Xüsusilə meyvə-tərəvəz və süd məhsullarında qiymət artımı müşahidə edilir.
Satıcıların sözlərinə görə, şaxtalı hava səbəbindən məhsulların daşınması çətinləşib, bəzi kənd yollarında hərəkət məhdudlaşdığından təchizat gecikir.
Bakı bazarlarında satıcılar bildirirlər ki, məhsulların bir hissəsi şəhərətrafı ərazilərdən, digərləri isə bölgələrdən gətirilir. Ancaq son günlər yolların buz bağlaması və nəqliyyatın hərəkətinin məhdudlaşması səbəbindən təchizatda problemlər yaranıb. Bu da qiymət artımına gətirib çıxarıb.
Xüsusilə kartof, soğan, pomidor və göyərti kimi məhsulların qiymətində bahalaşma hiss olunur.
Məsələ ilə bağlı saytımıza açıqlamasında iqtisadçı ekspert Emin Qəribli də bildirib ki, qarlı havanın davam etməsi bəzi meyvələrin bazarlara gətirilməsində problemlər yaradıb.
"Bu da müvəqqəti qiymətlərin artmasına gətirib çıxarır. Lakin, burada bəzi işbazların da vəziyyətdən sui-istifadə etməsinə səbəb ola bilər. Alıcılar bilməlidir ki, qiymət artımı müvəqqətidir", - o deyib.
Alıcılar bahalaşmadan narazılıq edirlər. Onların sözlərinə görə, hava şəraitinin müvəqqəti olduğunu nəzərə alsaq, qiymətlərin süni şəkildə artırılmasının qarşısı alınmalıdır.
25-02-2025, 14:42
Azərbaycanda su tarifləri xərcləri tam qarşılamır - AÇIQLAMA


Azərbaycanda su tarifləri xərcləri tam qarşılamır - AÇIQLAMA

Gələcəkdə Azərbaycanda suyun istifadəsi ilə bağlı fərqli tarif modellərinin tətbiqi istisna edilmir.
Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədrinin müşaviri Aydın Abbasov jurnalistlərə açıqlamasında bildirib.
"Hazırda Azərbaycanda su tarifləri Xidmətin faktiki xərclərini tam qarşılamır. Bu da su təchizatı sahəsində sürətli inkişafı çətinləşdirir. Bu səbəbdən tarif sisteminin diferensiallaşdırılması məsələsi gündəmə gələ bilər", - A.Abbasov qeyd edib.
Onun sözlərinə görə, hazırda bu istiqamətdə konkret təkliflər hələ ki, müzakirə olunmur.
25-02-2025, 14:33
Çökən yolla bağlı açıqlama: "Təbii qəza hesab olunur"


Çökən yolla bağlı daha bir açıqlama: "Təbii qəza hesab olunur"

Ötən gün Bakının Nizami rayonunda yolun bir hissəsi çöküb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) bildirib ki, hadisəyə səbəb prospektin altından keçən su borusunda qəzanın baş verməsi olub.
Açıqlamada deyilir ki, Heydər Əliyev prospektinin "Koroğlu" metro stansiyası istiqamətində olan əsas yol üzrə hərəkət müvəqqəti məhdudlaşdırılaraq köməkçi yola yönləndirilib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu da məsələyə münasibət bildirib.
Ceyhun Musaoğlu qeyd edib ki, su borusunda baş verən qəzanın dəqiq səbəbini müəyyənləşdirmək çətindir.
O deyib ki, su borusuna kənar müdaxilə qeydə alınmayıb və bu, təbii qəza hesab olunur: "Bu, müxtəlif amillərlə bağlı ola bilər. Havaların şaxtalı keçməsi və temperatur dəyişiklikləri boruya təsir edir. Ümumilikdə Bakıda və regionlarda bu kimi qəzalar baş verə bilər və onlar operativ şəkildə aradan qaldırılır".
C. Musaoğlu qeyd edib ki, Heydər Əliyev prospektində yeraltı su borusunda baş verən qəza aradan qaldırılıb: “Hazırda həmin ərazidə asfaltlama işləri yekunlaşmaq üzrədir və fasilə yaranan ərazilərə suyun verilməsinə başlanılıb".
25-02-2025, 14:09
Əfv Komissiyasının növbəti iclasının vaxtı məlum oldu


Əfv Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub.
Bu barədə Komissiyanın üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev məlumat verib.
O bildirib ki, iclasın fevralın 27-də keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, indiyədək Azərbaycanda 70 əfv sərəncamı və 12 amnistiya aktı imzalanıb. Bu humanist addımlar nəticəsində minlərlə şəxs azadlığa qovuşub.
Sonuncu əfv sərəncamı isə ötən ilin may ayında imzalanıb. Sərəcamla 154 nəfər əfv edilib, onlardan 63-ü cəzasının çəkilməmiş hissəsindən azad edilib, 52 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
71-ci əfv sərəncamının neçə nəfəri əhatə edəcəyi hələlik məlum deyil.
25-02-2025, 13:21
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Lakin axşam bəzi yerlərdə sulu qar yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 1-3° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 65-75 % olacaq.
Gecə və səhər bəzi yollar buz bağlayacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 3-7° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 18-23° şaxta, gündüz 3-8° şaxta olacaq.
Yolların buz bağlaması davam edəcək.
25-02-2025, 13:11
Dəniz Limanı "Dəmir Yolları"na birləşdirildi - FƏRMAN


Dəniz Limanı "Dəmir Yolları"na birləşdirildi - FƏRMAN

Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili haqqında Fərman imzalayıb.
Fərmana əsasən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə birləşdirilib. Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:

Prezidentə:

- Cəmiyyətin yenidən təşkili və ləğvi;

- Cəmiyyətin icra orqanının rəhbərinin və üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi.

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinə (AZCON−a):

- Mülki Məcəlləyə uyğun olaraq ali idarəetmə orqanının müstəsna səlahiyyətinə aid edilmiş məsələlərin dövlət başçısı ilə razılaşdırmaqla həyata keçirilməsi;

- Normativ hüquqi aktlar, eləcə də Cəmiyyətin nizamnaməsi ilə ümumi yığıncağa həvalə edilən digər səlahiyyətlərin həyata keçirilməsi.

Limanın Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələri və yerli normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqları və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir.
Nazirlər Kabineti normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etməli, fərmandan irəli gələn digər məsələləri həll etməli, AZCON isə Cəmiyyətin yeni nizamnaməsini və strukturunu üç ay müddətində dövlət başçısı ilə razılaşdırmaqla təsdiq etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
25-02-2025, 13:00
Pakistanın Baş naziri Bakıdan getdi


Pakistanın Baş naziri Bakıdan getdi

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan Respublikasına dövlət səfəri fevralın 25-də başa çatıb.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər yola saldılar.
24-02-2025, 19:09
İkinci kurs tələbəsi vəfat etdi


İkinci kurs tələbəsi vəfat etdi

Azərbaycan Texnologiya Universitetinin tələbəsi vəfat edib.
Bu haqda universitetin sosial şəbəkə hesablarında paylaşım edilib.
Bildirilib ki, universitetin logistika və nəqliyyat texnologiyaları mühəndisliyi ixtisasının ll kurs tələbəsi Əliyev Elcan Elçin oğlu dünyasını dəyişib.
24-02-2025, 18:36
"Gülüstan" sarayında dövlət ziyafəti verilir


"Gülüstan" sarayında dövlət ziyafəti verilir

Bu dəqiqələrdə Bakıda, “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin adından Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin şərəfinə dövlət ziyafəti verilir.
Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
24-02-2025, 17:52
Bakıda Azərbaycan-Pakistan biznes forumu - Liderlər çıxış ediblər


Bakıda Azərbaycan-Pakistan biznes forumu - Liderlər çıxış ediblər

Fevralın 24-də Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif biznes-forumda çıxış ediblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!