Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                       
15-02-2025, 16:43
Azərbaycanda 100 mindən artıq ailəyə sosial müavinət veriləcəyi gözlənilir


Azərbaycanda 100 mindən artıq ailəyə sosial müavinət veriləcəyi gözlənilir

Azərbaycanda çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi üzərində iş gedir. Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin üzvü Mehriban Vəliyeva bildirib ki, bir neçə dəfə ölkədə çoxuşaqlı ailə anlayışının 5 uşaqlıdan 3 uşaqlıya endirilməsi ilə bağlı təkliflər səsləndirilib.
"Hazırda isə təklif üzərində iş gedir. Bu təkliflər ölkədə demoqrafik inkişafla bağlı hazırlanacaq dövlət proqramına daxil ediləcək", - açıqlamada qeyd olunur.
Ölkə qanunvericiliyində 6 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab olunur.
Hazırda ölkəmizdə beşdən çox uşağı olan qadınlara dövlət tərəfindən aylıq hər uşağa görə 105 manat məbləğində müavinət verilir. Bu o deməkdir ki, məsələn, ailədə 18 yaşına çatmamış 6 uşaq varsa, həmin ailəyə aylıq 630 manat müavinət ödənilməlidir.
2024-cü il 1 yanvar tarixinə olan rəsmi məlumata görə, beşdən çox uşağı olan 2,6 min qadına 11,5 min uşaq üçün sosial müavinət ödənilir.
Hesablamalara görə, müvafiq dəyişiklik ediləcəyi təqdirdə ölkəmizdə 100 mindən artıq ailə bu sosial müavinət hüququndan yararlana biləcək.
Ekspertlər deyir ki, çoxuşaqlı ailə anlayışının dəyişməsi və müvafiq sosial dəstək ölkədə demoqrafik ləngiməni dayandıra bilər.
15-02-2025, 16:18
Rasim Balayevdən Baş nazirə müraciət: "Ciddi addımlar atılmasa..."


Rasim Balayevdən Baş nazirə müraciət: "Ciddi addımlar atılmasa..."

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev Baş nazir Əli Əsədova müraciət ünvanlayıb.
Müraiət İttifaqın rəsmi saytında dərc olunub.
Rasim Balayev xatırladıb ki, Azərbaycan Kinematoqrafçılar İttifaqın 26.09.2024 tarixli iclasında uşaq kinosunun durumu da müzakirəyə səbəb olub.
Onun sözlərinə görə, iclasın yekun bəyanatında Uşaq kinosunun inkişafı Dövlət Proqramının qəbul edilməsi təşəbbüsü öz əksini tapıb:
"Uşaq və yeniyetmələrə ünvanlanmış filmlərin sayı yox dərəcəsindədir: son otuz ildə bu istiqamətdə dövlət dəstəyilə cəmi beş tammetrajlı bədii film çəkilib. Bu müddət ərzində çəkilən animasiya filmlərinin sayı isə orta hesabla ilə bir film təşkil edir. Bununla yanaşı, uşaq və yeniyetmələrin Azərbaycan kinosunun Qızıl fonduna daxil olan filmləri ilə tanışlığı da aşağı səviyyədədir".
AKİ sədri müraciətdə qeyd edib ki, Dövlət Proqramın məqsədi, uşaq və yeniyetmələrə ünvanlanmış, onların milli ruhda tərbiyələnməsinə xidmət edən filmlərin çəkilməsi, bu filmlərin ünvanına çatdırılması üçün təhsil və kino sahəsi üzrə aidiyyəti qurumların birgə işinin təmin edilməsidir: "Kinomuzun Qızıl fonduna daxil olan filmlərinin nümayişlərinin sistemli təşkili, animasiya filmlərimizin qənaətbəxş səviyyəyə qalxması, animasiya istehsalı üçün kadrların hazırlığı, azyaşlı tamaşaçılar üçün nəzərdə tutulmuş kino zallarının təşkili, məktəblərdə film nümayişi üçün texniki imkanların artması Proqramın əsas vəzifələrindən olmalıdır. Özəl prodüserlərin və investorların bu sahədə passivliyi səbəbindən uşaq və yeniyetmələrə ünvanlanmış bədii və animasiya filmləri çəkən, dövlət tərəfindən dəstəklənən film studiyası da Proqram çərçivəsində yaradıla bilər. Bu studiyanın, fəaliyyətlərini faktiki dayandırmış “Azanfilm” və “Yaddaş” studiyalarının bazasında yaranması məqsədəuyğun olardı”.
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyindən bildiriblər ki uşaq kinosunun, bu mövzuda film və animasiya filmlərinin yox dərəcədə olması ciddi təhlükəyə çevrilib, ana dilində uşaq filmlərsiz nəsil yetişib. Bu istiqamətdə ciddi addımlar atılmasa, gənclər əcnəbi məhsullardan asılı vəziyyətə düşəcəklər. Bu vəziyyətin ağırlığı məhz Dövlət Proqramının qəbulunu vacib edir.
15-02-2025, 15:31
Bakıda yanğına görə tıxac yarandı


Bakıda yanğına görə tıxac yarandı

Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində beşmərtəbəli binada yanğın hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, bu səbəbdən Ağa Nemətulla küçəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb.
Hərəkətin və ərazidə olan şəxslərin təhlükəsizliyinin təmin olunması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.
15-02-2025, 15:18
Bakıda beşmərtəbəli binada yanğın: sakinlər təxliyə edildi


Bakıda beşmərtəbəli binada yanğın: sakinlər təxliyə edildi

Bakının Nərimanov rayonunda, Fətəli xan Xoyski küçəsində yerləşən beşmərtəbəli binada baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.
15-02-2025, 14:30
Gözəllik salonlarında gigiyena qaydalarına nəzarət edilmir - AÇIQLAMA


Gözəllik salonlarında gigiyena qaydalarına nəzarət edilmir - AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə bəzi gözəllik salonlarında sanitar-gigiyena qaydalarına riayət olunmaması ilə bağlı şikayətlər artır. Müştərilər əsasən dırnaq və saç baxımı zamanı istifadə olunan alətlərin təmizlənmədən digər müştərilərə tətbiq edildiyini iddia edirlər.
Mütəxəssislər bildirirlər ki, bu cür hallar müxtəlif dəri və infeksion xəstəliklərin yayılmasına səbəb ola bilər. Ekspertlər müştərilərə xidmət göstərilməzdən əvvəl istifadə olunan alətlərin dezinfeksiya edildiyinə əmin olmağı tövsiyə edirlər.
Müştərilərin dövlət qurumlarının sözügedən gözəllik salonlarına nəzarət etmədiyini bildirir.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, 20 oktyabr 2015-ci il tarixli "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununu qəbul edilib.
Qanuna əsasən, ölkə ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırıldığı üçün Dövlət sanitariya xidməti tərəfindən bərbərxana və gözəllik salonlarında müvafiq nəzarət tədbirləri həyata keçirilmir. Sahibkarlıq subyektində yoxlama insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlakına şikayətlər daxil olduqda aparıla bilər.
Qurumdan bildirilib ki, insan həyatı və sağlamlığına zərər vurulması, insanın əmək qabiliyyətinin itirilməsi və ölümü, yoluxucu xəstəliklərin yayılması, epidemiyaların yaranması, ekoloji tarazlığın pozulması, dəyəri 50 000 manat və ondan yuxarı olan dövlət əmlakının zədələnməsi kimi hallarda dayandırılır. Dövlət sanitariya xidməti tərəfindən bərbərxana və gözəllik salonlarında nəzarət tədbirləri həyata keçirilmir. Sahibkarlıq subyektində yoxlama sadaladıqlarımız barəsində şikayətlər daxil olduqda aparıla bilər.
15-02-2025, 13:58
Türk dövlətləri arasında muzeylər pulsuz olacaq


Türk dövlətləri arasında muzeylər pulsuz olacaq

Son illərdə türk dövlətləri arasında mədəni əlaqələrin inkişafı nəzərəçarpacaq dərəcədə inkişaf edir. Bu sahədə TÜRKSOY təşkilatının gördüyü işləri xüsusi ilə vurğulamaq lazımdır, bundan əlavə Türk Dövlətləri Təşkilatı tərəfidən bu birliyə daxil olan ölkələrin ortaq əlifba, bayraq və xəritəsinin yaradılması ölkələr arasında mədəni, siyasi, iqtisadi və sosial əlaqələrin daha da genişləndiyinin bariz göstəricisidir.
Eyni tarixi köklərə, adət-ənənələrə sahib türk dövlətlərinin əlaqələrinin genişləndirilməsi və mədəni bağların daha da möhkəmləndiriliməsi üçün türk dövlətlərinə rahat səyahət və həmin ölkələrin tarix, mədəniyyət və sənət aləmini daha yaxından öyrənməyə imkan verən muzeylərə girişin eyni kökdən gələn vətəndaşlar üçün əlçatan olması məsələsi aktuallaşır.
Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı bildirib ki, artıq bu sahədə konkret işlərin həyata keçməsi üçün danışıqlar başlanıb.
“TÜRKSOY təşkilatı türk dövlətləri arasında mədəniyyət sahəsində fəaliyyət göstərən yeganə təşkilatdır. Biz də mədəniyyətin hər bir sahəsi üzrə fəaliyyət göstəririk. Bu sahəyə həmçinin muzeylərlə bağlı tədbirlər də daxildir. Bu sahədə fəaliyyət göstərən qurum – Türk Dünyası Muzeylər Birliyi də var. Bu birliyə daxil olan üzv ölkələrin müxtəlif muzeylərinin rəhbərləri iştirak edir, müəyyən fəaliyyət planları, iş birliyi, əməkdaşlıq sahəsində işlər görülür, eyni zamanda müxtəlif problemlərin həlli üçün görüşlər təşkil edilir və qarşılıqlı olaraq ölkələr bir-birləri ilə təcrübəsini bölüşür. Həmin tədbirlərdə də biz bir neçə dəfə türk dövlətlərinə daxil olan ölkələr arasında muzeylərə girişin pulsuz həyata keçirilməsi ilə bağlı təkliflər vermişik”.
Əksər ölkələrdə muzeylər yerli vətəndaşlar və turistlər üçün fərqli qiymətlər tələb olunur və təbii ki, xarici turistlərdən bəzən 3-4 qat daha çox pul tələb olunur. Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsi vurğulayıb ki, Türkiyədə hər gün bu cür hallarla qarşılaşır:
“Türkiyədə muzeylərə giriş “yabancı”lar üçün fərqli qiymətlər nəzərdə tutulur və düşünürük ki, Türk Dövlətlər Təşkilatına daxil olan ölkələrin vətəndaşları nə Türkiyə, nə də digər türk dövlətləri üçün “yabancı” sayılmamalıdır. Türk Dünyası Muzeylər Birliyinin iclaslarında bu məsələ daim diqqətdə saxlanılır, eyni zamanda sözügedən sahə ilə bağlı protokollar hazırlanır”.
“TÜRKSOY –un Nazirlər Şurası ildə bir dəfə toplanır və burada mədəniyyət nazirlərinin toplantısı keçirilir və mövzu nazirlik səviyyəsinə çatdırılır. Sözsüz ki, orada alınan qərarlar da ölkələrin mədəniyyət nazirlərinə göndərilir və onlar da hökumətləri qarşısında bu məsələni qaldırırlar. Sözsüz ki, biz də bunun tərəfdarıyıq - Avropa Birliyində bu birliyə daxil olan vətəndaşlar həmin birliyə daxil olan ölkələrin muzeylərinə xüsusi güzəştlə gedir, biz də eyni ilə belə tendensiyanın olması müsbət hal olardı. Düzdür, biz Avropa Birliyi kimi bir təşkilat yaratmasaq da, gələcək bu prosesə doğru gedir və gələcəkdə Turan Birliyinin yaranması ilə sözsüz ki, bir çox iqtisadi, sosial, mədəni əlaqələrin inkişafı, güzəştlər tətbiq olunacaq. Mədəni sahədə birlik isə bugünlərdə müzakirə olunan mövzudur. TÜRKSOY bu kimi məsələləri qaldırır və onun qəbul edilməsi artıq ölkələrin öz üzərinə düşən məsələdir”,- deyə sonda Elçin Qafarlı qeyd edib.
14-02-2025, 23:53
Azərbaycan-Serbiya əməkdaşlığı müzakirə olundu


Azərbaycan-Serbiya əməkdaşlığı müzakirə olundu

Fevralın 14-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Serbiya Respublikasının xarici işlər naziri Marko Curiçlə görüşüb.
XİN-dən bildirilib ki, görüşdə Azərbaycan-Serbiya strateji tərəfdaşlıq gündəliyində duran mövzular, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan-Serbiya strateji tərəfdaşlığının inkişafında ali və yüksəksəviyyəli qarşılıqlı səfərlərin, liderlər arasında mövcud dostluq münasibətlərinin əhəmiyyəti vurğulanıb.
Nazirlər strateji tərəfdaşlıq münasibətlərinin iqtisadi, enerji, yüksək texnologiyalar, nəqliyyat, mədəniyyət, humanitar, təhsil, turizm və s. aspektləri üzrə inkişaf perspektivlərini müzakirə edib, əməkdaşlığın genişləndirilməsində qarşılıqlı maraq ifadə ediblər.
Regional və beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyü və suverenliyinə verilən davamlı dəstək məmnunluqla qeyd olunub.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
14-02-2025, 23:27
Ləğv edilən bələdiyyələrin siyahısı


Ləğv edilən bələdiyyələrin siyahısı

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin siyahısı açıqlanıb.
Bu barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası qərar qəbul edib.
Siyahını təqdim edirik:

14-02-2025, 22:31
Ermənilər tərəfindən 170 azərbaycanlı işgəncələrlə öldürülüb


Ermənilər tərəfindən 170 azərbaycanlı işgəncələrlə öldürülüb

1988-2023-cü illərdə ermənilər tərəfindən Azərbaycanın Qarabağ bölgəsi və ətraf ərazilərində yüzdən çox fərqli-fərqli işgəncə metodları tətbiq edilməklə 1 698 azərbaycanlı girov götürülüb.
Bu barədə hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində prokuror Fuad Musayev ittiham aktını elan edən zaman bildirilib.
O bildirib ki, əsir və girov götürülən 1284 dinc sakindən 122-i mülki sakin, əsir götürülmüş 414 nəfər isə hərbi qulluqçudan isə 48 nəfəri, ümumilikdə 170-i işgəncələr və qeyri-insani rəftar tətbiq edilməklə qəsdən öldürülüb:
"Qalan 1528 nəfər şəxs Azərbaycan dövləti tərəfindən beynəlxalq təşkilatlar vasitəsilə görülmüş tədbirlər, eləcə də hərbi əsir və girovların yaxın qohumlarının şəxsi təşəbbüsləri və əlaqələri ilə verilən maddi nemətlər müqabilində azad edilib".
14-02-2025, 21:55
Qəzzada əldə edilmiş atəşkəsin qorunması vacibdir - Nazir


Qəzzada əldə edilmiş atəşkəsin qorunması vacibdir - Nazir

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində İsrail Dövlətinin xarici işlər naziri Gideon Saar ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, görüş zamanı tərəflər Azərbaycan və İsrail arasında mövcud əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, regionda baş verən son hadisələr, habelə Qəzza zolağında vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
Tərəflər Azərbaycan və İsrail arasında təhlükəsizlik, yüksək texnologiyalar, aerokosmik sənaye, qarşılıqlı investisiyalar, enerji və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edib.
C.Bayramov Qəzza zolağında əldə edilmiş atəşkəsin qorunmasının vacibliyini vurğulayıb.
Görüş zamanı, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!