Bakının mərkəzində ağac avtobusun üstünə aşdı .....                        "Fənərbaxça" "Beşiktaş"ı məğlub etdi .....                        Meral Akşenerin yerinə o seçildi .....                        Hakan Fidan yunan həmkarı ilə görüşdü .....                        Cəsədi 7 gün sonra tapılan İbrahimin fotosu yayıldı .....                        “Mülki əhali demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir” - Hikmət Hacıyev .....                        Daha bir cüdoçumuz Avropa çempionu oldu .....                        Eldar MƏMMƏDBƏYLİNIN poetik dünyası .....                        Bakı metrosunda sərnişin öldü .....                       
25-10-2022, 20:04
“Azərbaycanın müdafiə ehtiyaclarını qarşılaya bilirik” - Hulusi Akar


“Azərbaycanın müdafiə ehtiyaclarını qarşılaya bilirik” - Hulusi Akar

"Bu gün Türkiyə olaraq Azərbaycan, Liviya və Şimali Kipr Türk Respublikası kimi dost və müttəfiq ölkələrin müdafiə ehtiyaclarını qarşılaya bilirik". Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar “SAHA EXPO 2022" müdafiə, aerokosmik və kosmik sənaye sərgisinin açılış mərasimində çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Türkiyənin region və dünyada təhlükəsizliyi təmin edən ölkəyə çevrilməsinin əsas səbəblərindən biri milli müdafiə sənayesini inkişaf etdirməsidir:"Ölkəmiz bu sahədə bir çox ilkə imza atıb. Artıq öz silahlarımızı, pilotsuz uçuş aparatlarımızı, helikopter, raket və gəmilərimizi istehsal edən ölkəyik. Ən qısa zamanda öz milli qırıcımız və tankımızı da istehsal edəcəyik". Qeyd edək ki, oktyabrın 25-də İstanbul şəhərində 876 şirkət və 24 universitetin iştirakı ilə "SAHA EXPO 2022" müdafiə, aerokosmik və kosmik sənaye sərgisi öz işinə başlayıb. Azərbaycanın qonaq qismində milli stendi ilə qatıldığı tədbirdə ölkəni müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə sənayesi naziri Mədət Quliyevin rəhbərliyi altında nümayəndə heyəti təmsil edir.
25-10-2022, 19:15
Prezident bu qanunu təsdiqlədi


Prezident bu qanunu təsdiqlədi

“Ekstradisiya haqqında” Avropa Konvensiyasına 2012-ci il sentyabrın 20-də Vyana şəhərində imzalanmış Dördüncü Əlavə Protokol Azərbaycan Respublikasının müvafiq bəyanatları və qeyd-şərtləri ilə təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı qanunu təsdiq edib. Qanuna əsasən, qeyd olunan əlavə Protokol “Ekstradisiya haqqında” Avropa Konvensiyasının bir sıra müddəalarının müasirləşdirilməsi və onların tamamlanması məqsədilə hazırlanıb. Bu protokola Konvensiyanın 10-cu (müddətin keçməsi), 12-ci (sorğu və əlavə sənədlər), 14-cü (konkretlik qaydası), 21-ci (tranzit) maddələri yeni redaksiyada verilir. 15-ci (üçüncü dövlətə verilmə) maddəyə isə yeni bənd əlavə olunur. Bundan başqa, Konvensiyaya kommunikasiya kanalları və vasitələri, habelə dostcasına həlledilmə adlı yeni müddəaların əlavə olunması nəzərdə tutulur. Dördüncü Əlavə Protokolun müddəaları münaqişənin nəticələri tamamilə aradan qaldırılana və Ermənistan Respublikası ilə münasibətlər normallaşana qədər Azərbaycan tərəfindən Ermənistana münasibətdə tətbiq edilməyəcək.
25-10-2022, 19:11
Yeni avtobus marşrutu açılır - Gediş haqqı 60 qəpik


Yeni avtobus marşrutu açılır - Gediş haqqı 60 qəpik

27 oktyabrdan yeni E1 ekspres marşrut xətti fəaliyyətə başlayacaq. Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, yeni təşkil edilən xətt üzrə avtobuslar metronun “Xalqlar Dostluğu” stansiyasından başlayaraq Qara Qarayev prospekti - “Koroğlu” metro stansiyası - Heydər Əliyev prospekti - Yusif Səfərov küçəsi - Neftçilər prospekti – “Azneft” dairəsi - Bibiheybət -Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində hərəkət edəcək. Marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC-nin istismarında olan avtobuslarla icra ediləcək. İlkin mərhələdə daşımalara 10 ədəd avtobus cəlb ediləcək. Xətt üzrə avtobuslar səhər saat 06:30-dan axşam saat 18:30-dək fəaliyyət göstərəcək. Gediş haqqı 0.60 AZN olacaq. Avtobuslar hərəkət sxemi üzrə bütün dayanacaq məntəqələri üzrə deyil, yalnız əvvəlcədən müəyyən edilmiş sərnişin təlabatı daha çox olan məntəqələrdə dayanacaq. E1 xəttinin fəaliyyətə başlaması ilə vətəndaşların rahat, əlavə ödəniş etmədən metronun “Xalqlar Dostluğu” stansiyasından Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində rahat və birbaşa ictimai nəqliyyatla sürətli gediş-gəlişi təmin ediləcək. Bu da öz növbəsində vətəndaşların metronun qeyd olunan istiqamətdə qanunsuz sərnişindaşıma vasitələrindən, eləcə də fərdi avtmobillərdən istifadəsini azaldacaq. Əhalinin ümumi istifadədə olan nəqliyyatdan istifadəsinin stimullaşdırılması isə xüsusilə şəhərin mərkəzində şəxsi avtomobil ilə hərəkətin azaldılmasına müsbət təsir edəcək.
25-10-2022, 18:35
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Oktyabrın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, gün ərzində bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-15° isti, gündüz 17-19° isti, Bakıda gecə 13-15° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75% təşkil edəcək. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi şimal və şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.
25-10-2022, 18:05
XİN Ermənistana təzyiq göstərməyə çağırdı


XİN Ermənistana təzyiq göstərməyə çağırdı

Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 4-cü bəndinə zidd şəkildə Azərbaycan ərazilərində qanunsuz hərbi fəaliyyəti davam etdirərək, qüvvələrini Azərbaycan ərazisindən tam çıxartmamaqla yanaşı, Azərbaycan ərazilərində külli miqdarda piyada əleyhinə minalar yerləşdirməkdə davam edir və bu yalnız keçmiş təmas xətti boyunca deyil, digər ərazilərdə də insanların minaya düşməsi hallarının artmasına səbəb olur. Bu barədə Azərbaycan XİN-dən bildirilib."Ümumilikdə son 30 il ərzində Azərbaycanda mina qurbanlarının sayı 3345 nəfər təşkil etməklə, 2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 266 vətəndaşımız mina partlayışından zərər çəkib, onlardan 3 nəfər jurnalist daxil 45 nəfər həlak olub. Həlak olan 45 nəfərdən 35 nəfər mülki şəxsdir. Son 30 il ərzində minalardan zərər çəkənlərin isə 38 nəfəri qadın və 357 nəfəri uşaqdır", - deyə rəsmi məlumatda qeyd olunub.
25-10-2022, 00:16
Qubadlının azadlığının ikinci ili


Qubadlının azadlığının ikinci ili

Bu gün - oktyabrın 25-i Qubadlının Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin ikinci ildönümüdür. Butov.az xatırladır ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin işğalına son qoyulub. Azərbaycan Silahlı Qüvvələri uğurlu əməliyyatları davam etdirərək, Vətən müharibəsinin 27-ci günü - oktyabrın 23-də Qubadlı ərazisinə daxil olub, rayonun yaşayış məntəqələrini erməni işğalçılarından təmizləməyə başlayıb. Həmin gün Qubadlı rayonunun ilk yaşayış məntəqələri - Zilanlı, Kürd Mahruzlu, Muğanlı və Alaqurşaq kəndləri işğaldan azad edilib. Oktyabrın 25-də - Vətən müharibəsinin 29-cu günündə Azərbaycan Ordusu Qubadlı şəhərini və Qubadlı rayonunun daha bir neçə kəndini işğaldan qurtarıb. Qubadlı şəhərinin işğaldan azad olunduğunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı oktyabrın 25-də özünün “Twitter” hesabından elan edib. Oktyabrın 26-da isə dövlət başçısı xalqa müraciətində bir aya yaxın davam edən Vətən müharibəsində düşmənin məhv edilmiş və qənimət götürülmüş silah və texnikasını açıqlayıb, eyni zamanda Azərbaycan Ordusunun oktyabrın 25-də Qubadlı şəhəri ilə yanaşı, rayonun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan, Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu və Çələbilər kəndlərinin işğalına son qoyulduğunu bəyan edib.
25-10-2022, 00:13
Bakıda qadın qatarın altında qalıb öldü


Bakıda qadın qatarın altında qalıb öldü

Bakıda qadın dəmiryol qatarının altında qalaraq ölüb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda dəmir yolu xəttində qadın meyitinin qatarın altında qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində meyit vaqonun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
25-10-2022, 00:08
Cüdoçularımız Avropada 8 medal qazandı


Cüdoçularımız Avropada 8 medal qazandı

22-23 oktyabrda Sloveniyanın Slovenc Qradek şəhərində sayca 46-cı Açıq Koroska 2022 turniri keçirilib. Butov.az xəbər verir ki, U-15 və U-18 yeniyetmələr arasında keçirilən beynəlxalq yarışda 22 ölkədən 602 idmançı medallar uğrunda mübarizə aparıb. Yarışın ümumi nəticəsinə görə, cüdoçularımız 4 qızıl, 3 gümüş və 1 bürünc medal qazanaraq qızlar arasında birinci, ümumi komanda hesabında isə ikinci yerdə qərarlaşıb. Qeyd edək ki, idmançılarımız 24-26 oktyabr tarixlərində Sloveniyada təşkil olunacaq təlim-məşq prosesinə qatılacaqlar. Medalçıların siyahısını təqdim edirik:
U-15
-48 kq.
Nuranə Hacızadə gümüş medal
-52 kq.
Vüsalə Hacıyeva qızıl medal
Aytən Verdiyeva gümüş medal
Aysun Məmmədova bürünc medal
U-18
-40 kq.
Məryəm Bayramzadə qızıl medal
-52 kq.
Aytən Verdiyeva qızıl medal
Vüsalə Hacıyeva gümüş medal
-57 kq.
Fidan Qasımova qızıl medal.
24-10-2022, 23:56
Naxçıvanda əsgərimiz həlak olub


Naxçıvanda əsgərimiz həlak olub

Azərbaycan Ordusunun hərbi qulluqçusu dünyasını dəyişib. Bu barədə Hərbi Prokurorluqdan məlumat verilib. Bildirilib ki, oktyabrın 24-ü saat 11 radələrində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər 1999-cu il təvəllüdlü Kazımov Mayıl Ramiq oğlunun ona təhkim edilmiş avtomat silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə bağlı Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunda araşdırma aparılır.
24-10-2022, 18:55
“Narkomaniya və zərərli vərdişlərə yox"...

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyi, “Narkomaniya və zərərli vərdişlərə qarşı mübarizəyə dair maarifləndirmə tədbirləri” layihəsinin icrasına başlayır.Layihə çərçivəsində Bakı şəhəri və Abşeron rayonunda,müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə vətəndaşlar arasında 6 maarifləndirmə tədbirinin keçirilməsi nəzərdə tutulmuşdur.Noyabr ayında yekunlaşacaq tədbirlərdə iştirakçılara narkomaniya və zərərli vərdişlərin insan sağlamlığına və cəmiyyətə vurduğu ziyanlar, qəbul edilən dövlət proqramları və bu istiqamətdə görülən işlər barədə məlumatlar veriləcək, hazırlanmış buklet və kitabçalar paylanacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!