Pakistan Taliban liderini öldürüb? .....                        Nəzrinin ölümünə görə həbs olunan həkimə hökm oxundu .....                        Tramp administrasiyası Nobel qərarından qəzəblidir .....                        İrəvanla Bakı “3+3” formatı ilə bağlı razılığa gəlməlidir .....                        Oqtay Şirəliyevin yerinə YENİ TƏYİNAT .....                        AZAL təyyarəsinin qəzası ilə bağlı istintaq başa çatır - Putin .....                        Azərbaycan və Ermənistan deputatları İstanbulda görüşəcək? - AÇIQLAMA .....                        Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vuruldu .....                        Abşeronda qətl - 60 yaşlı kişi öldürüldü .....                       
Tarix : 16-05-2019, 13:16
TDİB yeni layihənin icrasına başlayıb

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycanın müasir yazarlarının əsərlərdən ibarət kitabın nəşri” adlı yeni layihənin icrasına start verilib. Türk Dünyası İnfo” İctimai Birliyinin 4 ay müddətinə həyata keçirəcəyi bu layihə konkret olaraq müstəqillik dövründə yazıb yaratmış, müasir yaradıcılıq baxımından müxtəlif və ədəbi ictimaiyyətin qəbul etdiyi Azərbaycan şairlərinin əsərlərinin xarici auditoriyada tanıdılmasına istiqamətlənib.
Birliyin sədri Dəyanət Osmanlı bldirib ki, Layihə Azərbaycanın müstəqillik dövrünün tanınmış müasir şairlərinin əsərlərindən ibarət örnəkləri ingilis dilinə çevirib, antologiya şəklində nəşr etməklə irəliçi yaradıcılıq nümunələrimizin beynəlxalq aləmdə tanıdılması timsalında mədəniyyətlərin poetik dialoquna həsr olunub. Fikrimizcə, bu gün xarici auditoriya müstəqillikdən əvvəl və sonrakı Azərbaycan ədəbiyyatının, poeziyasının ovqatı, nəbzi ilə daha yaxından tanış olmalıdır. Biz ədəbiyyat, mədəniyyət proseslərini dəyərləndirərək həmin dövr poeziyamızın təbliği və tanıdılması işinə töhfə vermək istiqamətini seçmişik.Müstəqilliyimiz dönəmində müasirliklə səsləşən və millətin düşüncəsini, yaşamını, bağlı olduğu dövlətçilik məfkurəsini tərənnüm edən kifayət sayda əsərlər yaradılıb. Bu nümunələr ölkə miqyasında ictimaiyyət tərəfindən təqdir olunsa da, müxtəlif dillərə tərcümə olunaraq toplu halında dünyaya çatdırılmasına ehtiyac duyulur. Bu sahədə müəyyən fərdi təşəbbüslər göstərilsə də, xarici auditoriyada tam olaraq söz sənətinin ictimai ovqatı, ümumi mənzərəsi barədə tam təəssürat yaradılmayıb. Ona görə də Birlik olaraq öcəki təcrübəmizdən çıxış edib bu dövrdə yaranan poeziya nümunələrini ingilis dilində bir antologiyada cəmləşdirməyi qərara aldıq.
Kitab nəşr olunduqdan sonra təbliği və tanıtım xarakterli təqdimat mərasimi keçiriləcək. Kitab tədbir iştirakçılarına, diplomatik korpus və nümayəndəliklərə, elmi, mədəni, ictimai qurumlara, kitabxanalara paylanacaq.


Paylaş



Bölmə: Sosial / Ədəbiyyat / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!