Qazaxıstan nefti Bakı–Tbilisi–Ceyhan kəmərinə yönəldir .....                        Murad Quliyev barəsində başlanılmış cinayət işi üzrə istintaq başa çatdı .....                        Kreml Avropa liderlərini Moskvaya dəvət etdi .....                        "Söyüş blogerləri"nin ekstradisiyası niyə baş tutmur? - Səbəblər AÇIQLANDI .....                        İlham Əliyev Fərman imzaladı .....                        Putin Trampın elçisi ilə kürəkənini 3 saat gözlədib .....                        Dövlət Xidmətlərinin Elektron Reyestri yaradılacaq .....                        Yasamalda onlarla ailə məhkəməyə kütləvi müraciət hazırlayır - QALMAQAL .....                        Daha bir minib-düşmə yeri yaradıldı - FOTO .....                       
12-11-2025, 16:37
Hamiləlik və doğuma görə verilən müavinətlərin ümumi məbləği artırılır


Hamiləlik və doğuma görə verilən müavinətlərin ümumi məbləği artırılır

2026-cı ildə Azərbaycanda hamiləlik və doğuma görə verilən müavinətlərin ümumi məbləği 71 milyon manat olacaq.
Bu barədə Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2026-cı il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, bu göstərici 2025-ci illə müqayisədə 9,2 % çoxdur.
Gələn il üzrə orta müavinət məbləğinin 3 676 manata qədər artacağı, müavinət alanların sayı isə 19 310 nəfər təşkil edəcəyi gözlənilir.
Artımın əsas səbəbi kimi minimum əməkhaqqı və sosial təminat məbləğlərinin yüksəlməsi, eləcə də işçi qadınların sosial sığorta haqları üzrə ödənişlərinin artması göstərilir.
Hesablama Palatası vurğulayıb ki, bu artım ailələrin sosial müdafiəsinin gücləndirilməsinə və uşaq doğumu ilə bağlı sosial ödənişlərin adekvatlığının artırılmasına xidmət edir.
11-11-2025, 13:33
İşdən icazə almaq asanlaşdı - YENİLİK


İşdən icazə almaq asanlaşdı - YENİLİK

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsisteminin “İşəgötürən və işçi arasında rəsmi yazışmalar” bölməsində işdən qısamüddətli icazələrin e-rəsmiləşdirilməsi imkanı da yaradılıb.
Yeni funksionallıq işəgötürənlər üçün prosesi sadələşdirərək onun idarə olunması imkanlarını genişləndirib.
Belə ki, işəgötürənlər icazə limitlərinin təyin edilməsi zamanı “Xidməti icazə işçilərin saat limitindən hesablansın?” bölməsində “Bəli” və ya “Xeyr” seçimləri vasitəsilə bu funksionallığı aktiv və ya deaktiv edə bilirlər.
Xidmət aktiv olduqda, bu müddət “Xidməti” icazə kimi qeydə alınır və işçinin ümumi icazə saatlarına daxil edilmir.
Yeni imkan işçi və işəgötürənlər arasında rəsmi yazışmaların daha çevik və şəffaf şəkildə aparılmasına, həmçinin daxili əmək proseslərinin rəqəmsal şəkildə daha səmərəli idarə olunmasına şərait yaradır.
5-11-2025, 14:26
Nazirlik pensiya artımı barədə MƏLUMAT YAYDI


Nazirlik pensiya artımı barədə MƏLUMAT YAYDI

Qanunvericilik əsasında hər il bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, əvvəlki ilin orta aylıq əməkhaqqı artımı ilə bağlı rəsmi statistik göstərici əsasında indeksləşdirilərək artırılır.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Açıqlamada qeyd olunur ki, proqnoz göstəricilərə əsasən 2026-cı il üzrə indeksasiyanın təqribən 9,2% səviyyəsində olması, orta pensiyanın məbləğinin isə yenə də 9,2% artaraq 590 manata, yaşa görə pensiyanın məbləğinin isə 629 manata çatması proqnozlaşdırılır.
2-11-2025, 15:23
"Kəlağayı Günləri - 2025" layihəsi çərçivəsində ilk tədbirə start verildi.


2025-ci il noyabrın 1-də Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə "Kəlağayı Ev Muzeyi"ndə "Kəlağayı Günləri - 2025" layihəsi çərçivəsində ilk tədbirə start verildi.
Tədbiri giriş sözü ilə açan Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, “Kəlağayı Ev Muzeyi”nin direktoru Güllü Eldar Tomarlı qonaqları salamladı.
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Güllü Eldar Tomarlı layihə haqqında geniş məlumat verdi. Qeyd etdi ki, illərdir milli dəyərimiz olan kəlağayını təbliğ edirik. 2014-cü ildə kəlağayımız Azərbaycan Respublikasının Birinci vitse prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Qeyri- Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil olmuşdur. Kəlağayımızın UNESCO-ya daxil olmasının 10 illik yubileyi münasibəti ilə 2024-cü ildə "Sazlı, sözlü kəlağayı günləri" layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasında, respublikamızın bölgələrində, Gürcüstanın Tbilisi, Rustavi, Marneuli şəhərlərində, Moskvada, Sankt-Peterburqda tədbirlər, festivallar, sərgilər keçirildi. Bu il də final olaraq 26 noyabrda Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında sərgi və geniş konsert proqramı keçiriləcək.
Sonra çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov xalqımızın milli dəyərlərinin qorunmasının, gələcək nəslə ötürülməsinin vacibliyini, bu sahədə Mehriban xanım Əliyevanın misilsiz əməyini vurğuladı. Şöbə müdiri Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, “Kəlağayı Ev Muzeyi”nin direktoru Güllü Eldar Tomarlının son illərdəki uğurlu fəaliyyətindən söhbət açdı: “Artıq 5 ildir ki, Güllü xanımın rəhbərlik etdiyi İctimai Birlik hər il Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agenliyinin kiçik qrant müsabiqəsinin qalibi olur. Xətai rayonunda Heydər Əliyev parkındakı amfiteatrda ilk dəfə 2024- cü ildə “İlk Kəlağayı Festivalı”, 2025 - ci ildə isə davamı olaraq "ll Kəlağayı Festivalı" keçirilmişdir. Muzeyin ekspanatlar çoxaldıqca nümayiş etdirilməsi darısqallıq ucbatından çətinliklər yaratdığını da bilirik. Bu muzeyin daha geniş yerdə fəaliiyyəti üçün rayon rəhbəliyi səviyyəsində işlər aparılır”.

Çıxış edən araşdırmaçı yazar, ədəbi təhlilçi, publisist Vaqif Osmanlı kəlağayının qədimliyindən, xanımlarımızın yaraşıq, gözəllik rəmzi olmasından, sağlamlığı qorumasından və digər özünəməxsus xüsusiyyətlərindən söz açdı: “Kəlağayı xalqın yaddaşıdır, şərəfli tarixidir, nənələrdən qalma mənəvi əmanətdir. Bu qədim baş örtüyü ilə Azərbaycan xanımlarının ovqatını, yaşını, sosial vəziyyətini dəqiq müəyyənləşdirmək mümkündür. Güllü xanımın mənəvi dəstəyi ilə kəlağayı ədəbiyyatı - neçə-neçə kitablar, həmçinin kəlağayını vəsf edən mahnılar yaranmışdır. Güllü xanım kəlağayını nəinki ölkəmizdə, eləcə də bir çox xarici ölkələrdə - Türkiyədə, Gürcüstanda, Rusiyanın böyük şəhərlərində uğurla təqdim edib.
Daha sonra Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin üzvləri - tanınmış əmək qəhrəmanı Tərlan Musayeva, Fəxrəddin Mahmudov, Eyzanat Osmanova, şəhid Zaur İsmayılzadənin anası Sevil Hüseynova, Polad Ağa və gənclər Güllü Eldar Tomarlının yorulmazlığından, Vətən, kəlağayı və papaq sevgisindən danışdılar, ona bu şərəfli işdə uğurlar arzuladılar.
Gənc aşıq Dərya Nəsibova ən ifası alqışlarla qarşılandı.
Sonda Güllü Eldar Tomarlı mənəvi dəstəyə görə tədbirin iştirakçılarına təşəkkürünü bildirdi.










30-10-2025, 14:20
Ağdərənin Vəngli kəndinə növbəti köç oldu


Ağdərənin Vəngli kəndinə növbəti köç oldu - FOTO

Oktyabrın 30-da Ağdərənin Vəngli kəndinə növbəti qayıdış oldu.Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bugünkü köç mərhələsində 38 nəfərdən ibarət 9 ailə kəndə dönüb.Kənddə keçmiş məcburi köçkünlər üçün zəruri infrastruktur tam bərpa olunub. Su, qaz, elektrik enerjisi və internet xidməti fasiləsiz şəkildə təmin edilib. Həmçinin yeni məktəb binası istifadəyə verilib və təhsil müəssisəsində dərs prosesi üçün bütün şərait yaradılıb.
Kənddə həyata keçirilən son mərhələ ilə birlikdə Ağdərənin Vəngli kəndində daimi məskunlaşanların ümumi sayı 329 nəfərə çatıb.







25-10-2025, 11:15
Pensiya və müavinətlərlə bağlı vacib xəbər


Pensiya və müavinətlərlə bağlı vacib xəbər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayının bütün sosial ödənişləri başa çatdırılıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Oktyabrın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan Muxtar Respublikası üzrə oktyabr ayının pensiyaları, oktyabrın 21-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin oktyabr ayı üzrə pensiyaları, bu gün isə oktyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.
24-10-2025, 23:21
Bərdə rayonunda tədbir keçirilib


"Mili-mənəvi dəyərlərin

aşılanmasında məktəb

və ailənin rolu" - Bərdə rayonunda

tədbir keçirilib


“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Mili-mənəvi dəyərlərin aşılanmasında məktəb və ailənin rolu" adlı layihəsi çərçivəsində sonuncu, dördüncü tədbirini Bərdə Şəhər 5 saylı tam orta məktəbdə keçirib.
Öncə Azərbaycan dövlət himninin səslənib və ardınca şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

QHT sədri Könül Quliyeva tədbir iştirakçılarına layihə mövzusuyla bağlı məlumat verib.
O, qeyd edib ki, milli ideologiya, milli tarix, milli mədəniyyət, milli ədəbiyyat, mili özünüdərk, milli əxlaq, bir sözlə, milli olan bütün mənəvi sərvətlər milli dəyərlərdir. Hər bir xalqın milli dəyərləri onun milli mənəviyyat göstəricisidir. Bu mənəviyyatın qaynaqlandığı mənbə isə milli tarix və onun gerçəklikləri, milli adət və ənənələrdir: "Aydındır ki, hər bir azərbaycanlının xüsusi önəm verdiyi həyat həqiqətlərindən biri də ailədir. Azərbaycanlı psixologiyasında ailə faktoru digər xalqlarla müqayisədə daha dərin və uzunömürlüdür. Bizim üçün ailə müqəddəsdir; o, gücü, birliyi, iradəni təmsil edir. Təsadüfi deyil ki, bu və ya digər millətin təşəkkül tarixini, psixologiyasını, onun yaşam qayəsini öyrənmək üçün tədqiqatçılar ilk növbədə həmin millətin milli dəyər və adətlərini araşdırırlar. Odur ki, layihəmizin də məqsədi milli dəyərlərimizin təhlili zamanı məhz bu keyfiyyətlərlərimizin hər zaman özünü təsdiqləməsi üçün milli dəyərlərimizi ruhlandırmaq və milli kimliyimizə sahib çıxmaqdır".

Daha sonra Bərdə Şəhər 5 saylı tam orta məktəbin direktoru Teymur Həmidov, Bərdə Şəhər İcra hakimiyyətin nümayəndəsi Səbuhi Qasımov layihə mövzusuyla bağlı tədbir iştirakçıları ilə fikirlərini bölüşüblər.
Milli Mədəniyyətin Təbliği İB-nin sədri Jalə Cəfərova isə “Sağlam ailə-məktəb münasibətləri sağlam həyat tərzinin mühüm amili kimi” mövzusunda çıxış edib.Natiqlər milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında, gələcək nəsillərə ötürülməsində ailə və məktəbin qarşılıqlı əməkdaşlığının rolunun vacibliyini vurğulayıblar. Tədbirdə iştirak edən valideynlər və məktəblilər də çıxış edib, fikirlərini bildiriblər.

Sonda çoxsaylı suallar cavablandırılıb, fikir və tövsiyələr verilib.
16-10-2025, 15:17
Tərtərdə mili-mənəvi dəyərlərin aşılanması ilə bağlı maarifləndirici tədbir keçirilib

Tərtərdə mili-mənəvi dəyərlərin aşılanması ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTOLAR

“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Mili-mənəvi dəyərlərin aşılanmasında məktəb və ailənin rolu" adlı layihəsi çərçivəsində növbəti tədbirini Tərtər Şəhər 2 Saylı Məktəb-liseydə keçirib.

QHT.az xəbər verir ki, ənənəvi olaraq tədbir Azərbaycan dövlət himninin səslənməsi və ardınca şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra başlayıb. Daha sonra QHT sədri Könül Quliyeva tədbir iştirakçılarına layihə haqqında məlumat verib. Qeyd edib ki, bizə elmi və hikməti öyrədən əziz müəllimlərimiz, doğma məktəbimizdir. Peşəsinin vurğunu olan və gənc nəslin maariflənməsinə, azad fikirli, geniş dünyagörüşünə malik, onların hər işdə bacarıqlı və qabiliyyətli olmalarına, xüsusən də cəmiyyətdəki rolunun önə çəkilməsinə daima dəstək verən bizim dəyərli müəllimlərimizdir. Ailə isə fərdin həm fiziki, həm mənəvi cəhətdən formalaşması üçün vacib insitutdur:

“Uşaqların dəyərlər sisteminin yaranmasında, dünyagörüşünün təməlinin qoyulmasında, sosiallaşmasında, insana, vətənə, tarixə və mədəni irslərə münasibətinin formslaşmaslnda ailə mühitinin ciddi rolu var. Gələcəyimiz olan uşaqların nümunəvi vətəndaş kimi yetişməsi hər birimizin qarşısında duran mühüm şərtlərdən biridir. Deməli, cəmiyyətin yaratdığı mədəniyyət valideynlərin yaratdığı əməyin məhsuludur. Biz onlara dirənişliyi və möhkəmliyi öyrətməliyik. Çalışqanlığı və əməksevərliyi, sərbəstliyi və müstəqilliyi öyrətməliyik. İntellektual inkişafını təmin etməklə düşünməyi öyrətməliyik. Ən əsası əxlaqi xarakterlərinin inkişafına xüsusi diqqət yetirməliyik”.

Daha sonra Tərtər Şəhər 2 Saylı Məktəb-liseyin direktoru Gülarə Ələkbərova, Tərtər rayon İcra Hakimiyyəti başçısı aparatında Böyük məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komisyanın məsul katibi Rəvan Həsənov, Milli Mədəniyyətin Təbliği İB-nin sədri Jalə Cəfərova, dil, ədəbiyyat müəllimələri Gülçöhrə Kərimova, Məhbubə Əzizova və liseyin şagirdləri, tədbirdə iştirak edən valideynlər də çıxış edərək fikir və təkliflərini bildiriblər. Onlar qeyd ediblər ki, gənclərin milli-mənəvi dəyərlərin aşılanması ruhunda təhsil almaları və bu istiqamətdə maarifləndirici tədbirlərin keçirilməsi zamanın tələbidir.

Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb, mövzu ilə bağlı səsləndirilən fikir və təkliflər sistemləşdirilib.





12-10-2025, 15:28
Təbrik edirik!


Təbrik edirik!

Ülkər Süleymanovanı doğum günü münasibəti ilə təbrik etmək üçün ona virtual müraciət edirəm! Əziz Ülkər xanım, sizi tək özünüz yox, tanıyanların hamısı sevir. Qalan cəhətlərinizi bilməsəm də gözü toxluğunuzu dəqiq bilirəm. Çünki bir neçə dəfə layihəmizin kuratoru olmusunuz. Birgə fəaliyyətdə məsuliyyətlə ləyaqəti birgə yürütdüyünüzün dəfələrlə şahidi olmuşam. Ciddiyətinizə çalar qatan səmimiyyətiniz sizə qarşı rəğbəti, səmimiyyəti qat-qat artırır.

Dua ilə göylərə, diləklə Allaha açılan əliniz heç vaxt boş qayıtmasın! Hər kəsin dərdini öz dərdiniz bildiyinizə görə Allah sevdiklərinizə dərd verməsin! Tükənməyindən qorxduğunuz gücünüzün üstünə güc gəlsin! Ömrünüz boyu təlaşlanmağa əsasınız olmasın! Həmişə üzünüzün gülməsini, qocalanda da uşaq kimi qayğısız günlər yaşamağınızı arzulayıram! Dünyamıza xoş gəlmisiniz! Doğum gününüz mübarək! Arzularınız çin olsun!
7-10-2025, 14:48
Yeni qaydalar təsdiqləndi: Kimlərin pensiyası artırılacaq? - AÇIQLAMA


Yeni qaydalar təsdiqləndi: Kimlərin pensiyası artırılacaq? - AÇIQLAMA

Nazirlər Kabineti “Əmək pensiyaları haqqında” qanuna edilən dəyişikliklərə uyğun olaraq yeni qaydaları təsdiq edib.
Bunu deputat Vüqar Bayramov deyib.
O bildirib ki, yeni sənədə əsasən, əmək pensiyalarının təyin edilməsi, təyin olunmasından imtina edilməsi, yenidən hesablanması, dayandırılması, bərpası və bir növdən başqa növə keçirilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim və ya əldə edilə bilər:
"Bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur. Yeni qaydalar pensiyaların təyin edilməsi, təyin olunmasından imtina edilməsi, yenidən hesablanması, dayandırılması, bərpası və bir növdən başqa növə keçirilməsi ilə bağlı qərarların daha çevik qəbul edilməsinə və nəticənin daha qısa zamanda bölüşdürülməsinə imkan verəcək. Pensiyaların proaktiv təyin olunduğunu nəzərə alsaq, bu qaydalar xüsusən pensiyaların yenidən hesablanması və pensiya növünü dəyişdirilməsi proseslərinin sadələşdirilməsinə imkan verəcək. Məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi şəffaflığın daha da gücləndirilməsinə imkan yaradacaq. Bu, məlumatlara əlçatanlıq baxımından vacibdir.
Yeni qaydalar pensiyalar sahəsində elektronlaşdırmanı genişləndirməklə yanaşı, pensiyalara əlçatanlığı da artıracaq. Bu isə təqaüd növünü dəyişmək istəyən pensiyaçılar və eləcə də pensiyaya çıxmaq istəyənlər üçün yeni imkanlar deməkdir. Pensiyaların yenidən hesablanması sisteminin daha da elektronlaşdırılması isə bir sıra hallarda pensiya məbləğlərini də artıra bilər".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!