Paşinyan: “Açığı, mənim bu suala cavabım yoxdur” .....                        Prezidentin Rusiyaya səfəri başa çatdı .....                        Sülhməramlılar Ermənistanın bu bölgələrinə yollanır .....                        Paşinyan Bakı və İrəvan arasında imzalanan sazişdən danışdı .....                        Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə getdi .....                        BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir .....                        Prezidentlər BAM-ın veteranları və işçiləriylə görüşdülər - ViDEO .....                        Peskov süıhməramlılarla bağlı önəmli açıqlama verdi .....                        Gürcüstan Bakı və İrəvanın razılaşmasını alqışlayır .....                       
Tarix : 18-08-2021, 12:27
ABŞ səfiri: Naxçıvan beynəlxalq turistləri qəbul etmək üçün ideal bir məkandır


Gözəl bir diyar olan Naxçıvana mənim ilk səfərimdir və muxtar respublikaya gəlişimdən məmnunluq duyuram. İlk olaraq səfərin yüksək səviyyədə təşkilinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə öz minnətdarlığımı bildirirəm. Son iki gün ərzində mənim burada müxtəlif rəsmi nümayəndələr, elm adamları, qadın sahibkarlar, eyni zamanda, Amerika Birləşmiş Ştatları proqramlarının məzunları ilə görüşmək imkanım oldu.

Bu sözləri Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer Möminə xatın türbəsinin önündə media nümayəndələrinə müsahibəsində deyib.

“Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri kimi mən bu gözəl ölkəni gəzib görmək istəyirəm və uzun müddət idi ki, Naxçıvana gəlmək arzusundaydım. Təəssüf ki, koronavirus infeksiyasının yayılması ilə əlaqədar olaraq Bakıdan kənara çıxmağım mümkün olmurdu. Lakin hazırda Azərbaycanda milyonlarla insan vaksinasiya olunduğuna görə, səyahət etmək mümkündür”, - deyən diplomat qeyd edib ki, bu ilin iyul ayının sonlarında Amerika Birləşmiş Ştatlarının Oklahoma ştatının qubernatorunu Gəncə və Zəngilana səfərdə müşayiət etmişəm. Bir həftə sonra Şəki və Qaxda oldum. Bu dəfə isə gözəl Naxçıvandayam.

Səfir vurğulayıb ki, Amerika-Azərbaycan münasibətlərində üç istiqamət daha çox diqqət çəkir. Bura təhlükəsizlik, iqtisadi və enerji, insan haqları, qanunun aliliyinə dəstək sahələrində əməkdaşlıq əlaqələri aiddir. Amerika bu istiqamətlərdə Azərbaycanla əməkdaşlığını genişləndirmək niyyətindədir. Misal üçün, biz Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinə narkotik qaçaqmalçılığına və digər qaçaqmalçılıqla mübarizə istiqamətində dəstək verə bilərik. Eyni zamanda, Amerika şirkətləri üçün hər iki ölkəyə faydalı ola biləcək əməkdaşlıq imkanlarını müəyyənləşdirməkdə maraqlıyıq. Ən vacibi isə biz Naxçıvandan daha çox tələbənin Amerika Birləşmiş Ştatları tərəfindən maliyyələşən dövlət proqramlarında iştirak etməyini arzulayırıq. Muxtar respublikaya səfərdə bütün bu işlər üçün zəmin yarada bilmişik.

Həyat yoldaşı ilə birlikdə Naxçıvanın məşhur turistik yerlərində olduğunu qeyd edən Örl Litzenberqer nümunə kimi Duzdağ Fizioterapiya Mərkəzinin, Xan sarayının, Naxçıvanqalanın adını çəkib. Bildirib ki, səfərimin son günündə Əlincəqalaya getməyi planlaşdırır. Burada müşahidə etdiyimiz qonaqpərvərlik bir daha onu göstərir ki, Naxçıvan beynəlxalq turistləri qəbul etmək üçün ideal bir məkandır.

Naxçıvanla bağlı zəngin təəssüratlara malik olduğunu vurğulayan səfir deyib: “Buranın təbii gözəlliyi füsunkardır, eyni zamanda, muxtar respublikanın havası çox təmizdir. Mən burada özümü çox rahat hiss etdim. Naxçıvanın mədəniyyətini və tarixini xüsusi vurğulamaq istərdim. Naxçıvanın tarixi zamanın əvvəlinə gedib dayanır. Ən çox məni xoş mənada heyrətləndirən bu yerin insanları oldu. Qonaqpərvərliyiniz, həqiqətən də çox təsiredicidir və mən Naxçıvan insanının ortaya qoyduğu bu isti, səmimi münasibətdən hədsiz dərəcədə məmnun qaldım. Düşünürəm ki, bu mənada, muxtar respublika dünyanın ən parlaq insanlarına sahib olan yerlərdən biridir. Eyni zamanda buranın çox dadlı, ləziz mətbəxi, yeməkləri var. Fikrimcə, Naxçıvanın turizm potensialı haqqında danışanda limit sadəcə səmadır. Çünki muxtar respublikanın çox böyük turizm potensialı var. Naxçıvanın təbii gözəlliyini, mədəniyyətini, mətbəxini xüsusi qeyd etmək lazımdır. Bu baxımdan hesab edirəm ki, dünya pandemiyadan sonrakı mərhələyə keçid alandan sonra siz Naxçıvana gələcək turistlərin sayının artacağının şahidi olacaqsınız. Mənə gəldikdə isə, Amerikadakı bütün dost və həmkarlarıma Naxçıvan haqqında məmnunluqla bəhs edəcəyəm”.


Paylaş



Bölmə: Sosial / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!