30-09-2021, 12:30
Gündə cəmi 30 qram nar, yəni bir narın yarısını yemək və ya şirəsini içmək insult və infarkt riskini azaldır.Bütov.az medicina.az-a istinadən xəbər verir ki, rusiyalı diyetoloqlar narın qanda xolesterini azaltdığını bildirib.
Bu meyvə demensiya, qocalıq ağıl kəmliyi, kişilərdə prostat, qadınlarda süd vəzi xərçənginə qarşı da təsir edir.
Nar ən güclü antioksidantdır və hər gün yeyilərsə cəmi 3 ay ərzində bütün orqanizmə effektini göstərəcək.
O, sərbəst radikalları orqanizmdən kənarlaşdırır.
29-09-2021, 19:21
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 67 977 doza vaksin vurulub.Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 583, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52 394 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 485 952, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 745 715, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 740 237 təşkil edir.
Bütov.az