Fransa baş naziri istefa verdi - Makron çətin durumda .....                        Azərbaycandan bu ölkələrə sərt cavab .....                        Ermənistanın Azərbaycana müsbət cavab verməsini gözləyirik - Çavuşoğlu .....                        Rüfət Səfərovla bağlı qərar verildi .....                        Gürcüstan müxalifəti debatdan yayındı .....                        Ceyhun Bayramov Aİ rəsmisi ilə görüş keçirdi .....                        Fransada kütləvi nümayişlər başlayır .....                        Sazişin 90 faizi razılaşdırılıb - Paşinyan .....                        “20 Yanvar”dan Sumqayıta yeni avtobuslar istifadəyə verilir .....                       
Tarix : 3-04-2017, 18:54
Akif Çovdarovun məhkəməsində şahidlər ifadə verib

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin baxış iclası davam edib.

Butov.az-ın Lent.az-a istinadən məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən iclas Sabunçu rayon Məhkəməsinin binasında baş tutub.


Proses haqqında Çovdarovun vəkili Şahin Rəfiyev məlumat verib.


Bu gün prosesdə bir neçə epizod üzrə dinləmələr keçirilib.

Vəkil bildirib ki, iclasda "Real" MTK-nın hazırda həbsdə olan rəhbəri və iş üzrə zərərçəkmiş şəxs olan İlham Qasımov prosesə gətirilib.

Xatırladaq ki, İlham Qasımov hazırda həbsdədir. O, tanınmış şair Gülağa Tənhaya qarşı 13,5 milyon manatlıq dələduzluq etməkdə təqsirləndirilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 15 il azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsində onun cəzası 2 il azaldılıb.

Prosesdə İlham Qasımov ifadə verməkdən imtina edib. O, səhhətində problem olduğunu deyib. Bildirib ki, ittiham aktında yazılanlar çox fərqlidir: "Səhhətim imkan vermir. Danışa bilmirəm. Amma sonra geniş ifadə verəcəm"


Məhkəmədə bildirilib ki, İlham Qasımov gələn proses ifadə verəcək.

Həmçinin "Real" MTK epizodu üzrə İlham Qasımovun qardaşı İslam Qasımov ifadə verib. O bildirib ki, A. Çovdarova pul verməyib: "Təqsirləndirilən şəxslərin heç birini tanımıram. Pulu başqa MTN əməkdaşlarına vermişəm. O zaman məni bir neçə saat MTN-də saxladılar, sorğu-sual edib buraxdılar. Həmin şəxslər də hazırda burda yoxdular".


Daha sonra iclasda “Real” MTK epizodu üzrə digər zərərçəkən Tahir Mirzəyev dindirilib. O da ifadəsində heç bir zərər çəkmədiyini deyib: "Zəng gəldi. MTN-ə dəvət elədilər. Gecə saat 10-ayə qədər orada saxladılar, daha sonra sərbəst buraxdılar. Hər hansı təzyiqə məruz qalmamışam. Otağa salmışdılar. İstədiyim vaxt girib çıxırdım".


Bundan başqa məhkəmədə "Yeni Yasamal" MTK epizodu üzrə Kazım Bağırov, "Texmarin" LTD epizodu üzrə Asif Bədəlov, "Azərtikinti" epizodu üzrə bir neçə şahid dindirilib. Onlar istintaqa verdikləri ifadələri təsdiqləyiblər.


Bu gün prosesdə Çovdarov və digərləri isə heç bir çıxış etməyib.


Məhkəmə aprelin 5-də davam edəcək.

Qeyd edək ki, təqsirləndirilənk şəxslər - Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədrov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!