Pəhləvidən ABŞ-yə çağırış: İrana hərbi müdaxilə edin! .....                        TRIPP-in Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz reallaşacaq .....                        Marta Kos: Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı .....                        Prezident: Bağlantılar və marşrutlar Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq .....                        İlham Əliyev Zelenski ilə görüşdü - FOTO .....                        ABŞ həmişə Avropanın övladı olacaq - RUBİO .....                        Fidan Qəzzanı idarə edəcək komitə üzvləri ilə görüşdü .....                        Azərbaycan Prezidenti: “Bizim sərhədlərimizdə sülh qurulur” .....                        İlham Əliyev: "Xəzərin dibi ilə fiber-optik layihə hazırlanır" .....                       
Tarix : 14-09-2015, 13:58
Azərbaycanın sığorta-pensiya sistemində İKT-nin tətbiqi üzrə uğurlu təcrübəsi beynəlxalq konfransda təqdim edilib


Butov.az AzərTac saytına istinadən nəzərinizə çatdırır ki, bu günlərdə Qazaxıstan Respublikasının Astana şəhərində Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) "Sosial sığortada informasiya kommunikasiya texnologiyaları" üzrə 14-cü beynəlxalq konfrans keçirilib. Qazaxıstan Respublikasının Səhiyyə və Sosial İnkişaf Nazirliyi və Dövlət Sosial Təminat Fondu ilə birgə təşkil olunmuş konfransda 50 ölkədən 75 təşkilatı təmsil edən 300-ə yaxın rəhbər işçi, informasiya texnologiyaları üzrə menecer və ekspertlər, eləcə də BSTA rəhbərliyi və katibliyi geniş tərkibdə iştirak edib.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a verilən məlumata görə, tədbirin ilk günündə Fondun İnformasiya texnologiyaları şöbəsinin müdiri Sabir Qocayev "İKT-nin tətbiqi ilə sığorta-pensiya sisteminin effektiv idarə edilməsi: Azərbaycan Respublikasının təcrübəsi" mövzusunda təqdimat edib. Təqdimat iştirakçılar arasında böyük maraq yaradıb və qaldırılan suallar ətrafında müzakirələr aparılıb. Eyni zamanda, konfransın gedişi zamanı bir sıra ölkələrin sığorta-pensiya qurumlarının nümayəndələri ilə ikitərəfli müzakirələr aparılıb.

Üç gün davam edən konfransda sosial müdafiə sahəsində informasiya kommunikasiya texnologiyalarının hədəfləri və prinsipləri, eləcə də siyasi və strateji perspektivləri, İKT sənayesinin inkişaf istiqamətləri, irimiqyaslı proqram-texniki sistemlərin tətbiqi üzrə cari təcrübələr və təkrar tətbiq oluna bilən standart yanaşmaların reallaşdırılması üçün baza texnologiyalara dair təqdimatlar edilib və geniş müzakirələr aparılıb.


Butov.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!