“Arsenal” liderliyini qorudu .....                        Putinin 2026-cı il planları - Ukrayna AÇIQLADI .....                        Qafan Rayon İcmasının növbəti iclası keçirilib .....                        Azərbaycan Brüsellə bir sıra məsələlərdə anlaşıb .....                        İranda xalçaçılıq məhv olur .....                        Paris metrosunda bıçaqlı hücum - Üç qadın yaraladı .....                        Amnistiyaya düşən Dəniz yenidən hakim qarşısında .....                        Kəlbəcər məktəblilərinin ilk qar sevinci - FOTO .....                        Rusiyaya gedən azərbaycanlıların nəzərinə! – Qaydalar dəyişdi .....                       
Tarix : 11-03-2025, 14:58
Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşüb


Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstan Respublikasına rəsmi səfəri çərçivəsində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) baş katibi Kayrat Sarıbay və AQEM-ə üzv dövlətlərin səfirləri ilə görüş keçirib.
Bu barədə XİN-dən məlumat verilib.
Görüşdə Azərbaycanın AQEM-ə sədrliyindən irəli gələn məsələlər və sədrliyin prioritetləri, AQEM çərçivəsində əməkdaşlığın genişləndirilməsi səyləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov ölkəmizin AQEM sədrliyinin əsas prioritetlərindən bəhs edib, bu istiqamətdə xüsusilə, AQEM üzv ölkələrinin yerləşdikləri mühüm coğrafi mövqeni nəzərə alaraq, nəqliyyat və kommunikasiyalar sahələri üzrə əməkdaşlığın inkişaf etdirilməsinin geniş perspektivləri olduğunu qeyd edib.
Sədrliyimizin eyni zamanda AQEM-in institusionallaşması, fəaliyyət imkanlarının genişləndirilməsinə kökləndiyini bildirən nazir Ceyhun Bayramov, bu xüsusda AQEM-in yeni qərargahının Müşavirənin işinin daha da təkmilləşdirilməsi baxımından əhəmiyyətini qeyd edib.
Regionumuzda və dünyamızda baş verən proseslərin AQEM-in bölgədə inklüziv platforma kimi rolu və çəkisini artırdığı diqqətə çatdırılıb, bu istiqamətində sədrliyimiz müddətində göstərilən təşəbbüs və səylərin bütün üzv dövlətlər tərəfindən dəstəklənməsinin və AQEM çərçivəsində fəal iştirakçılığın vacibliyi vurğulanıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!