Onun alimliyi vətəndaşlığından doğan alimlik idi .....                        “Turan yolu-Zəngəzurum” əsərinin təqdimatı olub - FOTO .....                        Ulu Öndər Abşeron Rayonunda anıldı .....                        Ermənistan KTMT-nin tamhüquqlu üzvü olaraq qalır - Zaxarova .....                        Bu şəxslərə də elektron qaydada pensiya təyin olunacaq - Nazirlik .....                        Naxçıvan Dövlət Universiteti barədə yeni qərar .....                        İlham Əliyev fərman imzaladı .....                        Kəlbəcərdə həlak olan hərbçimiz bu rayondandır .....                        Prezident əmək pensiyaları ilə bağlı qanunu təsdiqlədi .....                       
15-10-2022, 21:07
Zelenski əsirlikdən buraxılan azərbaycanlını təltif etdi


Zelenski əsirlikdən buraxılan azərbaycanlını təltif etdi

Ukrayna prezidenti Volodimir Zelenski daha bir azərbaycanlını təltif edib. Butov.az xəbər verir ki, dövlət başçısı bu günlərdə Rusiya əsirliyindən geri dönən Mariupolun müdafiəçilərindən biri - 1999-ci il təvəllüdlü Babayev Rüstəm Arif oğlunu ikinci dərəcəli "İgidliyə görə" ordeninə layiq görüb.

15-10-2022, 21:03
Polis maşınını yandırmaq istədi - Həbs olundu


Polis maşınını yandırmaq istədi - Həbs olundu

Bakıda 22 yaşlı oğlan polis avtomobilinin üzərinə benzin tökərək yandırmaq istəyib. Butov.az xəbər verir ki, hadisə 2 gün öncə Ağ şəhərdə yerləşən hotellərdən birinin qarşısında baş verib. Belə ki, “Saipa” markalı avtomobilin sürücüsü yolda "ziqzaqvari" hərəkətləri dəfələrlə təkrar edərək sonda əl əyləcindən istifadə edib maşını yolun hərəkət hissəsinin qarşısında saxlayıb. İttihama görə, ərazidə xidmət aparan yol patrul xidmətinin əməkdaşları bunu sürücüyə irad tutub və avtomobilin duracağa aparılacağını bildirib. Lakin avtomobildə olan sürücünün dostu Famil Alxasov (şərti) buna etiraz edərək polislərlə mübahisə etməyə başlayıb. Polis əməkdaşları onu sakitləşdirmək istədikdə o, maşından benzin götürüb. Benzini onların və xidməti polis avtomobilinin üzərinə töküb yandırmaqla hədələyib. Polis əməkdaşlarının tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirib. Daha sonra əraziyə gələn PPX əməkdaşları F.Alxasovu Xətai Rayon 37-ci Polis Şöbəsinə aparıblar. Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polisin qanuni tələblərinə tabe olmama) protokol tərtib olunaraq Xətai Rayon Məhkəməsinə göndərilib. Məhkəmə F.Alxasovun 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə qərar verib.
15-10-2022, 20:21
Zakir Həsənov döyüş hazırlığı ilə bağlı tapşırıq verdi


Zakir Həsənov döyüş hazırlığı ilə bağlı tapşırıq verdi

Oktyabrın 15-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti təlim mərkəzlərindən birində olub. Müdafiə Nazirliyindən verilən məlumata görə, nazir təlim mərkəzinin yeni istifadəyə verilmiş ümumqoşun atış meydanında hərbi qulluqçuların atəş hazırlığı üzrə keçirilən məşğələlərini izləyib. Məruzə edilib ki, atış meydanında şəxsi heyətin döyüş texnikası və müxtəlif növ atıcı silahlardan atış çalışmalarının, həmçinin atəş hazırlığı üzrə normativlərin yerinə yetirilməsi üçün atış sahələri və taktiki siniflər mövcuddur. Müdafiə naziri hərbi qulluqçuların vəzifə borclarının dərindən mənimsənilməsi, atəş hazırlığı üzrə normativlərin dəqiq yerinə yetirilməsi, o cümlədən döyüş hazırlığının daha da yüksəldilməsi istiqamətində müvafiq tapşırıqlar verib.




15-10-2022, 20:18
Azərbaycan Elm Fondu yaradıldı - Fərman


Azərbaycan Elm Fondu yaradıldı - Fərman

Prezident İlham Əliyev “Azərbaycan Elm Fondu” publik hüquqi şəxsin yaradılması və “Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 19 fevral tarixli 223 nömrəli Fərmanının ləğv edilməsi barədə” fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun əsasında “Azərbaycan Elm Fondu” publik hüquqi şəxs yaradılıb. “Azərbaycan Elm Fondunun Nizamnaməsi” təsdiq edilib. Azərbaycan Elm Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Fonda keçir. Fondun nizamnamə fondu 4157866,0 (dörd milyon yüz əlli yeddi min səkkiz yüz altmış altı) manatdır. Müəyyən edilib ki:
- Fond təbiət, texniki, humanitar və ictimai sahələr üzrə fundamental, tətbiqi və eksperimental tədqiqatların və digər elmi tədbirlərin qrant şəklində məqsədli maliyyələşdirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir;
- Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası həyata keçirir;
- Fondun fəaliyyətinə cari rəhbərliyi Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir. Fondun təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:Azərbaycan Respublikasının Prezidentinə:
- Fondun nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
- idarəetmə orqanlarının yaradılması, idarəetmə orqanları rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi;
- nizamnaməsində nəzərdə tutulmayan məqsədlər üçün Fondun mənfəətinin dövlət büdcəsinə köçürülməsi barədə qərar qəbul edilməsi;
- Fondun ləğvi və yenidən təşkili.
Fonda:
- Fondun strukturunun, əməyin ödənişi fondunun, işçilərin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiqi;
- Azərbaycan Respublikasının Prezidentinə həvalə edilən səlahiyyətlər istisna olunmaqla, publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
Nazirlər Kabineti:
- Fond dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun balansındakı dövlət əmlakının Fondun balansına verilməsini iki ay müddətində təmin etməli;
- Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyələşdirdiyi qrant layihələri çərçivəsində satın alınmış və həmin layihələr bitdikdən sonra onun balansında qalan əmlakın təyinatı üzrə səmərəli istifadəsi ilə bağlı zəruri tədbirlər görməli;
- bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Maliyyə Nazirliyinə Fondun saxlanılması və fəaliyyəti üçün tələb olunan vəsaiti hər il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutmaq taphırılıb.
Fond:
- dövlət qeydiyyatına alınması üçün bu Fərmanın qüvvəyə mindiyi tarixdən 3 gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etməli;
- Fondun strukturunun, əməyin ödənişi fondunun, işçilərin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etməli;
- bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Fərmana əsasən, “Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 19 fevral tarixli 223 nömrəli fərmanı ləğv edilib.
15-10-2022, 20:12
Ermənistan Azərbaycana oktyabrın 31-də görüşməyi təklif edib


Ermənistan Azərbaycana oktyabrın 31-də görüşməyi təklif edib

Ermənistan Azərbaycana oktyabrın 31-də Brüsseldə delimitasiya üzrə komissiyaların görüşünü keçirməyi təklif edib. Bu barədə baş nazir Nikol Paşinyan "Twitter" hesabında yazıb. O bildirib ki, müvafiq məsələ oktyabrın 2-də Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun Cenevrədə keçirilən görüşündə müzakirə olunub.“Eyni zamanda, Ermənistan tərəfi sərhədin delimitasiyası üzrə komissiyanın növbəti iclasının əvvəlcədən razılaşdırıldığı kimi noyabrda deyil, oktyabrda keçirilməsini təklif edib”. Komissiyalara Ermənistan və Azərbaycanın baş nazirlərinin müavinləri Mher Qriqoryan və Şahin Mustafayev rəhbərlik edir. Qriqoryan və Mustafayev arasında sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiya formatında ilk görüş Brüsseldə iki ölkə başçıları arasında əldə olunmuş razılaşmalara uyğun olaraq, mayın 24-də Ermənistan və Azərbaycan sərhədində baş tutub. İkinci görüş avqustun 30-da Moskvada Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun iştirakı ilə keçirilib.
15-10-2022, 20:10
Edillidə baş verənlər çox dəhşətlidir


Edillidə baş verənlər çox dəhşətlidir

Biz Edillidə bir müddət əvvəl baş verənlərin şahidi oluruq. Bu, çox dəhşətlidir. Bunu Çexiya "Avropaya açılan qapılar" İctimai Birliyinin rəhbəri Stanislava Rousova oktyabrın 15-də Edillidə aşkar olunmuş kütləvi məzarlığa ziyarət zamanı bildirib. Edillidə baş vermiş hadisələr barədə danışan S.Rousova deyib:"Bu, çox kədərləndiricidir. İnsanların burada necə əziyyət çəkdiklərini təsəvvür edə bilmirəm. Burada cəsədləri aşkar olunanlar öz vətənlərini müdafiə ediblər. Mən vəfat edənlərin xatirəsini anmaq üçün özümlə buraya şam gətirmişəm".
15-10-2022, 20:07
Şüşəsi sınan təyyarə geri qayıtdı


Şüşəsi sınan təyyarə geri qayıtdı

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-076 nömrəli İstanbul-Bakı reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən (ön şüşənin çatlaması) uçuş hava limanına qayıtmaq qərarına gəlib."Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən verilən məlumata görə, təyyarə yerli vaxtla saat 14:50-də İstanbul hava limanına uğurla eniş edib. Bildirilib ki, sərnişinlərin daşınması üçün Bakıdan digər təyyarə yola düşəcək.
15-10-2022, 19:59
Yasamalda intihara cəhd - Vətəndaş özünü yandırmaq istədi


Yasamalda intihara cəhd - Vətəndaş özünü yandırmaq istədi

Yasamal rayonu, Əsəd Əhmədov küçəsində intihara cəhdin qarşısı alınıb. Butov.az-ın məlumatına görə, əraziyə cəlb olunan polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları özünü yandırmaq istəyən şəxsi fikrindən daşındıra biliblər. Hadisəyə səbəb tikintinin söküntüsü ilə bağlı olub. Belə ki, intihara cəhd edən şəxs qanunsuz tikilinin söküntüsünə etiraz olaraq özünü yandırmaq istəyib.
15-10-2022, 19:58
Kadinin zədəsi ciddidir - Bu oyunu buraxacaq


Kadinin zədəsi ciddidir - Bu oyunu buraxacaq

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Olimpiakos"la Bakıdakı matçda (0:0) zədələnmiş futbolçusu Kadi Borgesin durumuna aydınlıq gəlib. Klubun mətbuat xidmətinin məlumatına görə, Kadi tibbi müayinədən keçib və onun ayaq əzələsində problem aşkarlanıb. O, 7-10 gün müddətində yaşıl meydanlardan kənarda qalacaq. Braziliyalı oyunçu Premyer Liqanın 10-cu turunda "Sumqayıt"la sabahkı matçı buraxacaq. Amma Kadinin Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Nant"la səfər görüşündə iştirak edəcəyi gözlənilir. "Nant" - "Qarabağ" matçı oktyabrın 27-si Fransada olacaq.
15-10-2022, 19:56
Mingəçevirdə dəhşətli qəza - İki qadın öldü


Mingəçevirdə dəhşətli qəza - İki qadın öldü

Mingəçevirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Butov.az xəbər verir ki, hadisə bu gün saat 10 radələrində “Kür” Olimpiya Tədris İdman Mərkəzinin qarşısında qeydə alınıb. Məlumata görə, “VAZ-21014” və KİA markalı avtomobillər toqquşub. Daha sonra KİA yolun kənarında olan iki piyada, 59 yaşlı Məmmədova Şamaxı Məhyəddin qızı və 56 yaşlı Xədicə Sultanovanı vurub. Yaralılar xəstəxanaya yerləşdirilsələr də, hər ikisi orada vəfat edib. Araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!