Zurabişvili gecəni prezident sarayında qalacaq .....                        Qəzada həlak olanların cənazəsi Bakıya gətirildi .....                        Narinin işində qərar: atası, qardaşı və əmisinə ömürlük həbs .....                        Goranboyda ağır qəza - 6 nəfər yaralandı .....                        Azərbaycan təyyarəsinin vurulması ilə bağlı cinayət işində yenilik .....                        Lavrov Bayramovla təyyarə qəzasını müzakirə etdi .....                        Əhliman Əmiraslanov təyyarə qəzasında xəsarət alanları ziyarət etdi .....                        Putin Tokayevə də zəng etdi - Təyyarə qəzasına görə... .....                        Milli Qəhrəmanın oğlunun toyudur .....                       
Tarix : 20-02-2017, 10:25
1 ay ərzində nazirliyə daxil olan şikayətlər

İqtisadiyyat Nazirliyi vətəndaşlarla işin səmərəliliyinin artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə göstərdiyi xidmətlərin elektronlaşdırılması, mövcud xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, o cümlədən 195-2 Çağrı Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlərini davam etdirir.

Butov.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, 2017-ci ilin yanvarında Çağrı Mərkəzinə 1300-ə yaxın müraciət daxil olub. Bu müraciətlərin 950-dən çoxu canlı rejimdə, 293-ü isə səsli menyu vasitəsilə cavablandırılıb. Çağrı Mərkəzinin işinin operativlilik, nəzakətlilik və rahatlıq prinsipləri əsasında həyata keçirilməsinə daim nəzarət edilir, bu sahədə vətəndaş məmnunluğunu nəzarətdə saxlamaqla mərkəzdə çalışan əməkdaşlar üçün spesifik seminarlar, vətəndaşları dinləmə və izahetmə bacarıqlarını inkişaf etdirən müxtəlif treninqlər keçirilir.

Müraciətlər əsasən, sahibkarlığın inkişafı, güzəştli kreditlərin əldə olunması, istehlakçıların qanuni hüquqlarının müdafiəsi, lisenziyaların və investisiya təşviqi sənədinin verilməsi, qeyri-neft məhsullarının ixracının dəstəklənməsi mexanizmləri, "Made in Azerbaijan" brendinin təşviqi və nazirliyin səlahiyyətlərinə aid digər məsələlər barədə olub. Nazirliyin 7 fəaliyyət istiqaməti üzrə məlumat verən Çağrı Mərkəzinin səsli menyusundan istifadə edənlər isə daha çox güzəştli kreditlərin əldə edilməsi barədə məlumatlar əldə ediblər.

Yanvar ayında Çağrı Mərkəzinə daxil olmuş müraciətlərin 62 faizi Bakı şəhərinin, 38 faizi isə regionların payına düşüb.
Çağrı Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, xüsusi araşdırma tələb edən müraciətlər isə qanuna müvafiq qaydada baxılaraq, müvafiq tədbirlər görülməsi məqsədilə nazirliyin aidiyyəti strukturlarına təqdim edilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə qanunvericiliyə uyğun olaraq cavablandırılması üçün aidiyyəti üzrə yönəldilib.

Qeyd olunub ki, 195-2 Çağrı Mərkəzi İqtisadiyyat Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətləri birbaşa və ya araşdırıldıqdan sonra cavablandırır, məlumatlandırma və məsləhət xidməti göstərir, şikayətləri qəbul edir.

Xüsusi avadanlıqlarla və avtomatlaşdırılmış sistemlə təchiz olunmuş müasir xidmət zalında fəaliyyət göstərən Çağrı Mərkəzi ilə ölkə ərazisində bütün sabit və mobil telekommunikasiya şəbəkələrindən birbaşa əlaqə saxlamaq mümkündür. Stasionar telefonlardan daxil olan bütün zənglər və 195-2 tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!