Vaşinqtonda Azərbaycanın dövlət rəhbərliyinə qarşı təxribatın qarşısı alınıb .....                        Gəncədə 38 yaşlı kişini BIÇAQLADILAR .....                        "Fənərbağça" İngiltərə klubuna uduzub - YENİLƏNİB .....                        UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçildi .....                        Sülh Netanyahunun dəstəyi ilə mümkün olub .....                        Şəkidə dağlıq ərazidə baş verən yanğın söndürüldü - YENİLƏNİB .....                        Bu şəxslərin hərbi xidmət QAYDASI DƏYİŞƏCƏK .....                        Tokayev Tramp adına sülh mükafatı təklif edib .....                        Vaşinqtonda Sülh Şurasının ilk iclası başa çatıb - YENİLƏNİB .....                       
Tarix : 14-03-2025, 16:31
Baş nazir deputatların iradlarına cavab verdi: "Bəziləri ilə razı deyilik"


Baş nazir deputatların iradlarına cavab verdi: "Bəziləri ilə razı deyilik"

Biz başa düşürük ki, gördüyümüz işlər tam deyil. Həyat davam edir, qarşımızda yeni tapşırıqlar və həll olunmayan məsələllər var.
Bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı”nın müzakirəsi zamanı səslənən suallara cavab olaraq bildirib.
“Təbii ki, iş olan yerdə hansısa çatışmazlıqlar var. Bu gün millət vəkilləri tərəfindən söylənilən fikirlərin bəziləri ilə prinsipcə razı deyilik. Bəzilərinin yeri var. Yəqin ki, biz o məsələləri bu və ya digər səbəblərdən vaxtında icra etməməşik. Keçmiş illərdə olduğu kimi bu məsələlər hökümət tərəfindən nəzarətə götürüləcək. Həlli istiqamətində addımlar atılacaq”, - deyə Baş nazir qeyd edib.
“Təbii olaraq ola bilər ki, kabinetlərdə oturaraq bəzi şeyləri biz görmürük. Siz yerlərdə birbaşa seçicilərlə təmasda olaraq bizim görmədiyimiz məsələləri çatdıra bilirsiniz. Biz bunları qəbul edirik.
Burada bir neçə məsələ səsləndi. Təbii olaraq hökumət üzvləri Prezidentin tapşırıqları və qoyulan hədəflərə çatmaq üçün bəzi məsələləri dəfələrlə müzakirə edirlər. Təkliflərin biri oldu ki, tək İqtisadi Şurada və hökumət çərçivəsində yox, daha geniş məşvərət məclisində bu məsələləri iqtisadçı alimlər, təcrübəsi olan şəxslərlə bərabər müzakirə edək. Bu, tam şəkildə tərəfimdən qəbul olunur. Yəqin ki, təkliflər Milli Məclisə çatdırılacaq. Təbii olaraq sizin işiniz də çoxdur, bizdə də vaxt çox deyil”, - Əli Əsədov əlavə edib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!