İranda azı 5 etirazçı öldürülüb .....                        Qızıl ucuzlaşacaq? .....                        BMT-də islahat aparılmalıdır! - Almaniyadan ÇAĞIRIŞ .....                        Bakıda mənzil yandı - tüstüdən zəhərlənən var .....                        Soydaşlarımız vətəndaşlıqdan məhrum edildi .....                        Səudiyyə Ərəbistanı qonşusunu bombaladı .....                        Minlərlə insan bayram günü niyə qazsız qalıb? .....                        Polşa 300 min nəfəri orduya çağırır .....                        Bu şəhərdə Rusiya qarnizonu mühasirəyə alındı .....                       
Tarix : 16-04-2019, 13:55
Bakcell-ə yeni rəhbər təyin olundu

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkətinin yeni baş icraçı direktoru vəzifəsinə cənab Rainer Rathgeber təyin ediləcək. O, şirkətdə fəaliyyətinə növbəti ay ərzində müvafiq prosedurlar bitdikdən sonra başlayacaq.
Butov.az Modern.az-a istinadən xəbər verir ki, telekommunikasiya sahəsində 20 illik iş təcrübəsinə malik olan Rathgeber Avropa və Asiya ölkələrində bir sıra rəhbər vəzifələrdə çalışıb. Almaniyada “Deutsche Telekom AG” strukturlarında rəhbər vəzifələrində çalışan cənab Rathgeber “T-Mobile International AG”də vitse-prezident, “T-Mobile Croatia”da baş icraçı direktor, “Croatian Telekom”da mobil rabitə biznesi üzrə baş əməliyyat direktoru, “OTE Group Greece” və “Romtelecom Romania”da direktorlar şurasının üzvü olub. O həmçinin, Abu Dabidə “Etisalat Groupd”da baş kommersiya direktoru, Nigeriyanın “EMTS” şirkətinin və Pakistanın “PTCL” və “Ufone” şirkətlərinin direktorlar şurasının üzvü, Pakistanın “Ufone” şirkətində baş icraçı direktor, Pakistanın “Ubank” təşkilatında (PTCL qrupunun hissəsi) direktorlar şurasının sədri kimi vəzifələrdə çalışıb.
“Bakcell Azərbaycanın telekommunikasiya sektorunda güclü mövqeyə malikdir və son illərdə xüsusilə böyük nailiyyətlər əldə edib. Bu sırada mən qlobal telekommunikasiya sektorunda böyük əhəmiyyət daşıyan “ən sürətli mobil şəbəkə” və “best in test” (“sınaq nəticələrinə görə ən yaxşı”) mükafatlarını, sürətlə genişləndirilən 4G şəbəkəsini və müştəri xidmətləri sahəsində innovasiyaların tətbiqi kimi məqamları xüsusilə vurğulamaq istərdim. “Bakcell”in davamlı inkişafı üçün öz peşəkar təcrübəmdən və bacarıqlarımdan tam olaraq istifadə edəcəyəm. İnanıram ki, şirkətin peşəkar komandası ilə birlikdə “Bakcell”in bundan sonra da uğurlu inkişafını davam etdirəcəyik”, deyə cənab Rathgeber bildirib.
2016-cı ilin may ayından 2019-cu ilin aprel ayınadək “Bakcell”in baş icraçı direktoru vəzifəsində çalışmış cənab Nikolai Beckers şirkətin uğurlu fəaliyyətinə töhfə verib. Bu illər ərzində Bakcell şirkətinin Azərbaycanın telekommunikasiya bazarındakı mövqeyi daha da güclənib.
Bakcell Azərbaycanda mobil rabitə xidməti göstərən ilk şirkətdir. Şirkətin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təqdim edir. 7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!