Xamenei ABŞ ilə danışıqlara razılıq verib .....                        Kartof alan ölkədən kartof satan ölkəyə çevrilmişik .....                        Ölkədə bəzi avtomobillər kəskin bahalaşıb .....                        Azərbaycan 144 milyonluq meyvə-tərəvəz satıb .....                        Laricaninin yerinə o təyin olundu .....                        Qədim Azərbaycan şəhərində 4 ballıq zəlzələ olub .....                        Buzovnada qaya daşlarını zədələyən şəxsə cinayət işi açılıb .....                        “Parni iz Baku”nun daha bir üzvü vəfat etdi .....                        Xarq adası uğrunda döyüşlər başlayacaq .....                       
Tarix : 12-07-2021, 11:47
Türkiyəli psixoloqlar Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji problemlər yaşayan 1800 nəfərə yaxın şəxsə yardım göstərib

Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji problemlər yaşayan vətəndaşlara yardım məqsədilə Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Türkiyədən dəvət edilmiş peşəkar klinik-psixoloq və psixoterapevtlərin iyulun 12-də mətbuat konfransı keçirilib.
Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, mətbuat konfransında jurnalistlərin suallarını FHN-ni Tibbi və psixoloji yardımın təşkili şöbəsinin rəisi, tibb xidməti polkovnik-leytenantı Xanım Sofiyeva və Türkiyədən ölkəmizə gələn peşəkar klinik-psixoloq və psixoterapevtlərdən ibarət nümayəndə heyətinin rəhbəri Selçuk Demirtaş cavablandırıb.
Şöbə rəisi Xanım Sofiyeva bildirib ki, bu müddət ərzində ümumilikdə 1800 nəfərə yaxın Vətən müharibəsi iştirakçısı, qazi, şəhid ailəsi üzvü və erməni terrorundan zərər görmüş digər şəxslərə yardım göstərilib: "Psixoloji yardım Bakı şəhəri ilə yanaşı, terrordan ən çox ziyan görmüş Gəncə və Bərdədə, həmçinin respublikanın cənub bölgəsini əhatə etməklə Lənkəran və şimal bölgəsini əhatə edən Qəbələ şəhərində də müharibədən və erməni terrorundan fiziki-mənəvi zərər görmüş vətəndaşlarımızın psixoterapevtik reabilitasiyası həyata keçirilib. Ümumilikdə ötən müddət ərzində bütün regionlar üzrə FHN-in “112” qaynar telefon xətti vasitəsilə mütəxəssislərin qəbuluna yazılmış 1800 nəfərə yaxın Vətən müharibəsi iştirakçısı, qazi, şəhid ailəsi üzvü və erməni terrorundan zərər görmüş digər şəxslərə 4 mindən çox psixoterapevtik seanslar təşkil edilməklə müvafiq yardımlar göstərilib".
X.Sofiyeva qeyd edib ki, iyulun 13-dən etibarən Sumqayıt şəhərində müharibədən və erməni terrorundan fiziki-mənəvi zərər görmüş vətəndaşlarımızın psixoterapevtik reabilitasiyasına başlanılacaq. Seanslar Zülfi Hacıyev küçəsi 79 ünvanında yerləşən Yeni Azərbaycan Partiyasının binasında həyata keçiriləcək.
Məlumata əsasən, bu günədək Gəncədə 225, Bərdədə 245, Lənkəran və Qəbələdə isə müvafiq olaraq 144 və 125 vətəndaş psixoloji yardım üçün qəbula yazılıb.
Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən 20 nəfərdən ibarət Türkiyəli psixoloqlar heyəti Vətən Müharibəsi nəticəsində mənəvi-psixoloji problemlər yaşayan vətəndaşlara yardım məqsədilə cari ilin yanvar ayında dəvət edilib.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!