İsrail və HAMAS danışıqları nəticəsiz yekunlaşdı .....                        Onun alimliyi vətəndaşlığından doğan alimlik idi .....                        İranda sel: 5 mindən çox sakin zərər çəkib .....                        “Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi .....                        Rezidenturaya qəbul imtahanı keçirildi .....                        Ululardan, Babadağdan soraq aldım Hissələr .....                        Vətən .....                        Gözlərə nur çiləyən həkim .....                        Gözlərə nur çiləyən həkim .....                       
Tarix : 15-01-2021, 14:19
Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlıları birgə təlimlər keçirəcək

Yanvarın 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb.

Butov.az xəbər verir ki, Müdafiə Nazirliyindən Modern.az verilən məlumata görə, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Müdafiə naziri Azərbaycan ilə Pakistan arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində ona uğurlar arzulayıb.

İki ölkə arasında bütün sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın inkişaf etdiyini vurğulayan Müdafiə naziri bunun gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə edib.

Görüşdə hərbi əməkdaşlığın hər iki ölkənin maraqlarına cavab verdiyi əsas gətirilərək bu istiqamətdə səylərin daha da artırılmasının zəruriliyi vacib hesab edilib. Müzakirələr zamanı Azərbaycan Ordusu ilə Pakistan və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin, o cümlədən xüsusi təyinatlı qüvvələrin cəlb edilməsi ilə birgə hərbi təlimlərin keçirilməsi, təcrübə mübadiləsi məqsədilə hərbi qulluqçuların qarşılıqlı səfərlərinin təşkili və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Müdafiə naziri ölkəmizə göstərilən humanitar yardıma və beynəlxalq səviyyədə daim Azərbaycanın haqq işini dəstəklədiyinə görə Pakistan xalqına və dövlətinə minnətdarlığını ifadə edib.

Diplomat öz növbəsində Vətən müharibəsində qazanılan qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

B. Haye qeyd edib ki, ölkələrimizin coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, xalqlarımız arasında tarixən dostluq münasibətləri mövcuddur. Müxtəlif sahələrdə münasibətlərin genişlənərək xeyli gücləndiyini qeyd edən pakistanlı səfir iki ölkənin hərbi sahədə əməkdaşlığının böyük potensialının olduğunu bildirib.

Səfir azad edilmiş ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi prosesində Pakistan mütəxəssislərinin də iştirak etməyə hazır olduğunu diqqətə çatdırıb.

Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, iki ölkə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu və tərəflər üçün qarşılıqlı faydalı olduğu vurğulanıb.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!