TARIXI-MEMARLIQ ABIDƏLƏRI ILƏ ZƏNGIN BUXARA .....                        Sexdə güclü yanğın - Hadisə yerindən görüntülər .....                        Zəlzələ bölgəsi üçün 500 milyon dollar maliyyə cəlb edilib .....                        Bakıdakı uşaq sığınacağında virus yayıldı .....                        Kadırovun oğluna yeni vəzifə verildi .....                        Pakistan prezidentinin səhhəti pisləşdi: Xəstəxanaya yerləşdirilib .....                        Meyitləri çıxaranda yaralandım - Vardanyanın növbəti məhkəməsi .....                        Meyitləri çıxaranda yaralandım - Vardanyanın növbəti məhkəməsi .....                        Nigar Fərhadın verilişi bağlandı .....                       
Tarix : 21-04-2016, 17:01
Azərbaycan dilində ilk rəqəmsal kitab çap olunacaq


Azərbaycan dilində “Rəqəmsal Marketinq – Bələdçi” ilk ixtisaslaşmış kitabı çap ediləcək.

Butov.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə kitabın müəllifi Pərviz Əzimov məlumat verib.

Pərviz Əzimovun sözlərinə görə, kitabın çapını may ayına planlaşdırır.

Müəllifin sözlərinə görə, kitabdakı mövzular və məzmun ancaq praktik əsaslandırma ilə olacaq və kitab bir növ türklər demiş “klavuz” rolunu oynamağı qarşısına məqsəd qoyub: "Ümumilikdə rəqəmsal marketinqə yeni başlayanlar üçün nəzərdə tutulan kitab, oxuculara aşağıda qeyd olunan mövzular üzrə bələdçilik edəcək.

Məsələn, Siz kitabda Google Adwords bölməsinə aid mövzuları oxuyandan sonra, sərbəst şəkildə, heç kimdən texniki kömək istəmədən öz adwords reklamlarınızı yaradıb, onları idarə edə və nəticələrini izləyə bilərsiz.

Kitab ümumilikdə 3 əsas mövzu və 20-dən çox yardımçı mövzulardan ibarət olacaq. 3 əsas mövzu – Google Adwords və Adsense, SMM (Sosial Media Marketinq) və Affiliate marketinqdir.

Məsələn, hər 3 əsas mövzunun yazılma mexanizmi elə qurulub ki, oxucu mövzunu və onun köməkçi bölmələrini oxuyandan sonra qeyd olunan platformalarda öz rəqəmsal reklamlarını çox rahat şəkildə aktivləşdirə bilər".

Müəllif qeyd edir ki, kitabda həmçinin Azərbaycanda indiyənə qədər istifadə olunmayan və ya çox az istifadə olunan rəqəmsal alətlər haqqında da geniş bilgi var: "Məsələn, bu mövzulardan biri qeyd olunan hər 3 rəqəmsal platforma üzrə “Pixel” bildirişlərinin yaradılması və quraşdırılmasıdır. “Pixel” bildiriş – reklam etdiyiniz məhsulla bağlı görmək istədiyiniz nəticəni izləmək üçün olan kodlaşma sistemidir. Sizin hər hansı web kodlaşmadan dərin məlumatlı olmağınıza heç bir ehtiyac yoxdur. Kitab sizə addım – addım, “Pixel” bildirişlərinin yaradılması və quraşdırılması, həmçinin işləmə mexanizminin izlənməsi üçün məlumatları verəcək.

Və ya digər yardımçı alətlər olan və Rəqəmsal Marketinq sahəsində yeni olanlar üçün rahat sayıla biləcək İframe və Agorapulse proqramları. Bu proqramlar sizə idarəçisi olduğunuz Sosial Media səhifələrində ənənəvi metodlardan fərqli olaraq yeni funksialar yaratmaq imkanı verir. Agorapulse ilkin mərhlədə ödənişsiz olsa da, peşəkar istifadə üçün ödənişli xidmətdir. Ancaq sadə bir misalla demək olar ki, bu proqrama ödəniş etməyə dəyər.

Məsələn, siz səhifənizdə hər hansı yarışma keçirmək istəyirsiz və ya oyun yerləşdirmək istəyirsiz. Bunu etmək üçün Agorapulse Sizə inanılmaz yeni imkanlar verir. Bütün bunlar təbii ki, adi “Like” yarışmaları deyil. Daha kreativ və daha peşəkar nümunələrdir.

Kitab həmçinin sizə rəqəmsal marketinqdə istifadə edə biləcəyiniz 20-dən çox platforma və ya şirkət, onların əlaqə vasitələri, işləmə mexanizmləri, həmçinin başlanğıc üçün rahat online dizayn platformaları haqqında məlumat verəcək".


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!