Nəzrinin ölümündə günahlandırılan həkim barədə qərar verildi .....                        Sayt rəhbərinə hökm oxundu .....                        İlham Əliyevdən Davos paylaşımı .....                        Hacıqabulda 14 ton qida yandı .....                        Türkiyədə dəhşətli yanğın: ölənlərin sayı 76-ya çatdı .....                        Akşenerin partiyasından istefa vermişdi: Ərdoğanın partiyasına qoşuldu .....                        Ümit Özdağ barədə həbs qərarı verildi .....                        İlyas İsmayılov komaya düşdü .....                        Vəzifəsinin ilk günündə məhkəməyə verildi .....                       
Tarix : 16-05-2016, 14:35
Alimdən SOS: yediklərimiz faciəyə səbəb ola bilər



Bazarlarda satılan xiyarların əksəriyyəti sağlamlıq üçün təhlükəlidir.

Butov.az xəbər verir ki, bunu Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, kənd təsərrüfatı elmləri namizədi Ənvər Əliyev Publika.az-a müsahibəsində deyib.

Onun sözlərinə görə, istifadə etdiyimiz meyvə-tərəvəzin bir çox növü xaricdən gətirilir:

“Uzun müddətdir klassik pomidor sortlarını itirmişik. Yalnız iyul və avqust aylarında klassik pomidor yemək lazımdır. Həmin pomidoru tanımaq çətin deyil. Həmin məhsulda pomidorun qoxusu və dadı hiss olunur. Bu gün satışda olan pomidorların əksəriyyəti elə sortlardır ki, onlar uzaq məsafələrə daşına bilir. Dünyanı narahat edən əsas problemlərdən biri geni dəyişdirilmiş bitkilərdir ki, onların torpaqdan nə aldığı və insana nə verəcəyi elmə məlum deyil. Bu, yəqin ki, nə vaxtsa nüvə reaksiyası kimi faciələrin mənbəyi də ola bilər. Pomidor bir çox ağır xəstəliklərin müalicəsində istifadə edilir. Onun tərkibindəki bir sıra vitaminlər, üzvü turşular insan orqanizmi üçün son dərəcə vacibdir. Bu aylarda bazarlarda satılan pomidorda həmin vitamin və turşular yoxdur. Bu gün bazarlarda satılan xiyarların da əksəriyyəti sağlamlıq üçün təhlükəlidir. Onun geni dəyişdirilməsə belə, qapalı sistemdə saxlandığına görə tərkibinə çoxlu kimyəvi maddələr vurulur. Ən təhlükəlisi də budur ki, həmin maddələr meyvə vaxtı vurulur. Kimyəvi maddələr bar vasitəsilə bədənimizə daxil olur. Gələcəkdə onun bədənimizə bir çox fəsadlara səbəb olması istisna edilmir.

Çiyələkdə də vəziyyət oxşardır. Klassik çiyələk bir gecə qalandan sonra xarab olurdu. İndi isə çiyələyi günlərlə saxlayırıq, hətta xarici ölkələrdən günlərlə yol gəlir, amma əzilmir. Bir sözlə, insanın min illər əvvəl babalarının yemədiyi bitkini yeməsi bir gün fəsad verəcək.

Tarixən bu torpaqlarda yetişən bitkilərin hər birinin yeyilmə vaxtı olub. İndi isə qış vaxtı tərkibini bilmədiyi bir pomidoru yeyən azərbaycanlının nə düşündüyünü anlaya bilmirəm. O pomidorun tərkibi bizə məlum deyil və o, heç bir effekt verə bilməz. Axı belə olan halda o pomidoru nə üçün yeməliyik? Ən dəhşətlisi isə, hamilə qadınlar və uşaqların bu qidaları qəbul etməsidir. Çünki onların bədəni çox həssas olur”.

İnsanların müasir dövrdə düzgün qidlanmadığını deyən Ənvər Əliyev ağartı məhsullarının da keyifiyyətli olmadığını qeyd edib:

“Azərbaycan dünya həkimlərinin bostanına çevrilib. Bunun səbəbi bizim düzgün qidalanmadan uzaqlaşmağımızdır. Dədə-babadan ağartı məhsulları gündəlik qidalar sırasında olub. Lakin bu gün insanlar bu qidalardan da uzaqlaşıblar. Ancaq hər ağartı məhsulu da keyfiyyətli deyil. Bu qidaların özünün də sağlam olmasına diqqət edilməlidir. Həmin heyvanlar elə yerdə qidalanmalıdır ki, ətinə, südünə zərərli maddələr keçməsin”.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!