Vaşinqtonda Azərbaycanın dövlət rəhbərliyinə qarşı təxribatın qarşısı alınıb .....                        Gəncədə 38 yaşlı kişini BIÇAQLADILAR .....                        "Fənərbağça" İngiltərə klubuna uduzub - YENİLƏNİB .....                        UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçildi .....                        Sülh Netanyahunun dəstəyi ilə mümkün olub .....                        Şəkidə dağlıq ərazidə baş verən yanğın söndürüldü - YENİLƏNİB .....                        Bu şəxslərin hərbi xidmət QAYDASI DƏYİŞƏCƏK .....                        Tokayev Tramp adına sülh mükafatı təklif edib .....                        Vaşinqtonda Sülh Şurasının ilk iclası başa çatıb - YENİLƏNİB .....                       
Tarix : 3-12-2015, 09:47
Bakıda 3-cü Regional İnternet İdarəçilik Forumu işinə başlayıb



Bu gün Bakıda 3-cü Regional İnternet İdarəçilik Forumu işinə başlayıb.

Butov.az Gün.Az-a istinadən xəbər verir ki, “İKT innovasiyalarının regional inkişaf mühitinin yaradılması” mövzusuna həsr edilən forum iki gün davam edəcək.

Forumun keçirilməsində əsas məqsəd daha səmərəli, effektli regional iqtisadi inkişafa və mədəni irəliləyişə nail olmaq üçün internetin tətbiqinin müxtəlif yollarını, Azərbaycanın regional İKT inkişafının mərkəzi kimi yerli iştirakçıların beynəlxalq mütəxəsislərlə təcrübə mübadiləsini və əməkdaşlığını həyata keçirməklə yanaşı, bu sahədə olan problemlərin müzakirəsi, maraqlı inovativ layihələri nümayiş etdirməkdir.

Tədbirdə çıxış edən xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev bildirib ki, Azərbaycanda son illər İKT-i sahəsində nəzərəçarpan inkişaf əldə edib.

O deyib ki, enerjiyə əsaslanan iqtisadiyyatımızı difersikasiyalı iqtisadiyyata çevirmək istəyirik, bu mənada belə forumlar böyük əhəmiyyət kəsb edir.

Rektor xatırladıb ki, ADA Universitetinin gələn il 10 yaşı tamam olur: “Azərbaycan Diplomatiya Akademiyasının bazasında ADA Universiteti yaradılarkən dövlət başçısı bu təhsil müəssisəsinin fəaliyyətinin genişləndirilməsini qarşımıza məqsəd qoydu. Artıq bizim fəaliyyətimuz digər istiqamətləri də əhatə etməyəbaşlayıb”.

H.Paşayev İKT-nin insanların həyatının bir hissəsinə çevrildiyini, amma ondan daha geniş şəkildə istifadə etməyin və faydalanmağın yollarının tapılmalı olduğunu deyib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antnius Bruk bildirib ki, BMT İKT sektorunda mühüm rol oynayır. Onun sözlərinə görə, hazırda 3 milyard insan internetdən istifadə edir və onların sayı hər gün artmaqdadır.

A.Bruk hələ də rəqamsal bərabərsizlik olduğunu, kişilərin internetə giriş imkanlarının qadınlardan artıq oluğunu əlavə edib. Onun sözlərinə görə, Azərbaycan artıq bir neçə ildir BMT-nin İKT-nin inkişafına görə lider ölkələr siyahısına düşüb. Az, rnaycan bu sah, də öz təcrübəsi ilə digər ölkələrə kömək edə bilər.

Sabah da davam edəcək forumda müxtəlif mövzular müzakirə olunacaq


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!