İlahə HƏBİB Yazır: Camaat nə deyər?! .....                        Azərbaycanda sükut günüdür .....                        Təyyarə qəzasında həlak olanlardan biri bu universitetin tələbəsidir .....                        Təyyarə qəzası ilə bağlı birgə məlumat .....                        Ərdoğan İlham Əliyevə məktub göndərdi .....                        Təyyarə iki dəfə dövrə vurub, üçüncüdə yerə çırpılıb .....                        "Səkkiz nəfər getmişdilər, ikisindən xəbər var" - VİDEO .....                        Yazıçılar Birliyində kitab təqdimatı .....                        Türkiyədə klub prezidenti istefa verdi .....                       
Tarix : 9-05-2015, 16:22
Suriya erməniləri Sarkisyan rejiminin məkrli planlarında

Suriyada beş ilə yaxındır ki, davam edən müharibə, eləcə də İŞİD-in timsalında zorakılığın daha da genişlənməsi ölkə əhalisinin bir hissəsinin, o cümlədən, bəzi rəqəmlərə görə, 80 min nəfərlik erməni icmasının xaricə axınını daha da gücləndirir. Məlum olduğu kimi, Ermənistan hakimiyyəti də bu vəziyyətdən boşalan ölkəni demoqrafik fəlakətdən çıxarmaq üçün yararlanmağa çalışır.
Bu məqsədlə, Ermənistan rəhbərliyi onlara xüsusi yanaşma sərgiləyir: Suriya, İraq və Livanda yaradılan ofislərdə belə şəxslər üçün sürətləndirilmiş qaydada şəxsiyyət vəsiqəsi və pasportların hazırlanaraq vətəndaşlığın verilməsi, onların dövlət qarşısındakı bir sıra öhdəliklərdən azad edilməsi və sığınacaqla təmin olunma prosedurunun sürətləndirilməsi həyata keçirilir. Ermənistan rəhbərliyi onları qaçqın deyil, "öz tarixi vətənlərinə qayıdan diaspor nümayəndələri" kimi görür, bununla da sanki yəhudilərin İsrailə qayıdışı nümunəsini təkrarlamağa çalışır. Lakin, görünür, Ermənistan rəhbərliyi ermənilərin XIX əsrdə Cənub Qafqazda süni məskunlaşdırılması siyasətini və Ermənistan dövlətinin tarixi Azərbaycan torpaqları üzərində yaradılması faktını "unudur".

Ermənistan – xəyalların puç olduğu məkan
Suriya erməniləri Sarkisyan rejiminin məkrli planlarında
Suriya erməniləri Sarkisyan rejiminin məkrli planlarında

Bəzi məlumatlara əsasən, Ermənistanda 13 min nəfər Suriya ermənisi yerləşdirilib. BMT-nin qaçqınlar üzrə agentliyi yeni gələnlərin işlə təmin olunmasına müəyyən dərəcədə kömək edir. Bu məqsədlə, gələnlərin ixtisaslarına uyğun sahələrdə biznes fəaliyyətinə başlaması üçün onlara ləvazimat verilir. Əlbəttə ki, qaçqınların axını əhalisinin 30%-dən çoxunun yoxsulluq həddində yaşayan Ermənistanın sosial-iqtisadi sistemi üzərindəki yükü artırır. Digər tərəfdən, şirnikləndirici vədlərlə Ermənistana gətirilən Suriya erməniləri ilk andaca üzləşdikləri işsizlik və yoxsulluq səbəbindən xəyal qırıqlığına uğrayırlar.
Yayılan informasiyalar göstərir ki, Suriya ermənilərinin bəziləri Ermənistanda iş tapa bilsə də, əksəriyyəti çoxsaylı problemlərlə üzləşir. Yardım təşkilatlarının ayırdığı mikro-kreditlərə, tibbi yardıma, təlimlərə, hüquq məsləhətlərinə və müvəqqəti maliyyə dəstəyinə baxmayaraq, yerli resursların məhdudluğu onların müstəqil şəkildə normal yaşayış qurmasına mane olur. BMT-nin qaçqınlar agentliyinin Ermənistandakı nümayəndəliyi də etiraf edir ki, Suriya qaçqınları Ermənistana daxil olan kimi ruh düşkünlüyünə uğrayırlar. Nümayəndəliyin işçisi Nver Sarqsyanın sözlərinə görə, Suriya erməniləri Ermənistana böyük ümidlərlə gəlirlər, lakin onların gözləntiləri yerli əhalinin və hökumətin onlara verə biləcəyindən xeyli yüksək olur. Onlar yanıldıqlarını Ermənistandakı həyatın acı gerçəkliyi ilə üzləşəndə anlayırlar (bax: Syrians in Armenia: Not just another refugee story / "Al Jazeera", 20 aprel 2015).
Əməkhaqlarının az, qiymətlərin isə baha olması işlə təmin olunan qaçqınların vəziyyətinin heç də digərlərindən daha yaxşı olmasına təsir göstərmir. Ona görə də Ermənistanda yerləşdirilən Suriya ermənilərinin bir çoxu ya başqa ölkələrə üz tutur, ya da Suriyada müharibənin başa çatacağı və geriyə qayıdacaqları günü gözləyirlər.
Suriya erməniləri Sarkisyan rejiminin məkrli planlarında

Onu da qeyd edək ki, Suriyadakı erməni icmasının bəzi liderləri ölkədəki vəziyyətin çətinləşməsinə baxmayaraq, ermənilərin xaricə köçməsinə və onlara bu işdə yardım edilməsinə qarşı çıxırlar. Xüsusən də Erməni apostol kilsəsinin Hələbdəki yeparxiyası ermənilərin xaricə köçünün icmanın dağılmasına gətirib çıxardığını düşünür. Bu səbəbdən də, yeparxiya ölkəni tərk etmək istəyənlərə maliyyə və digər dəstəyi göstərməyəcəyini, bütün fəaliyyətini icmanı qoruyub saxlamağa yönəltdiyini bəyan edib (bax: Syrian Armenian Leaders Against Aleppo Evacuation / "Azatutyun.am", 16 aprel 2015). Əlbəttə ki, icmanın olmaması kilsənin varlığını da sual altında qoyur. Bu səbəbdən də, Suriyadakı erməni din xadimlərinin narahatlığının səbəbi aydındır.

Suriya erməniləri işğal siyasətinin alətinə çevrilir
Suriya erməniləri Sarkisyan rejiminin məkrli planlarında

Qeyd edək ki, Ermənistanda məskunlaşan Suriya ermənilərinə BMT ilə yanaşı, Avropa İttifaqı və Qırmızı Xaç Cəmiyyəti də yardım edir. Aİ qaçqınlara iqtisadi yardım göstərmək üçün 500 min dollar həcmində maliyyə ayırıb, 2015-ci il aprelin 9-da "Suriya ermənilərinin inteqrasiyasının təşviqi" layihəsini elan edib. Məqsəd ləhcə və mədəniyyət fərqləri olan Suriya ermənilərinin Ermənistan cəmiyyətinə uyğunlaşmasına, özlərini iqtisadi cəhətdən təmin etmələrinə yardım etməkdir. Qırmızı Xaç Cəmiyyətinin Ermənistan və Avstriyadakı bölmələri Aİ-nin Suriya erməniləri ilə bağlı layihələrini icra edərək qaçqınlara ərzaq, dərman, məişət əşyaları paylamaqla yanaşı, onların öz bizneslərini qurmalarına dəstək verirlər.
Göründüyü kimi, bir sıra aparıcı beynəlxalq təşkilatlar Suriya ermənilərinin Ermənistanda yerləşdirilməsi, işlə təmin olunması prosesinə kifayət qədər aktiv cəlb olunublar. Dünyanın aparıcı media qurumları isə Suriyadan olan erməni qaçqınlardan onlarla ailənin Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilməsindən xəbər verir (bax: Why Armenia is welcoming Syrian Armenians / "BBC", 23 aprel 2015).
Bu işdə Ermənistan hökuməti ilə bir sıra qeyri-hökumət təşkilatları əlbir fəaliyyət göstərirlər. Belə olan təqdirdə, Ermənistana daxil olan bəzi suriyalı ailələrin qeyri-qanuni olaraq işğal zonası olan Dağlıq Qarabağda məskunlaşdırılmasına beynəlxalq təşkilatların göz yumması diqqəti cəlb edir.
Məlumdur ki, Dağlıq Qarabağ və 7 ətraf rayonun işğalı zamanı yüz minlərlə azərbaycanlının evlərindən qovulması bölgədəki bir çox şəhər, qəsəbə və kəndlərin tamamilə boşalması ilə nəticələnib. Ermənistan hakimiyyəti isə bu qanunsuz yerləşdirmə ilə boş qalmış ərazilərdə canlanma yaratmağa çalışır, bölgənin erməniləşdirilməsi siyasətini davam etdirir. Azərbaycan tərəfi bu qanun pozuntusu ilə əlaqədar dəfələrlə öz mövqeyini bildirib və beynəlxalq təşkilatları bu qanunsuz əmələ reaksiya verməyə, mane olmağa çağırıb. Lakin işğal etdiyi Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətini davam etdirən Ermənistan bununla bağlı hər hansı ciddi beynəlxalq tənqid və təzyiqlə üzləşməyib. Halbuki dövlətin icazəsi olmadan onun ərazisində başqa bir ölkə tərəfindən məskunlaşdırma və sənədləşdirmənin aparılması qanunsuz əməl olub, ölkənin suverenliyinə qarşı yönələn fəaliyyətdir.
Digər tərəfdən, əhalisi azalan, ciddi demoqrafik böhranla üzləşən Ermənistan Azərbaycanla cəbhə xəttini canlı hərbi qüvvə ilə təmin edə bilmir. Artıq demək olar ki, cəbhəyə yaxın kənd və qəsəbələrin kasıb əhalisinin muzdla səngərdə yerləşdirilməsi adi hala çevrilib. Lakin heç də hər mülki şəxsi kifayət qədər təhlükəli olan bu işə cəlb etmək mümkün deyil və edilən cəhdlər Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindəki hərbi hissələrində əsgər çatışmazlığını aradan qaldıra bilməyib.
Bu baxımdan, Ermənistan hakimiyyətinin bu vəziyyətdən yenə də özünəməxsus çıxış yolu kimi Suriya ermənilərindən yararlanmağa, gələcəkdə onları da səngərdə yerləşdirməyə çalışacağı istisna deyil. Əslində, müharibə nəticəsində qaçqına çevrilən, öz evini qoruya bilməyən "döyüşə yararlı" erməninin onun üçün yad olan bir torpaqda hansı hərbi funksiyanı yerinə yetirəcəyi sual altındadır. Lakin istənilən halda görünür ki, Ermənistan rəhbərliyi Suriya ermənilərini də özünün davam etdirdiyi işğal siyasətinin alətinə çevirməyə çalışır.
Newtimes.az


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!