Gürcüstandan Zəngəzur dəhlizi ilə bağlı mesaj .....                        Trampla Zelenski razılığa gəldi .....                        Küçədə qalan ana və oğlu barədə RƏSMİ AÇIQLAMA .....                        Qərb aviaşirkətləri Yaxın Şərqə uçuşları dayandırdı .....                        Kirayə yolu ilə mənzil almaq istəyənlərə ŞAD XƏBƏR .....                        İranda etirazlarda iştirak edən məşqçi EDAM EDİLDİ .....                        Sabiq deputata yeni vəzifə verildi .....                        BƏƏ-də nələr müzakirə edilir? .....                        Araqçi İrandakı etirazlarda ölənlərin sayını açıqladı .....                       
Tarix : 17-02-2021, 11:03
İndoneziya-Azərbaycan Parlamentlərarası dostluq qrupu Xocalı soyqırımı ilə bağlı bəyanat verib

İndoneziya Respublikasının Nümayəndələr Palatasında fəaliyyət göstərən İndoneziya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri Məhəmməd İqbal Xocalı qətliamının 29-cu ildönümü ilə əlaqədar qrupun adından bəyanat verib.

Butov.az-ın APA-ya istinadən xəbərinə görə, bəyanatda 1992-ci ilin fevral ayının 25-dən 26-a keçən gecə Azərbaycanın Xocalı şəhərinin mülki əhalisi qətliama məruz qaldığı, qətliam nəticəsində 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla, 613 nəfərin qətlə yetirildiyi, yüzlərlə insanın ağır yaralandığı və 1275 nəfərin əsir götürüldüyü qeyd olunub.

Qrup Xocalı qətliamının insanlıq tarixində böyük bir ləkə olduğunu, bu faciəyə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılmalı olduğunu vurğulayıb. Habelə, Ermənistan-Azərbaycan münaqişəsinin ən qara səhifəsi olan, 29 il bundan əvvəl Azərbaycanın Dağlıq Qarabağ bölgəsində törədilmiş Xocalı qətliamının qurbanlarının xatirəsinin qrup tərəfindən dərin kədər və təəssüf hissi ilə yad edildiyi, sözügedən qətliam nəticəsində həlak olanlara Allahdan rəhmət dilədikləri, onların ailə üzvlərinə və Azərbaycan xalqına başsağlığı verildiyi qeyd olunub.

Qrup bir daha dünyanın heç bir yerində bu cür bəşəriyyət əleyhinə cinayətin törədilməməsi üçün Xocalıda həlak olan insanların yad edilməsini və Xocalıda törədilən dəhşətli cinayətlərin yadda saxlanılmasını vacib hesab edib. Qrup, həmçinin, hesab edir ki, Xocalı qurbanları hər kəsə sülhün dəyərini xatırladır.

Bəyanatda o cümlədən Xocalı qətliamının 29-cu ildönümü Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yeni beynəlxalq sülh səylərinin başladılması üçün fürsət olaraq qiymətləndirilib, Ermənistana BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərini yerinə yetirərək, öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmağa və bir milyon azərbaycanlı qaçqının evlərinə qayıtmasına çağırış edilib.


Paylaş



Bölmə: Siyasət / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!