Mehriban Əliyevadan Prezidentlə bağlı paylaşım .....                        Orban İlham Əliyevi təbrik etdi .....                        Makron yeni hökuməti təsdiqlədi .....                        Ağdamda maşın sərxoş piyadanı vurub öldürdü .....                        XİN Başçısı Belqradda Heydər Əliyevin abidəsini ziyarət etdi .....                        Bakıda uçqun oldu: Ölən var .....                        Bakıda vəzifəli şəxsin hamamda meyiti tapıldı .....                        Bakı metrosunun yeni sədri işə başladı .....                        Haluk Levent xəstəxanaya yerləşdirildi .....                       
Tarix : 19-10-2015, 13:32
Vüqar Əhməd Balaxanıda seçiciləri ilə görüşdü

Balaxanı qəsəbəsindəki "Poçt meydan"ında 27 saylı Sabunçu ikinci seçki dairəsindən deputatlığa namizəd Vüqar Əhmədlə (Əhməd Vüqar Mikayıl oğlu) ilə seçicilərin görüşü olub.

Tədbirdə görkəmli elm, sənət xadimləri, ədiblər, musiqiçilər, hüquqşünaslar, xalq və əməkdar artistlər, ustad sənətkarla yanaşı Balaxanı, Pirşağı, Zabrat, Kürdəxanı, Ramana, Sabunçunun ictimaiyyət nümayəndələri, el ağsaqqalları iştirak ediblər. Deputatlığa namizəd, tanınmış şair, filologiya elmləri doktoru, professor Vüqar Əhməd seçicilər tərəfindən hərarətlə qarşılanıb.
Tədbirin aparıcısı, hüquqşünas Əkbər Məmmədzadə namizədin həyat və fəaliyyəti haqqında qısa məlumat verdikdən sonra ilk söz xalq artisti, görkəmli xanəndə Mənsum İbrahimova verildi. Xanəndə qeyd elədi ki, V. Əhməd görkəmli şair, alim olmaqla yanaşı həm də xalqın problemlərilə yaşayan, Qarabağ dərdi ilə nəfəs alan bir ziyalıdır. Mən hamını ona səs verməyə çağırıram.
Vüqar Əhməd Balaxanıda seçiciləri ilə görüşdü

Daha sonra söz tanınmış ədəbiyyatşünas alim, professor Elman Quliyevə verildi. Professor E.Quliyevin deputatlığa namizədin elmi, bədii yaradıcılığından ətraflı, lakonik bəhs edərək qeyd elədi ki, Vüqar Əhməd böyük şair,böyük alim,böyük nasir və Qarabağ və istiqlalımız mövzusunda 3 tarixi roman müəllifidir.Sevilən nəğməkar şair bütün Türk dünyasının böyük oğludur.Siz ona səs versəniz,qazanacaqsınız.Sizi ali məclisdə dərdlərinizə çarə edən layiqli namizəd təmsil edəcək.

Növbəti çıxışçı xalq artisti Musayev Vüqar Əhmədin bütün incənət xadimlərinə qayğısından danışdı və qeyd elədi ki,hamımız ona borcluyuq və minnətdar olmalıyıq.İctimai xadim Məlahət Babayevə Vüqar Əhmədin romanlarının tarixi dəyəri və vətəndaşlıq mövqeyi barədə ətraflı məlumat verdi.Məlahət xanım mövzudan yayayınaraq Balaxanıdakı küçələrin zibillə dolu olması,küçələrdə gölməçə.palçıq,acınacaqlı vəziyyətlə bağlı narahat olduğunu bildirdi.Qeyd elədi ki,bələdiyyə sədri Vüsalə xanım və icra nümayəndəsi Bəybala müəllimə zəng vururam,telefonu götürmürlər.Onların işi yarıtmazdır.Deyirlər ki,icra başçısı tapşırıb ki,Vüqar Əhmədlə görüşə qarışmayın,onsuz da onu qoymayacğam seçilməyə.Daha sonra söz qiraət ustası Pünhan İsmayıllıya verildi.Qiraətçi şair-alimin yaradıcılığı haqqında qısaca bəhs etdikdən sonra fikrini yekunlaşdıraraq qeyd elədi ki,Vüqar Əhməd böyük şair,böyük alim,nəhayət Azərbaycan ziyalılarının generallarından biridir.Qiraətçi çıxışını şairin yaradıcılığından nümunələri səsləndirməklə bitirdi. Hüquqşünas-teleaparıcı Zülfiyyə Bayramova qeyd elədi ki,burada Bilgəh "Qocalar Ev"indəki kimsəsiz qocaları gördüm-kövrəldim. Çünki Vüqar Əhməd mütamadi olaraq qızı Almaxanımla onların görüşünə gedir,qayğılarına qalır.Belə insan parlament oturmağa layiqdir.Yazıcı-tədqiqatçı İradə Əlili,yazışı-jurnalist Alim Nəbioğlu,Balaxanı sakini əməkdar artist,müğənni Mətanət İskəndərli,"İrs"folklor ansamblının bəddi rəhbəri Sidqi Mustafayev,el ağsaqqalı Əziz dayı,əməkdar incəsənət xadimi ,xanəndə Aqil Məlikov namizədin insani keyfiyyətlərindən söhbət açdılar.Daha sonra söz Qarabağ bülbülü Tacir Şahmalıoğluna verildi.Müğənni Vüqar Əhmədin bütün sənətçilərin boynunda haqqı olduğunu söylədi və şairin "Ata"şeirini akapello-dəmyə(müşiyyətsiz)oxudu.İfası sürəkli alqışlarla qarşılandı.Sonda söz deputatlığa namizədə verildi.Vüqar Əhməd 15 dəqiqəlik məzmunlu çıxışı ilə iştirakçıların,seçicilərin gözlərini yaşartdı,kövrəltdi.Natiqin çıxışı sürəkli alqışlarla qarşılandı.
Tədbirdə deputatlığa namizədə dəstək məqsədilə xalq artistləri Firuz Əliyev,Möhlət Müslümov,əməkdar artistlər Teyyub Aslanov,İlkin Əhmədov,Elçin Həşimov,Elnur Əhmədov,xanəndələr Səfər Məmmədov,Həbib Rəhimov,tarzən Məhərrəm Nəcəfzadə,meyxana ustaları Namiq Məna və Bayram Kürdəxanlı,gənc musiqiçilər Emil Bədəlov,Əli və Abbas Əliyevlər,Hacı Hüseyn Məlikov,Məmməd Nəcəfov,əməkdar artistlər Hacı Mirnazim və Toğrul Əsədullayevərlər ,populyar müğənni Manaf Ağayev,müğənni Rauf Bədəlzadə və digər tanınmış şəxsiyyətlər iştirak edirdilər.
Vüqar Əhməd Balaxanıda seçiciləri ilə görüşdü

Dövlət müstəqilliyi günü keçirilən görüş əsil bayram əhval-ruhiyyəsi ilə başa çatdı. Bu görüş xalqın sənətkar oğluna olan məhəbbətinin təzahürü idi.Əziz oxucularımı Vüqar Əhmədin çıxışının videolentini sizə təqdim edirik.
Alim Nəbioğlu,yazıçı-jurnalist


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!