Tehran küçələrində böyük izdiham .....                        Rza Pəhləvi ilə gizli görüş .....                        Trampdan İranla bağlı mesaj: Hazır olun! .....                        İran rejiminin son günləridir - Almaniyadan reaksiya .....                        “Qalatasaray” səfərdə qələbə qazandı .....                        Mirzoyan Rubio ilə görüşdü .....                        "20 Yanvar"da maşın alışdı .....                        ABŞ İranı vuracaq - Hədəflər məlum oldu .....                        Ceyhun Bayramov Fidanla regionu müzakirə etdi .....                       
Tarix : 29-08-2017, 18:08
“Gənclərin Simulyasiya Akademiyası” layihəsi başa çatıb


Butov.az xəbər verir ki, "İrəli" İctimai Birliyi və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən "Gənclərin Simulyasiya Akademiyası" layihəsi başa çatıb.

"İrəli" İctimai Birliyi və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən "Gənclərin Simulyasiya Akademiyası" layihəsinin əsas məqsədi - ölkə gəncliyinin iqtisadi, sosial məsələlərlə bağlı problemlərin həll olunmasında aktiv iştirakının təmin edilməsidir. Həmçinin, özəl və idarəçilikdə effektiv idarəetmə alətlərinin istifadə olunması, məhsuldarlığın artırılması və uzunmüddətli strategiya və planlamanın yenilikçi ideyalar əsnasında tətbiqi ilə bağlı gənclərin təşəbbüskarlığının artırılması da bura daxildir. Qərar qəbulu məsələlərində onların proaktiv fəaliyyətinə dəstək verməklə, gənclər şəbəkəsinin hərtərəfli inkişafına şərait yaratmaq və dövlət gənclər siyasətinin onlara verdiyi imkanlardan ən yüksək səviyyədə faydalanmasını təmin etməkdən ibarət olub.

Layihə müddətində "Biznes plan və sahibkarlıq", "İnnovasiya", "Komanda quruculuğu və motivasiya" və "Dövlət strukturlarında qərar qəbulu" kimi mövzularda təlimlər peşəkar təlimçilər tərəfindən həyata keçirilib.

Layihə çərçivəsində Azərbaycanın gələcək inkişafına istiqamətlənmiş "Azərbaycan 2020 : gələcəyə baxış " inkişaf konsepsiyası - strateji yol xəritəsi kimi ölkəmizin çiçəklənməsində başlıca perspektiv istiqamətlərin müəyyən edilməsinə yönəlib. Artıq post-neft dövrünə qədəm qoymağımız, ənənəvi neft və neft məhsullarının hasilatı və istehsalı amilləri ölkənin prioritet istiqamətləri kimi qəbul olunmamalıdır. Yüksək elmi-texniki yenilik və tərəqqinin istifadəsini uğurla tətbiq etmiş dünya ölkələri təcrübəsində sözügedən məsələnin əhəmiyyətini dərk edə bilərik. Eyni zamanda ölkənin iqtisadiyyatının dayanıqlı və davamlı olması üçün fəaliyyət istiqamətlərinin diversifikasiyası müasir dövrdə dünyada cərəyan edən qlobal böhran amillərininin təsirindən müəyyən mənada yan keçməyə yardım edən alət kimi çıxış edir. Məhz yuxarıda sadalanan məsələlərin vaciblik dərəcəsini qeyd edərək, ölkə gənclərində innovativ düşünmə meyillərinin artırılması, qərar qəbul etmə prosesində risklərin idarəolunması, anti-böhran fəaliyyətinin təşviqi, dövlət idarəçiliyində və ölkəmizin inkişafı yolunda gənclərin peşəkar kadr kimi yetişdirilməsi, onlarda təşəbbüskarlığın artırılması ideyasını rəhbər tutaraq "Gənclərin Simulyasiya Akademiyası" adlı layihənin icrası baş tutub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bağlanış mərasimində gənclər tərəfindən hazırlanan təqdimatlar müxtəlif meyarlar əsas tutularaq münsiflər heyəti tərəfindən qiymətləndirilib və layihə iştirakçıları şəhadətnamə ilə təltif ediliblər.


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!