AAYDA sürücülərə müraciət etdi - DİQQƏTLİ OLUN .....                        Qurumlar Bibiheybət yolundakı sürüşmə ilə bağlı MƏLUMAT YAYDI .....                        Azərbaycanın 11 boksçusu beynəlxalq turnirin finalına yüksəldi .....                        "İrana müharibə dövrünün ən güclü zərbəsi endiriləcək" .....                        Əliyar Ağayevə cəza verildi .....                        Ermənistanda nazirlik binasında silahlı insident: Yaralanan var .....                        Sabah 18 kənddə işıq olmayacaq .....                        Fidan Əraqçi ilə danışdı .....                        Prezidentin Gürcüstan səfəri başa çatdı .....                       
Tarix : 24-08-2022, 16:35
ADA ilə Qazaxıstan Prezidenti yanında İctimai İdarəçilik Akademiyası arasında Memorandum imzalanıb

Bu gün ADA Universiteti ilə Qazaxıstan Prezidenti yanında İctimai İdarəçilik Akademiyası arasında Memorandum imzalanıb.

Butov.az APA-ya istinadən xəbər verir ki, sənədi ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev və İctimai İdarəçilik Akademiyasının rektoru Yerlan Abil imzalayıb.
Memorandum çərçivəsində təhsil, tədqiqat sahəsində birgə əməkdaşlıq və hər iki ali təhsil qurumu arasında təcrübə mübadiləsi həyata keçiriləcək. Bu məqsədlə, tərəflər elmi sahədə mütəxəssislərin hazırlanması istiqamətində əlaqələri genişləndirəcək, birgə tədqiqat layihələri hazırlayacaq və əhəmiyyət kəsb edən mövzular üzrə forum, simpozium, konfrans və ekspert görüşləri keçirəcək.

İmzalama mərasimində çıxış edən rektor Hafiz Paşayev Mərkəzi Asiya regionununda yerləşən ölkələrlə bağlı araşdırmaların aparılmasının vacibliyinə toxunaraq, istər tələbə, istərsə də ekspertlər səviyyəsində təşkil edilən mübadilə proqramlarının bu işdə öz faydasını verəcəyini bildirib. Əlavə edilib ki, doktorantura səviyyəsi üzrə təhsil alan gənclərin bu proqramlar vasitəsilə Azərbaycana və Qazaxıstana qarşılıqlı səfərləri hər iki ölkə arasında akademik əlaqələri genişləndirəcək.

Rektor Yerlan Abil vurğulayıb ki, ADA Universiteti ilə əməkdaşlıq xüsusilə də ictimai sektorda fəaliyyət göstərən Qazaxıstanlı gənc peşəkarların inkişafını sürətləndirəcək.

ADA Universitetinin prorektoru və Universitetin nəzdində təsis edilən İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə nəzərə çatdırıb ki, bu gün imzalanan sənəd çərçivəsində Mərkəzi Asiya ölkələri üçün aktual sayılan mövzular üzrə tədqiqat layihələri də həyata keçiriləcək.

Qeyd edək ki, Qazaxıstan Prezidenti yanında İctimai İdarəçilik Akademiyası ADA Universitetinin sözügedən ölkədə yerləşən sayca beşinci akademik tərəfdaşıdır.

Hazırda ADA Universitetində Qazaxıstanı təmsil edən 30-dək tələbə təhsil alır.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!