ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxıldı .....                        Pakistanda 145 silahlı zərərsizləşdirildi .....                        Aİ-nin hərbi attaşeləri dərhal İranı tərk etməlidir - İran rəsmisi .....                        Rusiya doğum evini vurdu .....                        ABŞ növbəti 48 saat ərzində İrana zərbə endirə bilər - Vuçiç .....                        Dünya çalxalanır: Epşteyn dosyelərində nələr var? .....                        Əbu-Dabidəki görüş alınmadı - Zelenski açıqladı .....                        Ermənistana Rusiya taxılı daşıyan qatarı Biləcəridən yola düşdü .....                        Zelenski prezidentliyə namizədliyi barədə danışdı .....                       
Tarix : 15-03-2019, 11:15
Mərkəzi Elmi Kitabxanada Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar klinikası skrininq müayinə keçirib
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin (MOM) mütəxəssisləri və texniki personalı tərəfindən AMEA Mərkəzi Elmi Kitabxanasının əməkdaşlarına göz xəstəliklərinin profilaktikası və aşkarlanması mövzusunda mühazirə-seminar keçirib və “Göz xəstəliklərinin erkən diaqnostikası” protokolu çərçivəsində göz dibinin müayinəsi, göz təzyiqinin ölçülməsi, görmə qabiliyyətinin yoxlanılması kimi əhəmiyyət kəsb edən müayinələr aparılıb və təyinatlar verilib. Seminarda Milli Ofalmologiya Mərkəzinin Elmi məlumat tədris və təşkilati-metodik bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva mərkəzin müxtəlif istiqamətlərdə fəaliyyətindən, statistikaya əsasən tez-tez rast gəlinən göz xəstəlikləri və onların profilaktikasından, risq qrupuna aid olan əhali arasında göz xəstəliklərinin qarşısının alınması və erkən diaqnostika imkanları barəsində geniş məlumat verib.
Yazgül Abdıyeva kompüter avadanlığı, müxtəlif ölçüsü və şrifti olan mətnləri və qədim kitabların tozunu başqa risq faktorları sırasında qeyd edərək müayinənin kitabxana əməkdaşları arasında ən azı ildə bir dəfə aparılmasının məqsədəuyğunluğunu əsaslandırıb.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim-oftalmoloqu Könül Feyziyeva 40 yaşından yuxarı şəxslərdə qlaukoma, katarakta və onlarıun fəsadları, buynuz qişasının patologiyası haqqında təqdimat edib.
Daha sonra MEK direktoru Leyla İmanova çıxış edərək Səhiyyə Nazirliyi sistemində olan müəssisələrin profilaktik tədbirlər çərçivəsində ən çox rast gəlinən xəstəliklər mövzusunda MEK-də skrininq müayinələri aparmasından söz açıb. Milli Oftalmologiya Mərkəzinin rəhbərliyinə və əməkdaşlarına MEK-in müraciətinə həssaslıqla yanaşmalarına və əməli cavab verdiklərinə görə təşəkkür edib. Bildirib ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi (MOM) ilə əməkdaşlıq profilaktik müayinələr ilə yanaşı informasiya mübadiləsi istiqamətində də qurulub. Belə ki, MOM mütəxəssislərinin elmi əsərlərindən ibarət kolleksiya MEK-in Sərgi salonunda daimi ekspozisiyada nümayiş etdirilir və oxucuların istifadəsinə verilib.
Seminardan sonra kitabxana əməkdaşları “Göz xəstəliklərinin erkən diaqnostikası” protokoluna əsasən müayinə olunublar. Xatırladaq ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən skrininq müayinələr MEK-də 2015-ci ildən başlayaraq həyata keçirilir.
Mərkəzi Elmi Kitabxanada Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar klinikası skrininq müayinə keçirib


Paylaş



Bölmə: Sağlamlıq / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!