Göygöldə 40 yaşlı kişini öldürüb dərəyə atan şəxs saxlanılıb .....                        "Sabah"ın baş məşqçisi: "Ölkədə təkcə "Qarabağ" yox, başqa komandalar da var" .....                        Tramp Azərbaycanı Vaşinqtona dəvət etdi .....                        Suriyada daşqınlar: Üç nəfər ölüb, ikisi uşaqdır .....                        Əsədin son günləri: Reallıqdan qopmuş, videooyunlara aludə lider .....                        Gəncədə iki avtomobil toqquşdu, piyada xəsarət aldı .....                        Zelim Tçkayev Paris “Böyük Dəbilqə”sində finala yüksəldi .....                        Sabahdan Türkiyədən toyuq məhsullarının ixracı dayandırılacaq .....                        Qubada bir ailənin 8 üzvü qonaqlıqda qidadan zəhərlənib .....                       
Tarix : 20-02-2017, 18:13
Dövlətdən işsizləri sevindirəcək addım — Ailələrə yardım ediləcək

Azərbaycan Prezidenti İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, aztəminatlı ailələrin özünüməşğulluğunun təmin olunması tədbirləri davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində bu günə olan məlumata əsasən, artıq 103 ailəyə fərdi təsərrüfatlarını qurmaları üçün aktivlər (mal və materiallar) alınıb verilib.
Butov.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Ölkə.Az"-a verilən məlumata görə, bu sahədə ilk tədbir cəbhə bölgəsində yerləşən Tərtər rayonunda həyata keçirilib və həmin rayonda 11 aztəminatlı ailə biznes imkanlarına yiyələnmələri üçün mal və materiallarla təmin edilib. Həmçinin Laçın rayonu üzrə 12, Hacıqabul rayonu üzrə 8, Ağcabədi rayonu üzrə 10, Beyləqan rayonu üzrə 14, Xocavənd rayonu üzrə 10, Qəbələ rayonu üzrə 9, İsmayıllı rayonu üzrə 13, Göyçay rayonu üzrə 11, Ağsu rayonu üzrə 5 ailənin özünüməşğulluq fəaliyyətinin təşkili üçün aktivlərlə təminatı həyata keçirilib.

Hazırda proqrama uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizin rayon və şəhərlərində ailələrə fərdi təsərrüfatlarını qurmaları üçün mal və materialların alınıb verilməsi işləri davam etdirilir.

Dövlət başçısının qeyd olunan Sərəncamı əsasında icra olunan özünüməşğulluq proqramı ailələrin fərdi təsərrüfatlarını, fərdi bizneslərini qurmaqla özünüməşğulluğuna, əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərini artırmalarına, digər tərəfdən kiçik və orta sahibkarlığın inkişafına xidmət edir. Proqramın icrası işləri çərçivəsində 2016-cı ilin 01 aprel tarixinədək Məşğulluq Mərkəzlərində işaxtaran və işsiz kimi qeydiyyatda olan və özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edən şəxslər arasından proqramda iştirak imkanları olanlar seçilərək iki aylıq təlim kurslarına cəlb olunublar. Kursları uğurla başa vuranların hazırladıqları biznes-planların qiymətləndirilməsi prosesi keçirilib. Qiymətləndirmədə onlardan 80 faizinin biznes planları uğurlu hesab edilib və ailə təsərrüfatlarını qurmaları üçün aktivlərlə təmin olunmalarına başlanılıb.

Xatırladaq ki, özünüməşğulluq proqramı çərçivəsində təqribən 1500 ailəyə fərdi təsərrüfatlarının yaradılması üçün mal və materiallar verilməsi, beləliklə, ailə bizneslərinin qurulması yolu ilə onların əmək qabiliyyətli üzvlərinin özünüməşğulluğuna şərait yaradılması nəzərdə tutulub.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!