Bakının mərkəzində ağac avtobusun üstünə aşdı .....                        "Fənərbaxça" "Beşiktaş"ı məğlub etdi .....                        Meral Akşenerin yerinə o seçildi .....                        Hakan Fidan yunan həmkarı ilə görüşdü .....                        Cəsədi 7 gün sonra tapılan İbrahimin fotosu yayıldı .....                        “Mülki əhali demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir” - Hikmət Hacıyev .....                        Daha bir cüdoçumuz Avropa çempionu oldu .....                        Eldar MƏMMƏDBƏYLİNIN poetik dünyası .....                        Bakı metrosunda sərnişin öldü .....                       
27-10-2022, 17:55
Sərhəddə əməliyyat - Atəş açıldı


Sərhəddə əməliyyat - Atəş açıldı

Oktyabr ayının 25-də saat 20:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Cəfərli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin dövlət sərhədi yaxınlığında mühəndis çəpərinə yaxınlaşması müşahidə edilib, “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq, sərhəd pozucuları əmrə tabe olmayaraq hava şəraitinin qaranlıq və relyefin mürəkkəbliyindən istifadə edərək geriyə qaçıblar. Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhədboyu ərazidə gizlədilmiş 1 ədəd bağlama içərisində təxmini çəkisi 17 kiloqram narkotik vasitəyə bənzər maddələr (10 kq “marixuana”, 2 kq 100 qram “tiryək” və 4 kq 900 qram qablaşdırmada 7790 ədəd “metadon-40” həbləri) aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

27-10-2022, 17:49
Cümə gününün hava proqnozu


Cümə gününün hava proqnozu

Oktyabrın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-15° isti, gündüz 17-19° isti olacaq. Bakıda gecə 13-15° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 18-22° isti, dağlarda gecə 0-4° isti, gündüz 5-8° isti olacaq.
27-10-2022, 17:24
"Xocasən" stansiyası açılışa tam hazırdır


"Xocasən" stansiyası açılışa tam hazırdır

Bakı metropoliteninin "Xocasən" stansiyası və "Xocasən" elektrik deposunda tikinti-quraşdırma işləri tam başa çatıb. Bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İdarə heyəti sədrinin müavini Hidayət Məmmədov deyib. Qurum rəsmisi bildirib ki, hazırda stansiyada sınaq işləri aparılır:"Stansiyanın ilin sonuna kimi istifadəyə verilməsi gündəmdədir. Artıq stansiya və elektrik deposunda işlər yekunlaşıb və sınaq-sazlama işləri aparılır, qatarların hərəkətinin təşkili son mərhələdədir. İşlər tam başa çatdırılandan sonra stansiya sərnişinlərin istifadəsinə veriləcək".
27-10-2022, 17:19
Cəbrayılda xeyli silah-sursat aşkarlandı


Cəbrayılda xeyli silah-sursat aşkarlandı

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir. DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbirlər zamanı silah-sursat aşkar ediblər. Tapılan 10 ədəd qumbara, 6 ədəd tank əleyhinə qurğu, 7800 ədəd patron və digər sursatlar aidiyyəti üzrə təhvil verilib.


27-10-2022, 17:17
Bakı metrosu 55 yaşında - "Gənclik"də sərgi


Bakı metrosu 55 yaşında - "Gənclik"də sərgi

Bakı metropoliteninin "Gənclik” stansiyasının keçidlərində qurumun 55 illik tarixinə həsr olunmuş sərgi açılıb. Paytaxtın bu ictimai nəqliyyat növünün sərnişindaşıma xidmətinin və metro inşaatının tarixini əks etdirən məqamları sərginin 92 stendində xronoloji ardıcıllıqla 117 nadir fotoşəkillərlə təqdim olunub. Hər stenddə onillik üzrə təqdim olunan metropolitenin tarixi təsvirində izləyicilərə müfəssəl məlumat almaq imkanı yaradılıb. Sərginin açılışında iştirak edən “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov bildirib ki,55 ilin sınağından uğurla çıxmış metropolitenə yüksək etimad göstərilməsində və ən çox tələbatın olmasında əsas həlledici amilin ictimai nəqliyyatın bu növünün təkcə sürətli olması ilə deyil, həm də meqapolislərə xas olan tıxac problemlərindən qurtulmanın ən əlverişli bir üsulu olması ilə bağlı olduğunu qeyd edib. "1960-70-ci illərdə metropolitenin artıq bu şəhərin rəmzlərindən birinə çevrilməsi də bu fikirlərin bariz nümunəsidir. O, metronun paytaxtın zəngin memarlıq nümunəsi kimi diqqəti çəkməsinin də bu deyilənlərlə bağlı olduğunu əlavə edib. H.Məmmədov edib ki, ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində bu sərgi dahi şəxsiyyəti ölçüyəgəlməz rəhbər kimi bir daha ictimaiyyətə yaxından tanıtdıracaq. Çünki Bakı metrosu Sovetlər dönəmindəki qısqanc münasibətlərə məhz Onun timsalında sinə gərə bilib, böyüyüb və bu gün şəhərin nəqliyyat nəfəsliyinə çevrilib", - sədr müavini bildirib.


26-10-2022, 17:43
Paşinyan ilin sonuna kimi sülh müqaviləsi imzalamaq istəyir


Paşinyan ilin sonuna kimi sülh müqaviləsi imzalamaq istəyir

Rusiya və Azərbaycan liderləri ilə qarşıdakı görüşdə fəal müzakirə edilməli olan çoxlu məsələlər var. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, Ermənistan bu ilin sonuna kimi Azərbaycan ilə sülh müqaviləsini imzalamaq istəyir. Paşinyan Azərbaycan ilə sülh müqaviləsi imzalanmadan əvvəl sərhəddə delimitasiya prosesinin tamamlanmasina ümid etdiyini də söyləyib."Arzu edirəm ki, ilin sonuna qədər sülh sazişi imzalansın. Bu nə dərəcədə realdır, deyə bilmərəm. Amma biz bunu reallaşdırmaq üçün əlimizdən gələni edəcəyik". O qeyd edib ki, mühüm bir hal var və saziş imzalanana qədər Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə işlər yekunlaşdırılmalıdır. “Nəzərə alsaq ki, Praqada bu prosesin 1991-ci il sərhədləri əsasında aparılacağına dair razılıq əldə olunub, o zaman bu, reallıq ola bilər". Baş nazir deyib ki, Azərbaycanla Qarabağ erməniləri arasında dialoq başlanmalıdır ki, bu da beynəlxalq səviyyədə görünsün: "Bu, Dağlıq Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin qorunması üçün çox vacib haldır, görünən mexanizmlər olmalıdır”, - Paşinyan bildirib. Onun sözlərinə görə, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) ölkənin ərazi bütövlüyünün bərpası ilə bağlı "yol xəritəsi"nin qəbulunu gözləyir. "Yaxın vaxtlarda hesabatın müzakirəsi üçün KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edəcəyik. Ümid edirəm ki, görüş ən qısa zamanda baş tutacaq". Paşinyanın sözlərinə görə, Ermənistan "KTMT-nin aydın siyasi qiymət verəcəyini və Ermənistanın ərazi bütövlüyünün bərpası ilə bağlı "yol xəritəsi"ni qəbul edəcəyini" gözləyir.
26-10-2022, 17:40
Paşinyan üçtərəfli görüşə razılıq verdi


Paşinyan üçtərəfli görüşə razılıq verdi

Ermənistanın baş naziri Nikol Paşinyan Soçidə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya dövlət başçısı Vladimir Putinlə oktyabrın 31-də keçirilməsi planlaşdırılan üçtərəfli görüşə qatılacağını bildirib. Paşinyan bu barədə "hökumət saatı”nda danışıb. “Rusiya Prezidenti Soçidə üçtərəfli görüş keçirməyi təklif etdi. Mən iştirakımı təsdiqlədim”, - Paşinyan deyib. Xatırladaq ki, oktyabrın 31-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü gözlənilir.
26-10-2022, 17:38
Su kəmərindəki partlayışa görə sığorta ödənişi veriləcək


Su kəmərindəki partlayışa görə sığorta ödənişi veriləcək

Bu gün Bakı şəhərinin Yasamal rayonu Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində baş vermiş qəza səbəbilə meydana gələn su fontanının ətrafa vurduğu zərər sığorta hadisəsi hesab edilir. Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) bildirib. Assosiasiya qeyd edir ki, “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə sığortalanmış sığortalılar məlum hadisə nəticəsində qeyd edilən sığorta növü üzrə sığortalanmış daşınmaz əmlakları hər hansı zərər görübsə, bununla əlaqədar olaraq öz sığorta şirkətlərinə müraciət edə bilərlər. Bildirilib ki, məlum hadisənin baş verdiyi Bakı şəhəri üçün Daşınmaz əmlak sığortası tarifi 50 manat, təminat məbləği isə 25 min manata qədərdir:“Adı çəkilən sığorta növü 2011-ci ildə qəbul edilmiş “İcbari sığortalar haqqında”Qanunu ilə tənzimlənir. Qanuna əsasən, hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası icbaridir". Qeyd edək ki, daşınmaz əmlakın icbari sığortası növü yanğın və ya ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, eyni zamanda qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitələrinin dəyməsi, təbii fəlakətlər – zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan və yer sürüşməsi kimi hadisələrə təminat verir.
26-10-2022, 17:36
Ev telefonlarının aylıq abunə haqqı artırıldı


Ev telefonlarının aylıq abunə haqqı artırıldı

Azərbaycanda sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqının əhali üçün 2,5 manatdan 3,5 manata (ƏDV daxil olmaqla) çatdırılıb, şəhərlərarası telefon danışıqları üzrə tarif isə 5 qəpikdən 3 qəpiyə endirilib. Bununla bağlı qərar Tarif Şurasının bu gün keçirilmiş növbəti iclasında qəbul edilib. Məlumata görə, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təklifləri qəbul edilib. Qərar noyabrın 1-dən qüvvəyə minəcək.
26-10-2022, 17:34
Azərbaycanda İCESCO-nun Regional Ofisi yaradılır


Azərbaycanda İCESCO-nun Regional Ofisi yaradılır

Azərbaycanda İCESCO-nun Regional Ofisi yaradılacaq. Bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – İCESCO arasında İCESCO-nun Regional Ofisinin yerləşməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanunu təsdiqləyib. Qeyd edək ki, Saziş 2022-ci ilin mayın 20-də Bakı şəhərində imzalanıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!