Masazıra gedənlərin nəzərinə! .....                        Ukrayna üçün vacib sənəd imzalandı .....                        Eldar Əzizov noyabrda təyin etdiyi rəisi işdən çıxardı - Yeni təyinat .....                        Ağsuda maşın aşdı - Ölən var .....                        İran dağılır - İnsanları güllələyirlər .....                        Bakıda güclü duman - Sürət həddi endirildi .....                        Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı anonim sənədlər yayıldı .....                        Bazarda güllələnən azərbaycanlı xəstəxanada öldü .....                        İnsan kimi yeriyə bilən robot hazırlandı .....                       
Tarix : 18-04-2019, 11:03
“Sən də oxu” layihəsi - gənclərin maariflənməsi yönündə önəmli addım

“Alternativ Gələcək – Ümumlayihə maarifləndirmə birliyi” konsepti altında baş tutacaq bütün layihələr Azərbaycan cəmiyyətinin inkişafına yönəlikdir. Ələlxsus, gənclərin müəyyən çatışmazlıqlarını aradan qaldırmaq məqsədi ilə baş tutacaq layihələri, məhz gənclərin özləri əlçatan edəcək. Həmçinin layihələr çərçivəsində pulsuz dil öyrənmə imkanları, keçiriləcək seminarlar ilə dünya görüşünün inkişafı, mədəni və incəsənət sahələrinə diqqətin yönəldilməsi, düzgün tənqidçilik qabiliyyətinin yaradılması və cəmiyyətin ümumi baxış bucağının yaradılması planlaşdırılır.
İlk layihə olan "Sən də oxu" layihəsi maddi çıxarları olmayan, cəmiyyətin gələcək inkişafına yönəlik, insanların birlik ola bilmə duyğusunun inkişafına, xüsusilə də müəyyən imkanlardan məhrum olan gənclərin qeyd edilən meyarlar üzrə toplanması və bir-birinə yardım etməsi istiqamətində irəliləyəcək.
"Sən də oxu" və həyata keçiriləcək olan digər layihələrdə məqsəd gənclərin öz imkanlarını birləşdirmək və onlardan səmərəli şəkildə istifadə edərək öz gələcək həyatları ilə yanaşı, intellektual və yardımsevər cəmiyyətin formalaşdırılmasıdır.
"Sən də oxu" layihəsi heç bir halda mənfəətə yönəlik olmayacaq. Bu layihədə istənilən şəxs ən az 1 kitabla iştirak edə bilər. Belə ki, hər kəs oxuduğu kitabı daha sonra digər bir şəxsə verəcək və oxuduqdan sonra həmin şəxs növbəti oxucuya təqdim edəcək. Qeyd edək ki, bu kitablar bədii, elmi, psixoloji və fəlsəfi kitablar olmalıdır. Hər bir şəxs özü oxuduğu kitabı verməli, əlavə olaraq isə kitabın üz qabığına #AlternativGələcək #Sendeoxu haştağı qeyd edilməlidir.
Belə ki, kitabı oxuduqdan sonra, içində ağ hissədə aşağıdakı formada qeyd etməlidir:
1. Ad, Soyad, Oxuduğu tarix. (istəyən kiçik bir mesaj da ötürə bilər.
Daha sonra növbəti şəxs; ad, soyad, oxuduğu tarix və beləcə əldən-ələ bir trayektoriya cızacaq. Kitabın üstünə qeyd ediləcək yazı bir dəfə olmalıdır, o da kitabı verən şəxs edəcək. Bu çox mütləqdir və layihənin əsas təbliğat hissəsidir. Bütün bunlar aşağıda qeyd edilən qrupda baş verəcək. Kitablar orada paylaşılacaq. Link aşağıda:
https://www.facebook.com/groups/2154121718035245/
Layihənin əsas meyarı, hadisələrə fokuslanmaq deyil, mahiyyətə, yaradacağımız yeni cərəyanların əhəmiyyətinə - bir sözlə "Biz niyə bunu edirik" - ideyalarına fokuslanmaqdır. Baxmaq ilə görmək arasında, eşitmək ilə duymaq arasındakı fərq kimidir. Həmçinin hər bir iştirakçıda birlik ruhunu inkişaf etdirəcək, yeni və daha böyük layihələrin davamlı olmasına zəmin yaradacaq.


Paylaş



Bölmə: Təhsil / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!