ABŞ vitse-prezidenti qəzaya düşdü .....                        Rusiyaya hücum etməyəcəyik - Orban .....                        Prezidentin Özbəkistan səfərindən GÖRÜNTÜLƏR .....                        Fransa Azərbaycanla oyunda önə keçdi - YENİLƏNİR .....                        Ağcabədidə ağır qəza - Ölən var .....                        Ermənistan darmadağın edildi .....                        Sumqayıtda avtomobil dərəyə aşdı .....                        Prezident Xəzərin dibi ilə çəkiləcək elektrik kabelindən danışdı .....                        İranın nüvə probleminin hərbi həlli yoxdur - Abbas Əraqçi .....                       
21-10-2024, 21:21
Oğuza dolu düşdü


Oğuza dolu düşdü

Oğuzun bir sıra yaşayış məntəqələrinə dolu yağıb.
Dolu əsasən kənd təsərrüfatına zərər vurub.
Qeyd olunub ki, 30 dəqiqə ərzində yağan aramsız dolu əsasən xurma və alma ağaclarına, eləcə də payızlıq əkinlərə ziyan vurub.
Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.
21-10-2024, 19:55
Bu gün parlamentdə nələr müzakirə edildi?


Bu gün parlamentdə nələr müzakirə edildi?

Oktyabrın 21-də Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının “COP29-a qarşı hibrid təhdidlər” mövzusunda ictimai müzakirəsi keçirilib.
İclasda Milli Məclisin deputatları, beyin (araşdırma) mərkəzlərinin nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri, ekspertlər iştirak ediblər.
Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın sədri Ramid Namazov qeyd edib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi Zəfərimizdən və ötən il suverenliyimizin tam bərpasından sonra bunu həzm edə bilməyən bəzi xarici dairələr dövlətimizə qarşı məkrli planları nəzərdən keçirməyə başlayıblar.



Diqqətə çatdırılıb ki, cari ilin noyabrında ölkəmiz COP29-a, habelə Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyalarına ev sahibliyi edəcək. Dünyada keçirilən ən böyük beynəlxalq və mötəbər konfranslardan biri hesab olunan COP tədbiri yaxınlaşdıqca Azərbaycana qarşı qarayaxma və media kampaniyalarının da sürətlə artdığı müşahidə edilir.



Qeyd olunub ki, bugünkü ictimai müzakirənin əsas məqsədi ölkə ictimaiyyətinin baş verən proseslər barədə məlumatlandırılması, o cümlədən dövlətimizə qarşı aparılan çirkin kampaniyaların haradan, hansı formada və kimlər vasitəsilə təşkil olunduğunu göstərmək, bununla bağlı deputatlar, vətəndaş cəmiyyəti nümayəndələri, ekspertlərlə fikir mübadiləsi aparmaqdır.



Ramid Namazov COP29-la bağlı Azərbaycana qarşı hibrid təhdidin əsasən iki növündən fəal istifadə olunduğunu söyləyib. Deyib ki, birincisi, dezinformasiyalar, o cümlədən media və qarayaxma kampaniyaları, fake-saxta xəbərlər, ikincisi isə “Lawfare” adlı hibrid təhdid növüdür, bu da özündə hüquqi vasitələrdən “silah” kimi istifadəni ehtiva edir. Buraya müxtəlif parlamentlərdə qəbul olunan anti-Azərbaycan qətnamələri, əsassız beynəlxalq məhkəmə iddialarını və sanksiyaları aid etmək olar.



Bildirilib ki, COP29-a ev sahibliyi hüququ 200-ə yaxın ölkə tərəfindən yekdilliklə Azərbaycana veriləndən dərhal sonra əldə etdiyimiz uğurları qəbul etməyən bəzi qüvvələr müxtəlif bəhanələr gətirərək bəzi məsələlərlə bağlı əsassız ittihamlar irəli sürüblər.



Komissiya sədri BMT Nizamnaməsinə əsasən, qurum üzvlərinin beynəlxalq münasibətlərdə istənilən dövlətin ərazi bütövlüyünə (toxunulmazlığı) və ya siyasi müstəqilliyinə qarşı təhdiddən və ya gücdən istifadədən, habelə BMT-nin məqsədləri ilə uzlaşmayan istənilən hərəkətlərdən çəkinməli olduğunu söyləyib. O, Ermənistanın və ona havadarlıq edən bəzi ölkələrin bizə qarşı apardıqları çirkin kampaniyaların beynəlxalq hüquqa zidd olduğunu deyib.



R.Namazov bu günlərdə ABŞ Konqresinin 60 üzvünün dövlət katibinə müraciət edərək Azərbaycana təzyiq göstərməyi tələb etdiyini deyərək, Prezident tərəfindən onların cavablarının tutarlı arqumentlərlə verildiyini, ölkə ictimaiyyətinin və Milli Məclisin də bu təxribata öz münasibətini bildirdiyini diqqətə çatdırıb. O, Niderland parlamentinin Nümayəndələr Palatasının anti-Azərbaycan qətnamələrini ABŞ Konqresinin çağırışına dəstək kimi qiymətləndirib. Habelə AŞPA-da Azərbaycanda insan hüquqları, qanunun aliliyi, demokratiya ilə bağlı vəziyyətə dair keçirilən müzakirələrin, qəbul edilən qətnamələrin heç bir əsasının olmadığını vurğulayıb.



Komissiya sədri deyib ki, ABŞ Konqresi tərəfindən tam maliyyələşən Milli Demokratiya Fondu, habelə “Freedom House”, “Human Rights Watch”, İşgəncələrə qarşı Ümumdünya Təşkilatı, “Amnesty International”, İnsan hüquqları üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatı kimi qurumlar Azərbaycanla bağlı qərəzli və həqiqətə uyğun olmayan məlumatlar yayaraq, ölkəmizə qarşı təşkil etdikləri hibrid təhdidlərlə gizli formada sadə insanların beyinlərinə təsir etməklə öz strateji məqsədlərinə çatmağı hədəfləyirlər.



Bildirilib ki, Azərbaycana qarşı kampaniyanın ayrıca bir istiqaməti isə Ermənistan dövləti, erməni lobbi təşkilatları və erməni əsilli zəngin iş adamları tərəfindən aparılır.



Vurğulanıb ki, irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi ölkəmizin üzərinə böyük məsuliyyət qoyur. Qeyd olunan bütün məkrli niyyətlərə baxmayaraq, bu günə qədər bir çox beynəlxalq tədbirlərə müvəffəqiyyətlə ev sahibliyi etmiş Azərbaycan COP29 konfransını da yüksək səviyyədə keçirəcək.



Sonra çıxış edən deputatlar Gülşən Paşayeva, Sevil Mikayılova, Pərvanə Vəliyeva, Mübariz Qurbanlı, Elman Nəsirov, Nurlan Həsənov, Kamran Bayramov, habelə Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev, Sosial Təhqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov müzakirəyə çıxarılan mövzunun aktuallığını bildiriblər. Bəzi xarici dövlətlərin ölkəmizə qarşı qərəzli mövqeyi, xarici müdaxilələrin qarşısının alınması ilə bağlı mübarizə sahəsində ciddi addımların atılmasının əhəmiyyətindən danışıblar.



Bildirilib ki, ölkəmizə qarşı hibrid təhdidlər, o cümlədən düşmənçilik xarakteri daşıyan məlumatların yayılması, kiberhücumlar, sosial şəbəkələrdə qarayaxma kampaniyaları təhlükəsizlik baxımından böyük önəm daşıyır. Bütün bu mənfi təsirlərin, xüsusilə ölkəmizdə keçiriləcək COP29-la bağlı artan təhdidlərin qarşısının alınması istiqamətində əməli addımların atılmasının vacibliyi vurğulanıb.



İctimai müzakirələrdə iştirak edən UNEC Tədqiqat Fondunun departament rəhbəri Ellada Əliyeva, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə heyətinin sədri Elvin Balacanov, “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov, Azərbaycan Milli QHT Forumu İdarə heyətinin üzvü Zaur İbrahimli çıxışlarında ideoloji təhlükəsizlik məsələlərinin həmişə aktual olduğunu, bu sahədə həmrəyliyin nümayiş etdirilməsinin vacibliyini söyləyiblər. Onlar ölkəmizə qarşı yönəlmiş yersiz təhdidlərin, əsassız dezinformasiyaların qarşısının alınması, bu sahədə kompleks tədbirlərin həyata keçirilməsi ilə bağlı fikirlərini bölüşü, təkliflərini səsləndiriblər.



Sonda R.Namazov ölkəmizin ev sahibliyi ilə keçiriləcək COP29-un Azərbaycanın növbəti uğuru olacağına əminliyini ifadə edib.
21-10-2024, 18:37
General-mayor işdən çıxarıldı


General-mayor işdən çıxarıldı

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının rəisi general-mayor Azər İbrahimov vəzifəsindən azad edilib.
General İbrahimov sərəncama götürülüb.
Akademiyanın rəisi vəzifəsinin icrası general-mayor Faiq Məmmədova həvalə edilib.
21-10-2024, 18:07
Ağadadaş Ağayevin cinayət işi üzrə hakim təyin edildi


Ağadadaş Ağayevin cinayət işi üzrə hakim təyin edildi

Oktyabrın 23-də Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçiləcək.
Binəqədi rayon məhkəməsində keçiriləcək iclasa hakim təyin edilib.
Belə ki, iş üzrə hakim Vüsal Tağıyevdir. Cinayət işi üzrə iki zərərçəkmiş tanınıb, bunlar Nurəddin Cəlilov və Nəzakət Paşayevadır.
Qeyd edək ki, bu ilin iyul ayında Xalq artisti Ağadadaş Ağayevlə "MedEra Hospital"ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N. Paşayevaya dəyərək xəsarət yetirib.
Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb.
Xalq artisti Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham edilir. Qeyd edək ki, bu maddə üzrə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
21-10-2024, 17:47
Pensiyaların ödəniləcəyi tarix açıqlandı


Pensiyaların ödəniləcəyi tarix açıqlandı

Azərbaycanın rayonlarında oktyabrın 20-28-i aralığında pensiyaların ödənilməsi nəzərdə tutulur.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan bildirilib.
Qeyd olunub ki, müvafiq qrafikə əsasən, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiya ödənişləri hər ayın 8-15-i, digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin pensiya ödənişləri isə ayın 20-28-i aralığında nəzərdə tutulub. Sosial ödənişlərin bank kartlarına köçürüləcəyi günlər barədə vətəndaşlara əvvəlcədən məlumat verilir.
21-10-2024, 17:07
Sahibə Qafarova Cahit Bağçını qəbul edib


Sahibə Qafarova Cahit Bağçını qəbul edib

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasının Azərbaycandakı səfiri Cahit Bağçını qəbul edib.
Bu barədə Milli Məclisdən məlumat verilib.
Bildirilib ki, Parlamentin sədri Sahibə Qafarovanı bu vəzifəyə yenidən seçilməsi münasibətilə təbrik edən səfir, ötən dövrdə Milli Məclisin ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsinə mühüm töhfələr verdiyini söyləyib.
Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin "Bir millət, iki dövlət" şüarına əsaslanaraq, uğurla inkişaf etdiyini deyən Milli Məclisin sədri Sahibə Qafarova, ölkələrimizin və xalqlarımızın həm şad, həm də çətin günlərdə hər zaman birlikdə olduğunu vurğulayıb. Spiker qeyd edib ki, ölkə başçılarımızın dostluq və qardaşlıq münasibətləri bizim hər birimiz üçün örnək təşkil edir.
O qeyd edib ki, bu gün Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərinə qısqanclıqla yanaşanlar var. Həmçinin, bəzi dairələr Azərbaycan və Türkiyəyə qarşı təzyiqlər göstərməyə, onların müstəqil, milli maraqlara söykənən siyasətlərinə təsir etməyə cəhd edirlər. Sahibə Qafarova bu cür cəhdlərin heç bir nəticə verməyəcəyini, dövlətlərimizin inkişaf yolunda inamla addımlamağa davam edəcəyini vurğulayıb.
Milli Məclisin sədri, bu vəzifəyə yenidən seçilməsindən sonra onu ilk olaraq, Numan Kurtulmuşun təbrik etdiyini, həmçinin, parlament seçkilərində TBMM-in müşahidə missiyasının ən böyük heyətlə təmsil olunduğunu xatırladaraq, bunları digər sahələrdə olduğu kimi, parlamentlərimiz arasında da əlaqələrin ən yüksək səviyyədə olmasının göstəricisi kimi qiymətləndirib.
Spiker TBMM sədri ilə bir neçə gün öncə keçirdiyi görüşü məmnunluqla xatırlayaraq, görüşdə gündəlikdə duran məsələlər haqqında səmərəli müzakirələrin aparıldığını bildirib. O, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun tam tərkibdə yenidən formalaşdığını bildirərək, qarşıdakı dövrdə də münasibətlərin daha da inkişafı üçün müvafiq səylərin davam etdiriləcəyini vurğulayıb.
Görüşdə Azərbaycan və Türkiyənin bir çox beynəlxalq təşkilatlarda olduğu kimi, Türk Dövlətləri Təşkilatında uğurla əməkdaşlıq etdiyi qeyd olunaraq, parlamentlərimizin də TürkPA çərçivəsində bu istiqamətdə fəaliyyətini davam etdirdiyi bildirilib.
Spiker Sahibə Qafarova Cahit Bağçının Türkiyə Respublikasının Azərbaycandakı səfiri kimi fəaliyyətini təqdir edərək, onun qanunverici orqanla da sıx təmaslar qurduğunu söyləyib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
21-10-2024, 17:03
Alatavada evlərin qanunsuz sökülməsi işləri dayandırıldı


Alatavada evlərin qanunsuz sökülməsi işləri dayandırıldı

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakının Yasamal rayonunun 1-ci Alatava qəsəbəsi, 128B ünvanındaki yaşayış binasının sökülməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış görüntülərə mübasibət bildirib.
Qurumdan verilən məlumatda deyilir ki, bu ilin aprel ayından Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin şəhərsalma nəzarəti qaydasında keçirdiyi monitorinq nəticəsində həmin ərazidə müvafiq icazə sənədləri olmadan söküntü işlərinin aparılması faktı bir neçə dəfə akşar edilib.
Özbaşına fəaliyyətin dayandırılması istiqamətində lazımi tədbirlərin görülməsi üçün aidiyyəti icra hakimiyyəti orqanlarına rəsmi sorğular göndərilib. Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin gördüyü operativ tədbirlər nəticəsində özbaşına söküntü işləri tamamilə dayandırılıb və ərazi ciddi nəzarətə götürülüb.
21-10-2024, 16:58
Şuşanın Baş planı təsdiqləndi


Şuşanın Baş planı təsdiqləndi

Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Baş plan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən hazırlanıb.
21-10-2024, 16:39
COP29-da qeydiyyatdan keçənlərin ilkin sayı açıqlandı


COP29-da qeydiyyatdan keçənlərin ilkin sayı açıqlandı

Bu ilin noyabrında Azərbaycanın ev sahibliyi edəcəyi COP29 konfransına müxtəlif ölkələrdən qatılacaq nümayəndə heyətlərinin qeydiyyat prosesi uğurla davam edir.
Bu barədə COP29 Əməliyyat Şirkətinin məlumatında bildirilib.
Qeyd edilib ki, cari tarixə olan məlumata əsasən, COP29-da iştirak üçün müvafiq qeydiyyat prosesindən keçən iştirakçıların sayı 32 000 nəfəri keçib.
"Beynəlxalq iqlim konfransında iştirakla bağlı qeydiyyat prosesinə bu ilin 24 iyun tarixindən etibarən başlanılıb. Dünyanın müxtəlif ölkələrindən konfransda iştiraka dair göstərilən maraq qeydiyyatdan keçənlərin sayının da günbəgün artımı ilə müşaiyət edilir.
COP tədbirlərinə xas olan əksər deleqasiyaların tədbirə daha yaxın tarixlərdə qeydiyyat üçün müraciət etmə tendensiyası nəzərə alınaraq, davam edən qeydiyyat prosesi ərzində bu rəqəmlərin yaxın həftələrdə daha da artması gözlənilir.
Qeyd edək ki, 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfransı beynəlxalq iqlim siyasətinin formalaşmasında əsas platforma olaraq, dünya miqyasında iqlim dəyişmələrinə qarşı mübarizə məsələlərinin müzakirə mərkəzi olacaq. Dünyanın bir sıra ölkələrindən bu müzakirələrdə iştirak etmək üçün onminlərlə nümayəndənin Bakıda qarşılanması üçün yekun hazırlıq işləri davam etdirilir", - məlumatda vurğulanıb.
21-10-2024, 15:58
Naxçıvanda ilk qar


Naxçıvanda ilk qar

Naxçıvan Muxtar Respublikasına mövsümün ilk qarı yağıb.
Muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən verilən məlumata görə, Şahbuz rayonun Batabat və Kükü, Ordubad rayonunun Nurgüt və Dırnıs istiqamətlərində qar yağıb. Qarlı hava şəraiti davam edir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!