Masazıra gedənlərin nəzərinə! .....                        Ukrayna üçün vacib sənəd imzalandı .....                        Eldar Əzizov noyabrda təyin etdiyi rəisi işdən çıxardı - Yeni təyinat .....                        Ağsuda maşın aşdı - Ölən var .....                        İran dağılır - İnsanları güllələyirlər .....                        Bakıda güclü duman - Sürət həddi endirildi .....                        Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı anonim sənədlər yayıldı .....                        Bazarda güllələnən azərbaycanlı xəstəxanada öldü .....                        İnsan kimi yeriyə bilən robot hazırlandı .....                       
Tarix : 2-06-2020, 12:02
Azərbaycanın su resursu tələbatı ödəmir? - Ekspert

Azərbaycanın su resursu tələbatdan 10 dəfə çoxdur.
Butov.az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli deyib.
Ekspert bildirib ki, Azərbaycanda kənd təsərrüfatında su problemi bu gün yaranmayıb: “Qazax, Ağstafa və Tovuz rayonları Kürə çox yaxındır. Bu gün rayonlarda, eləcə də ölkənin bütün regionlarındakı su problemini həll etmək üçün heç bir səbəb yoxdur. Bəzən bunu qlobal iqlim dəyişikliyi, eləcə də havanın quraq keçməsi ilə əlaqələndirirlər. Amma nəzərə almaq lazımdır ki, su maye olaraq heç vaxt azalmır. Əgər iqlim dəyişikliyi olubsa, bu o deməkdir ki, əvvəlki illərdən fərqli olaraq intensiv yağışlar yağıb.
Düşən dolu, yağan yağış su mənbəyidir. Sovet dövründə bu suları bir anbara yığıb suvarmada istifadə edirdilər. Bu gün də yağış yağırsa, o su yığılmalıdır. Dolu düşməməsi üçün xüsusi toplar vasitəsilə dolunu neytrallaşdırıb yağış halına salmaq olar. Nəticədə dolu təsərrüfata ziyan yox, fayda verər”.
Vahid Məhərrəmli hesab edir ki, Azərbaycanın su resursu tələbatdan 10 dəfə çoxdur: “Əgər o sudan səmərəli istifadə olunarsa, bütün ölkədə suvarma suyuna olan ehtiyacı 100 faiz təmin edər. Problem idarəetmədədir, fermerlər də əziyyət çəkirlər. Suyun olması o demək deyil ki, fermerin problemi həll olunacaq. Kənd təsərrüfatında həllini gözləyən kifayət qədər problem var. Su olan yerdə bəzən bitki o suyu normal qəbul etmir. Hətta su olan yerlərdə belə, məhsuldarlıq aşağıdır".
Ekspertin qənaətincə, Kür çayı yaxın rayonların ərazilərinin suvarılmasına imkan verir: “Ölkənin kifayət qədər maliyyə resursu və su ilə təminatı həll edə biləcək adamları da var. Yaxşı olar ki, deputatlar bu məsələni rayon səviyyəsində həll etsinlər. Yerlərdə təşkilati məsələlər öz həllini tapmayıb. Problem suyun səmərəli idarəetməsində olub və yenə də var”.
Xatırladaq ki, bu gün Milli Məclisin növbədənkənar iclasında deputatlar Qənirə Paşayeva və Səməd Seyidov təmsil etdikləri rayonların suvarma problemini qabardıblar. Qənirə Paşayeva qeyd edib ki, əhalinin gəlir mənbəyi kənd təsərrüfatıdır: "Amma suvarma sistemlərinin inkişafı olmadan kənd təsərrüfatını inkişaf etdirmək mümkün deyil. Tovuzda kənd təsərrüfatı mövsümü başlayıb. İnsanlar deyirlər ki, bu il də ötən il olduğu kimi, quraqlıq olacaqsa, nə ilə qarşılaşacağıq, məhsuldarlıq necə olacaq?"
Millət vəkili Səməd Seyidov isə su probleminin ümumrespublika probleminə çevrildiyini deyib.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!