Zelenski: Rusiya və Belarusdan başqa hər yerdə görüşə hazırıq .....                        "Real Madrid" Avropa Superliqasından çıxıb .....                        Körpələrin ölümündə təqsirləndirilən mərkəz direktoru: "493 nəfərin əvəzinə işləməli deyildim" .....                        Ukraynanın bu il üçün 60 milyard avro yardıma ehtiyac var .....                        Ata mülkünə görə xəstə qardaşını amansızlıqla döydü .....                        Olimpiya çempionlarımız "Böyük Dəbilqə" turnirində yarışacaq .....                        Məşhur salonlar şəbəkəsinin rəhbəri bloqerin 150 minini mənimsəyib? .....                        Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhidin nəşi 34 il sonra tapıldı .....                        Azərbaycanda ana 40 günlük körpəsindən İMTİNA EDİB .....                       
Tarix : 10-10-2016, 12:06
Azərbaycanda psixoloq şəbəkəsi genişləndiriləcək


Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində Ümumdünya Psixi Sağlamlıq Gününə həsr olunmuş konfrans keçirilib.

Butov.az-ın APA-ya istinadən xəbərinə görə, tədbirdə psixi sağlamlıq sahəsinin aparıcı mütəxəssisləri, Ümümdünya Səhiyyə Təşkilatının ölkədəki ofisinin, Fövqəladə Hallar Nazirliyinin, Ədliyyə Nazirliyinin nümayəndələri iştirak ediblər.

ÜST-nin Azərbaycan nümayəndəliyinin mütəxəssisi Cəvahir Süleymanova bildirib ki, Psixi Sağlamlıq Günü 1992-ci ildən etibarən müntəzəm olaraq hər il 10 oktyabr tarixində qeyd olunur. O deyib ki, bu ilin mövzusu ilkin psixoloji yardımdır.

Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov dövlət tərəfindən ilkin və ixtisaslı psixoloji yardıma ayrılan diqqətdən danışıb. O qeyd edib ki, Səhiyyə Nazirliyi tərəfindən 2016-cı ildən etibarən böyük tibb müəssisələrində psixoloq ştat vahidləri açılıb. Mərkəzin şöbə müdiri Səbinə Kərimova Səhiyyə Nazirliyinin qərarı ilə ən çox ehtiyac duyulan müəssisələrdə psixoloqların fəaliyyət göstərdiyini söyləyib. Gələcəkdə ölkədə psixoloq şəbəkəsinin daha da genişləndiriləcəyini vurğulayan S. Kərimova qeyd edib ki, son illər Azərbaycanda psixoloji müayinələrin sayı artıb: “Əvvəllər insanlar psixoloqa müraciət etməyə utanırdılar. Psixoloqa, psixiatra müraciət edənlərə xəstə, problemli biri kimi baxırdılar. Hazırda bu stiqma aradan qalxıb. İlkin psixi yardım sayəsində stressli, gərgin halların sonradan törədə biləcəyi ciddi problemlərin qarşısını almaq mümkündür”.

Tədbirin davamında mərkəzin direktor müavini Rüstəm Salayev və psixoloq Aygün Sultanova təqdimatla çıxış ediblər.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!