İsrailin silah zavodu yandırıldı .....                        Ermənistan bu halda Azərbaycanla yeni müharibəyə başlaya bilər - Nazir .....                        İmişlidə Novruzun rəngi, ruhu və sənət nəfəsi – möhtəşəm bayram tədbiri. .....                        Küçədə namaz qadağan edildi .....                        “Bəsic”in kəşfiyyat rəisi öldürüldü .....                        ABŞ-İsrail kolasiyası İranda müharibə başlatdı - Qalib Rusiya oldu .....                        Xırdalanda qəza - Motosiklet sürücüsü öldü .....                        İsrail ilk dəfə Xəzərdəki İran gəmilərinə hücum edib - TƏSDİQLƏNDİ .....                        ABŞ-nin Azərbaycandakı səfirliyi müvəqqəti bağlanır .....                       
Tarix : 4-10-2021, 10:32
Aleksandr Duqin: "Rusiya Türkiyənin güclənməsini dəstəkləyir"

Rusiyadan SÜRPRİZ AÇIQLAMA: Türkiyə ilə üz-üzə gəlməyəcəyik.
"Sentyabrın 29-da Soçidə baş tutan zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin öz qırmızı xətlərini və yeni dünya üçün "yol xəritəsi"ni cızdılar".
"Haber 7" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin müşaviri və ölkənin xarici siyasətini idarə edən nəzəriyyəçi Prof. Dr. Aleksandr Duqin deyib:
"Türkiyə və Rusiya artıq yeni bir yola qədəm qoydu və bu, regional dinamikadan başlayaraq bütün dünyaya təsir edəcək".
Zirvə görüşünün görünməyən tərəflərindən danışan Duqin deyib: "O gün Ərdoğanla Putin dünya balansı baxımından hansı tərəfdə olacaqlarını müzakirə etdilər və qəbul etdikləri qərarı bölüşdülər. Kürd xəritəsindən Krıma, Əfqanıstandan Liviyaya, Qafqazdan Suriyaya qədər bütün sahələrə aid həyati məsələlərdə öz qırmızı xətlərini çəkdilər. Deyə bilərəm ki, İdlib başda olmaqla bir çox məsələdə razılığa gəldilər. Ancaq bu tarixi görüşdə söylənilənlərin əhəmiyyətli bir hissəsi sirr olaraq qalacaq. Yalnız sahədə nəticələrini görəcəyik".
Soçidə ən ciddi qarşıdurmanın Krımla əlaqədar olduğunu qeyd edən Duqin deyib ki, Rusiyanın bu mövzuda güzəştə getmə ehtimalı azdır:
"Rusiya Krımı öz ərazisi olaraq görür. Ukrayna ilə münasibətlərimiz Türkiyənin Yunanıstanla problemləri kimidir. Bizim türk-yunan məsələsinə qarışmadığımız kimi Türkiyə də Ukrayna ilə müzakirələrdə tərəf olmamalıdır. Əgər Türkiyə Krım iddiasından əl çəkərsə, Rusiya da KKTC-ni qanuni bir dövlət olaraq tanıyacaq".
"Bundan sonra Rusiya və Türkiyə hərbi və iqtisadi baxımdan bir daha üz-üzə gəlməyəcək. Rusiya Türkiyənin "Mavi Vatan" doktrinasını dəstəkləyir. Aralıq dənizindəki gücünü artıran Türkiyənin qazma işlərində də Liviya məsələsinin həllində də həlledici rol oynayır. Bu baxımdan Rusiya Türkiyənin güclənməsini dəstəkləyir", - Putinin müşaviri vurğulayıb.


Paylaş



Bölmə: Siyasət / Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!