AAYDA sürücülərə müraciət etdi - DİQQƏTLİ OLUN .....                        Qurumlar Bibiheybət yolundakı sürüşmə ilə bağlı MƏLUMAT YAYDI .....                        Azərbaycanın 11 boksçusu beynəlxalq turnirin finalına yüksəldi .....                        "İrana müharibə dövrünün ən güclü zərbəsi endiriləcək" .....                        Əliyar Ağayevə cəza verildi .....                        Ermənistanda nazirlik binasında silahlı insident: Yaralanan var .....                        Sabah 18 kənddə işıq olmayacaq .....                        Fidan Əraqçi ilə danışdı .....                        Prezidentin Gürcüstan səfəri başa çatdı .....                       
Tarix : 29-09-2021, 06:53
Yaponiyanın Azərbaycandakı səfiri Ağcabədi rayonuna səfər edib


Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada sentyabrın 28-də Ağcabədi rayonuna səfər edib.

Butov.az AZƏRTAC-a istinad edərək xəbər verir ki, rayon icra hakimiyyətində keçirilən görüşdə səfirə Ağcabədi rayonunun tarixi, iqtisadiyyatı, mədəniyyəti barədə səfirə ətraflı məlumat verilib. Rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov deyib ki, Yaponiya da müharibədən əziyyət çəkmiş ölkədir. Ermənilər tərəfindən dağıdılmış, yerlə-yeksan edilmiş şəhərlərimizi görənlər bu yerləri Xirosimaya bənzədirlər. Lakin artıq ədalət qalib gəlib. Ötən il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun Zəfər qazanması ilə başa çatıb. Bu gün azad olmuş torpaqlarımızda böyük quruculuq işləri gedir. İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində ciddi ziyan dəyən bölgələrimizdən biri də Ağcabədi rayonu olub. Hazırda rayon ərazisində müharibə dövründə zərər görmüş evlər bərpa olunur, tamamilə dağılmış evlər isə yenidən tikilir.
Yaponiya hökumətinin qrant yardımı proqramı çərçivəsində Ağcabədi rayonunda reallaşdırılan layihələr barədə də məlumat verən icra hakimiyyətinin başçısı belə humanitar tədbirlərin bundan sonra da davamlı xarakter daşıyacağına əminliyini ifadə edib, əməkdaşlıqla bağlı bir sıra təkliflər səsləndirib.
Ağcabədi rayonuna səfəri çərçivəsində səfir Cuniçi Vada "Ot kökləri və İnsan Təhlükəsizliyi" üzrə Qrant Yardımı Proqramı çərçivəsində Şərəfxanlı kəndində inşa edilmiş uşaq bağçasına baş çəkərək oradakı şəraitlə tanış olub. Bağçadakı uşaqların gözəl və əyləncəli vaxt keçirməsindən məmnunluq duyduğunu bildirən səfir bu istiqamətdə xidmətləri bundan sonra da davam etdiriləcəyini bildirib.


Paylaş



Bölmə: Sosial / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!