İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                       
Tarix : 30-06-2021, 09:28
Azərbaycan-Türkiyə birgə təlimləri dostluq-qardaşlıq bağlarını gücləndirir - Türkiyəli general

Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin icra etdiyi birgə təlimlər hər iki ordunun hərbçilərini bir-birinə daha da yaxınlaşdırır, dostluq-qardaşlıq bağlarını gücləndirir.

Butov.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında istefada olan türkiyəli general Yücel Karauz deyib.

Ötən gün Bakıda start götürən "Mustafa Kamal Atatürk-2021" birgə hərbi təliminin fəaliyyət istiqamətlərindən danışan general iki ölkənin bu vaxta qədər keçirdiyi hərbi təlimlərin tarixindən də bəhs edib.

"Bakıda start götürən "Mustafa Kamala Atatürk-2021" birgə hərbi təlimi ilə yanaşı Konyada da "Anadolu Qartalı-2021" təlimi çərçivəsində Hərbi Hava Qüvvələri birgə fəaliyyət icra etməkdədir. Birgə təlimlər 2012-ci ildə iki ölkə arasında imzalanan sazişə əsasən həyata keçirilir. Bundan öncə 2013-cü ildə Bakı və Naxçıvanda, 2014, 2016 və 2018-ci illərdə "Turaz Şahini" adı altında Türkiyədə, 2013, 2015, 2017, 2019 və 2020-ci illərdə "Turaz Qartalı" adı ilə yenidən Azərbaycanda birgə təlimlər həyata keçirilib. Bundan başqa iki ölkənin orduları 1-3 may 2019-cu il tarixlərində Azərbaycanda "Mustafa Kamal Atatürk - 2019" hərbi təlimini gerçəkləşdirib, sonuncusu isə 1-12 fevral 2020-ci il tarixlərində Qarsda keçirilib. Bu hərbi təlimlər iki ölkənin silahlı qüvvələrinin manqa, taqım səviyyəsindən ordu səviyyəsinə qədər hava, dəniz və quru qüvvələrini əhatə edib. Təlim çərçivəsində həmçinin rabitə vasitələri müəyyənləşdirilir, koordinasiya texnikaları və terminləri öyrənilir, ortaq düşmənə qarşı hazırlanan planlar icra edilir. Bu uğurlu təlimlər hər iki ölkənin silahlı qüvvələrinin gücünə güc qatır. Bunun nəticəsidir ki, Azərbaycan 44 günlük Vətən Müharibəsində böyük zəfər qazandı".


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!